EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
MURSƏLAT (BİR-BİRİNİN ARDINCA GÖNDƏRİLƏNLƏR) SURƏSİ
Məkkədə nazil olmuşdur, əlli ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالْمُرْسَلٰتِ عُرْفًا ۙ‏(1)
<font color="000000"><b>(1) And olsun bir-birinin ardınca (yaradılış aləminin işlərinin idarəsi üçün) göndərilən mələk dəstələrinə (və and olsun «həşr» (dirilmə) günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə – göndərilən möminlərin Bərzəx ruhlarına).</b></font>
فَالْعٰصِفٰتِ عَصْفًا ۙ‏(2)
<font color="000000"><b>(2) (And olsun öz məqsədlərinə doğru) şiddətli yel kimi gedənlərə.</b></font>
وَّالنّٰشِرٰتِ نَشْرًا ۙ‏(3)
<font color="000000"><b>(3) And olsun xüsusi bir tərzlə yayan mələklərə (həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini Məhşər əhlinə yetirən mələklərə),</b></font>
فَالْفٰرِقٰتِ فَرْقًا ۙ‏(4)
<font color="000000"><b>(4) (And olsun) aydın və aşkar bir tərzlə (haqqı batildən) ayıranlara,</b></font>
فَالْمُلْقِيٰتِ ذِكْرًا ۙ‏(5)
<font color="000000"><b>(5) (And olsun) zikri (Quranı və öyüd-nəsihəti insanların qəlbinə) çatdıranlara ki,</b></font>
عُذْرًا اَوْ نُذْرًا ۙ‏(6)
<font color="000000"><b>(6) (Bütün bu çatdırılmış və yayılmış mərifətlər təkzib edənlərin bəhanə gətirmələrinə yer qoymamaq üçün) dəlil-sübutların (təqdim edilərək) tamamlanması, ya (öyüd-nəsihət qəbul edənlərin) qorxudulması və xəbərdarlıq edilməsi üçündür.</b></font>
اِنَّمَا تُوْعَدُوْنَ لَوَاقِعٌ ؕ‏(7)
<font color="000000"><b>(7) (Bütün bunlara And olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir.</b></font>
فَاِذَا النُّجُوْمُ طُمِسَتْۙ‏(8)
<font color="000000"><b>(8) Ulduzlar məhv olacağı,</b></font>
وَ اِذَا السَّمَآءُ فُرِجَتْۙ‏(9)
<font color="000000"><b>(9) Göy yarılacağı,</b></font>
وَاِذَا الْجِبَالُ نُسِفَتْۙ‏(10)
<font color="000000"><b>(10) Dağlar yerindən qopacağı,</b></font>
وَاِذَا الرُّسُلُ اُقِّتَتْؕ‏(11)
<font color="000000"><b>(11) (Allah) peyğəmbərlər(in)in (ümmətin mühakimə olunması və onlara şahidlik etmələri üçün) hazır ediləcəkləri vaxt müəyyən olduqda (Qiyamət baş verər).</b></font>
لِاَىِّ يَوْمٍ اُجِّلَتْؕ‏(12)
<font color="000000"><b>(12) (Bu hadisələrin baş verməsi) hansı bir gün üçün təxirə salınmışdır?</b></font>
لِيَوْمِ الْفَصْلِ‌ۚ‏(13)
<font color="000000"><b>(13) Mühakimə və (yaxşıların pislərdən) ayrılma günü üçün.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا يَوْمُ الْفَصْلِؕ‏(14)
<font color="000000"><b>(14) Sən nə bilirsən «ayrılma» günü nədir (nə qədər əhəmiyyətlidir)?!</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَ‏(15)
<font color="000000"><b>(15) O gün vay halına təkzib edənlərin!</b></font>
اَلَمْ نُهْلِكِ الْاَوَّلِيْنَؕ‏(16)
<font color="000000"><b>(16) Məgər Biz əvvəlki (tüğyankar və kafir)ləri məhv etmədikmi?!</b></font>
