EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
MUDDƏSİR (BÜRÜNÜB SARINAN) SURƏSİ
Məkkədə nazil olmuşdur, əlli altı ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
يٰۤاَيُّهَا الْمُدَّثِّرُۙ‏(1)
<font color="000000"><b>(1) Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş (və ey nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən).</b></font>
قُمْ فَاَنْذِرْۙ‏(2)
<font color="000000"><b>(2) Qalx və (ins və cin mükəlləflərini) qorxut!</b></font>
وَرَبَّكَ فَكَبِّرْۙ‏(3)
<font color="000000"><b>(3) Öz Rəbbinə «təkbir» de və (sözlə və əməllə) Onu uca tut!</b></font>
وَثِيَابَكَ فَطَهِّرْۙ‏(4)
<font color="000000"><b>(4) Və libaslarını pak et (bədəninin libasını nəcislərdən və ruhunu haramlardan pak et və zövcələrini küfr və fisqdən paklandır).</b></font>
وَالرُّجْزَ فَاهْجُرْۙ‏(5)
<font color="000000"><b>(5) Və pislikdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş.</b></font>
وَلَا تَمْنُنْ تَسْتَكْثِرُۙ‏(6)
<font color="000000"><b>(6) Əvəzində daha çoxunu əldə etmək, ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama! Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!</b></font>
وَ لِرَبِّكَ فَاصْبِرْؕ‏(7)
<font color="000000"><b>(7) Və öz Rəbbin üçün səbr et.</b></font>
فَاِذَا نُقِرَ فِى النَّاقُوْرِۙ‏(8)
<font color="000000"><b>(8) Elə ki, sura üfürülər.</b></font>
فَذٰلِكَ يَوْمَئِذٍ يَّوْمٌ عَسِيْرٌۙ‏(9)
<font color="000000"><b>(9) O gün çətin bir gündür.</b></font>
عَلَى الْكٰفِرِيْنَ غَيْرُ يَسِيْرٍ‏(10)
<font color="000000"><b>(10) Kafirlər üçün asan deyildir.</b></font>
ذَرْنِىْ وَمَنْ خَلَقْتُ وَحِيْدًا ۙ‏(11)
<font color="000000"><b>(11) Məni Öz yaratdığım kimsə ilə tək burax.</b></font>
وَّجَعَلْتُ لَهٗ مَالًا مَّمْدُوْدًا ۙ‏(12)
<font color="000000"><b>(12) Ona bolluca mal-dövlət verdim.</b></font>
وَّبَنِيْنَ شُهُوْدًا ۙ‏(13)
<font color="000000"><b>(13) Və (Məkkədə, ya əyan-əşrafların məclislərində, ya da xidmət göstərməyə) hazır oğullar (verdim).</b></font>
وَّمَهَّدتُّ لَهٗ تَمْهِيْدًا ۙ‏(14)
<font color="000000"><b>(14) Ona artıqlaması ilə (büsatlı cah-cəlal, mal-dövlət və övladlar) verdim.</b></font>
ثُمَّ يَطْمَعُ اَنْ اَزِيْدَ  ۙ‏(15)
<font color="000000"><b>(15) Bununla belə (bütün bunları) artırmağıma tamahlanır.</b></font>
كَلَّا ؕ اِنَّهٗ كَانَ لِاٰيٰتِنَا عَنِيْدًا ؕ‏(16)
<font color="000000"><b>(16) Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir.</b></font>
سَاُرْهِقُهٗ صَعُوْدًا ؕ‏(17)
<font color="000000"><b>(17) Tezliklə onu çox məşəqqətli bir yoxuşu çıxmağa vadar edərəm (çətin bir axirət əzabına düçar edərəm).</b></font>
اِنَّهٗ فَكَّرَ وَقَدَّرَۙ‏(18)
<font color="000000"><b>(18) Həqiqətən, o, (Quran barəsində) fikirləşdi, ölçdü-biçdi.</b></font>
فَقُتِلَ كَيْفَ قَدَّرَۙ‏(19)
<font color="000000"><b>(19) Ölüm olsun ona! Necə ölçdü-biçdi!</b></font>
ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَۙ‏(20)
<font color="000000"><b>(20) Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!</b></font>
ثُمَّ نَظَرَۙ‏(21)
<font color="000000"><b>(21) Sonra baxdı.</b></font>
ثُمَّ عَبَسَ وَبَسَرَۙ‏(22)