ثُمَّ نُتْبِعُهُمُ الْاٰخِرِيْنَ‏(17)
<font color="000000"><b>(17) Sonra axırda gələnləri də onların ardınca (məhvə və əzaba) daxil edərik.</b></font>
كَذٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِيْنَ‏(18)
<font color="000000"><b>(18) Biz günahkarlarla belə rəftar edirik.</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَ‏(19)
<font color="000000"><b>(19) O gün vay halına təkzib edənlərin!</b></font>
اَلَمْ نَخْلُقْكُّمْ مِّنْ مَّآءٍ مَّهِيْنٍۙ‏(20)
<font color="000000"><b>(20) Məgər sizi (Adəm övladını) zəif və dəyərsiz sudan (nütfədən) yaratmadıqmı?.</b></font>
فَجَعَلْنٰهُ فِىْ قَرَارٍ مَّكِيْنٍۙ‏(21)
<font color="000000"><b>(21) Biz onu möhkəm bir yerdə (ana bətnində) qoyduq.</b></font>
اِلٰى قَدَرٍ مَّعْلُوْمٍۙ‏(22)
<font color="000000"><b>(22) Müəyyən bir müddətədək.</b></font>
فَقَدَرْنَاۖ فَنِعْمَ الْقٰدِرُوْنَ‏(23)
<font color="000000"><b>(23) Beləliklə, Biz (insanı həmin sudan düzəltməyə) qadir olduq. Nə gözəl qadir olanlarıq. Biz (Onu cism, üzvlər, ruh, xüsusiyyətlər və ehtiyac baxımından) ölçdük. Nə gözəl ölçənlərik Biz.</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَ‏(24)
<font color="000000"><b>(24) O gün vay halına təkzib edənlərin!</b></font>
اَلَمْ نَجْعَلِ الْاَرْضَ كِفَاتًا ۙ‏(25)
<font color="000000"><b>(25) Məgər yeri fəzada sürətlə hərəkət edən və (müxtəlif sakinlər üçün) geniş və məskunlaşdırıcı etmədikmi?</b></font>
اَحْيَآءً وَّاَمْوَاتًا ۙ‏(26)
<font color="000000"><b>(26) Dirilər və ölülər üçün?</b></font>
وَّجَعَلْنَا فِيْهَا رَوَاسِىَ شٰمِخٰتٍ وَّ اَسْقَيْنٰكُمْ مَّآءً فُرَاتًا ؕ‏(27)
<font color="000000"><b>(27) Onun üzərində möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَ‏(28)
<font color="000000"><b>(28) O gün vay halına təkzib edənlərin!</b></font>
اِنْطَلِقُوْۤا اِلٰى مَا كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ‌ۚ‏(29)
<font color="000000"><b>(29) (Məhşər haqq-hesabı qurtardıqdan sonra onlara deyiləcəkdir:) «Təkzib etdiyinizə tərəf gedin».</b></font>
اِنْطَلِقُوْۤا اِلٰى ظِلٍّ ذِىْ ثَلٰثِ شُعَبٍۙ‏(30)
<font color="000000"><b>(30) «Gedin üç qolu olan kölgəyə tərəf (Bu qatı tüstüdən ibarət olan kölgə, dünyada heyvaniyyətin, yırtıcılığın və şeytançılığın nəfs üzərindəki qələbəsinin eynilə təcəssümüdür)».</b></font>
لَّا ظَلِيْلٍ وَّلَا يُغْنِىْ مِنَ اللَّهَبِؕ‏(31)
<font color="000000"><b>(31) O nə kölgə salar və nə də odun şöləsindən qoruyar.</b></font>
اِنَّهَا تَرْمِىْ بِشَرَرٍ كَالْقَصْرِ‌ۚ‏(32)
<font color="000000"><b>(32) Həqiqətən, elə qığılcımlar saçar ki, (böyüklükdə) sanki (hər biri) uca bir binadır (yaxud böyük xurma ağacının gövdəsidir).</b></font>
كَاَنَّهٗ جِمٰلَتٌ صُفْرٌ ؕ‏(33)