<font color="000000"><b>(22) Bu zaman üz-gözünü turşutdu, qaş-qabağını tökdü.</b></font>
ثُمَّ اَدْبَرَ وَاسْتَكْبَرَۙ‏(23)
<font color="000000"><b>(23) Sonra (Quranın haqq olmasına) arxa çevirdi və təkəbbür göstərdi.</b></font>
فَقَالَ اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ يُّؤْثَرُۙ‏(24)
<font color="000000"><b>(24) Və dedi: «Bu, yalnız (keçmiş cadugərlərdən) gəlib çatan bir cadudan savayı bir şey deyildir».</b></font>
اِنْ هٰذَاۤ اِلَّا قَوْلُ الْبَشَرِؕ‏(25)
<font color="000000"><b>(25) «Bu, bəşər kəlamından başqa bir şey deyildir».</b></font>
سَاُصْلِيْهِ سَقَرَ‏(26)
<font color="000000"><b>(26) Tezliklə onu Səqərə atacağam və yandıracağam.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا سَقَرُؕ‏(27)
<font color="000000"><b>(27) Və sən nə bilirsən ki, Səqər nədir!</b></font>
لَا تُبْقِىْ وَ لَا تَذَرُ‌ۚ‏(28)
<font color="000000"><b>(28) (Elə bir Cəhənnəmdir ki,) nə (yandırmamış bir şeyi) qoyar qalsın, nə də (lap dərinliyinə kimi nüfuz etməyincə) buraxar, (yaxud məhv edildikdən sonra yenidən qaytarılar, yenə də yandırar).</b></font>
لَوَّاحَةٌ لِّلْبَشَرِ‌ۖ‌ۚ‏(29)
<font color="000000"><b>(29) (O gün) insanlar üçün aşkardır, bədənin dərisini yandıran və qaraldandır.</b></font>
عَلَيْهَا تِسْعَةَ عَشَرَؕ‏(30)
<font color="000000"><b>(30) Onun üstündə on doqquz (nəfər, ya dəstə gözətçi) qoyulub.</b></font>
وَمَا جَعَلْنَاۤ اَصْحٰبَ النَّارِ اِلَّا مَلٰٓئِكَةً‌ وَّمَا جَعَلْنَا عِدَّتَهُمْ اِلَّا فِتْنَةً لِّلَّذِيْنَ كَفَرُوْا ۙ لِيَسْتَيْقِنَ الَّذِيْنَ اُوْتُوا الْكِتٰبَ وَيَزْدَادَ الَّذِيْنَ اٰمَنُوْۤا اِيْمَانًا‌ وَّلَا يَرْتَابَ الَّذِيْنَ اُوْتُوا الْكِتٰبَ وَالْمُؤْمِنُوْنَ‌ۙ وَلِيَقُوْلَ الَّذِيْنَ فِىْ قُلُوْبِهِمْ مَّرَضٌ وَّالْكٰفِرُوْنَ مَاذَاۤ اَرَادَ اللّٰهُ بِهٰذَا مَثَلًا ‌ؕ كَذٰلِكَ يُضِلُّ اللّٰهُ مَنْ يَّشَآءُ وَيَهْدِىْ مَنْ يَّشَآءُ ‌ؕ وَمَا يَعْلَمُ جُنُوْدَ رَبِّكَ اِلَّا هُوَ ‌ؕ وَمَا هِىَ اِلَّا ذِكْرٰى لِلْبَشَرِ‏(31)
<font color="000000"><b>(31) Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Quranın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk - şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Quran ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.</b></font>
كَلَّا وَالْقَمَرِۙ‏(32)
<font color="000000"><b>(32) Belə deyildir (Onların zənn etdikləri kimi deyil. Onlar Quran və Cəhənnəmi yalan zənn edirlər). And olsun aya,</b></font>
وَالَّيْلِ اِذْ اَدْبَرَۙ‏(33)
<font color="000000"><b>(33) And olsun qayıdıb getməkdə olan gecəyə,</b></font>
وَالصُّبْحِ اِذَاۤ اَسْفَرَۙ‏(34)
<font color="000000"><b>(34) Və and olsun işıqlanmaqda olan (səhərə) ki,</b></font>
اِنَّهَا لَاِحْدَى الْكُبَرِۙ‏(35)
<font color="000000"><b>(35) Həqiqətən, bu (Quran ayələri, yaxud bu Cəhənnəm) (Allahın lütfünün və qəzəbinin) ən böyük (nişanə)lər(in)dən biridir.</b></font>
نَذِيْرًا لِّلْبَشَرِۙ‏(36)
<font color="000000"><b>(36) Bəşər üçün bir qorxuducudur.</b></font>
لِمَنْ شَآءَ مِنْكُمْ اَنْ يَّتَقَدَّمَ اَوْ يَتَاَخَّرَؕ‏(37)
<font color="000000"><b>(37) Sizdən (iman və əməl vasitəsilə) irəli getmək, yaxud (küfr və üsyan vasitəsilə) geri qalmaq istəyən hər bir kəs üçün.</b></font>