<font color="000000"><b>(33) (O qığılcımlar) sanki sarı rəngli dəvələrdir.</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَ‏(34)
<font color="000000"><b>(34) O gün vay halına təkzib edənlərin!</b></font>
هٰذَا يَوْمُ لَا يَنْطِقُوْنَۙ‏(35)
<font color="000000"><b>(35) Bu elə bir gündür ki, onlar (Məhşərin bəzi duracaqlarında) danışmazlar dinməzlər.</b></font>
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُوْنَ‏(36)
<font color="000000"><b>(36) Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri yoxdur).</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَ‏(37)
<font color="000000"><b>(37) O gün vay halına təkzib edənlərin!</b></font>
هٰذَا يَوْمُ الْفَصْلِ‌ۚ جَمَعْنٰكُمْ وَالْاَوَّلِيْنَ‏(38)
<font color="000000"><b>(38) Bu, sizi də, sizdən əvvəlkiləri də hamılıqla bir yerə topladığımız, mühakimə və (yaxşıları pislərdən) ayırma günüdür.</b></font>
فَاِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيْدُوْنِ‏(39)
<font color="000000"><b>(39) Əgər (bu gün əzabdan nicat tapmaq üçün) bir çarəniz və hiyləniz varsa, Mənə qarşı işlədin.</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَ‏(40)
<font color="000000"><b>(40) O gün vay halına təkzib edənlərin!</b></font>
اِنَّ الْمُتَّقِيْنَ فِىْ ظِلٰلٍ وَّعُيُوْنٍۙ‏(41)
<font color="000000"><b>(41) Həqiqətən, təqvalılar kölgəliklərdə və çeşmələr (başında)</b></font>
وَّفَوَاكِهَ مِمَّا يَشْتَهُوْنَؕ‏(42)
<font color="000000"><b>(42) Meylləri çəkən hər növ meyvələr (içində) olarlar.</b></font>
كُلُوْا وَاشْرَبُوْا هَنِيْٓئًا ۢ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ‏(43)
<font color="000000"><b>(43) Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun!</b></font>
اِنَّا كَذٰلِكَ نَجْزِى الْمُحْسِنِيْنَ‏(44)
<font color="000000"><b>(44) Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَ‏(45)
<font color="000000"><b>(45) O gün vay halına təkzib edənlərin!</b></font>
كُلُوْا وَتَمَتَّعُوْا قَلِيْلًا اِنَّكُمْ مُّجْرِمُوْنَ‏(46)
<font color="000000"><b>(46) (Siz isə, ey kafirlər dünyada) yeyin və qısa müddət ərzində azacıq bəhrələnin. Həqiqətən, siz günahkarsınız (və öz cəzanıza çatacaqsınız).</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَ‏(47)
<font color="000000"><b>(47) O gün vay halına təkzib edənlərin!</b></font>
وَاِذَا قِيْلَ لَهُمُ ارْكَعُوْا لَا يَرْكَعُوْنَ‏(48)
<font color="000000"><b>(48) Onlara «(Allahın müqabilində) rüku edin, müti olun» – deyildiyi zaman rüku etməz, və müti olmazlar.</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَ‏(49)
<font color="000000"><b>(49) O gün vay halına təkzib edənlərin!</b></font>
فَبِاَىِّ حَدِيْثٍۢ بَعْدَهٗ يُؤْمِنُوْنَ‏(50)
<font color="000000"><b>(50) (Əgər onlar bu kitaba da iman gətirmirlərsə,) bəs bundan sonra hansı bir sözə (kəlama) iman gətirəcəklər?!</b></font>