كُلُّ نَفْسٍ ۢ بِمَا كَسَبَتْ رَهِيْنَةٌ ۙ‏(38)
<font color="000000"><b>(38) Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar),</b></font>
اِلَّاۤ اَصْحٰبَ الْيَمِيْنِۛ ؕ‏(39)
<font color="000000"><b>(39) «Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa.</b></font>
فِىْ جَنّٰتٍ ۛ يَتَسَآءَلُوْنَۙ‏(40)
<font color="000000"><b>(40) Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar,</b></font>
عَنِ الْمُجْرِمِيْنَۙ‏(41)
<font color="000000"><b>(41) Günahkarların halını;</b></font>
مَا سَلَكَكُمْ فِىْ سَقَرَ‏(42)
<font color="000000"><b>(42) (Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?»</b></font>
قَالُوْا لَمْ نَكُ مِنَ الْمُصَلِّيْنَۙ‏(43)
<font color="000000"><b>(43) Deyərlər: «Biz namaz qılanlardan deyildik.</b></font>
وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِيْنَۙ‏(44)
<font color="000000"><b>(44) Fəqirə və yoxsula təam verməzdik.</b></font>
وَكُنَّا نَخُوْضُ مَعَ الْخَآئِضِيْنَۙ‏(45)
<font color="000000"><b>(45) Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq.</b></font>
وَ كُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّيْنِۙ‏(46)
<font color="000000"><b>(46) Cəza gününü təkzib və inkar edərdik.</b></font>
حَتّٰٓى اَتٰٮنَا الْيَقِيْنُؕ‏(47)
<font color="000000"><b>(47) Ölüm bizi yaxalayana qədər».</b></font>
فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشّٰفِعِيْنَؕ‏(48)
<font color="000000"><b>(48) Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir.</b></font>
فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِيْنَۙ‏(49)
<font color="000000"><b>(49) Onlara nə olub ki, öyüd-nəsihətdən üz döndərirlər?!</b></font>
كَاَنَّهُمْ حُمُرٌ مُّسْتَنْفِرَةٌ ۙ‏(50)
<font color="000000"><b>(50) Onlar sanki, hürkmüş vəhşi eşşəkdirlər,</b></font>
فَرَّتْ مِنْ قَسْوَرَةٍ ؕ‏(51)
<font color="000000"><b>(51) (Elə eşşəklər ki,) Ovçunun (ya şirin) çəngindən qaçırlar.</b></font>
بَلْ يُرِيْدُ كُلُّ امْرِىٴٍ مِّنْهُمْ اَنْ يُّؤْتٰى صُحُفًا مُّنَشَّرَةً ۙ‏(52)
<font color="000000"><b>(52) (Onların işləri yalnız üz döndərmək deyildir,) əslində onların hər biri istəyir ki, (Allah tərəfindən) ona açıq məktublar verilsin (ki; «Bu Peyğəmbəri qəbul et»).</b></font>
كَلَّا ‌ؕ بَلْ لَّا يَخَافُوْنَ الْاٰخِرَةَ ؕ‏(53)
<font color="000000"><b>(53) Belə deyil (qəbul etməmələrinin səbəbi məktubun gəlməməsi deyil), əslində onlar axirətdən qorxmurlar.</b></font>
كَلَّاۤ اِنَّهٗ تَذْكِرَةٌ‌ ۚ‏(54)
<font color="000000"><b>(54) Belə deyil (onların söylədikləri kimi deyil, əslində) bu (Quran) öyüd-nəsihət və xatırlatma vasitəsidir.</b></font>
فَمَنْ شَآءَ ذَكَرَهٗ ؕ‏(55)
<font color="000000"><b>(55) Belə ki, kim istəsə onu xatırlaya (və ona əməl etməklə kamala çata) bilər.</b></font>
وَمَا يَذْكُرُوْنَ اِلَّاۤ اَنْ يَّشَآءَ اللّٰهُ‌ ؕ هُوَ اَهْلُ التَّقْوٰى وَاَهْلُ الْمَغْفِرَةِ‏(56)
<font color="000000"><b>(56) Və Allah istəməyincə onlar xatırlaya bilməzlər (çünki onların ixtiyari iradələri, istəkləri də əməlləri kimi Allahın yaradılış iradəsinə bağlıdır. O, istəməzsə, baş verməz). O, qorxub çəkinməyə də, bağışlamağa da layiqdir.</b></font>