EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
ƏBƏSƏ (QAŞQABAĞINI TÖKDÜ) SURƏSİ
Məkkədə nazil olmuşdur, qırx iki ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
عَبَسَ وَتَوَلّٰٓىۙ‏(1)
<font color="000000"><b>(1) Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).</b></font>
اَنْ جَآءَهُ الْاَعْمٰىؕ‏(2)
<font color="000000"><b>(2) O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)</b></font>
وَمَا يُدْرِيْكَ لَعَلَّهٗ يَزَّكّٰٓىۙ‏(3)
<font color="000000"><b>(3) Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!</b></font>
اَوْ يَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرٰىؕ‏(4)
<font color="000000"><b>(4) Yaxud (haqq sözü eşitməklə) öyüd-nəsihət alacaq və bu öyüd-nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!</b></font>
اَمَّا مَنِ اسْتَغْنٰىۙ‏(5)
<font color="000000"><b>(5) Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,</b></font>
فَاَنْتَ لَهٗ تَصَدّٰىؕ‏(6)
<font color="000000"><b>(6) Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!</b></font>
وَمَا عَلَيْكَ اَلَّا يَزَّكّٰٓىؕ‏(7)
<font color="000000"><b>(7) Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.</b></font>
وَاَمَّا مَنْ جَآءَكَ يَسْعٰىۙ‏(8)
<font color="000000"><b>(8) Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,</b></font>
وَهُوَ يَخْشٰىۙ‏(9)
<font color="000000"><b>(9) (Özü də Allahından) qorxduğu halda,</b></font>
فَاَنْتَ عَنْهُ تَلَهّٰى‌ۚ‏(10)
<font color="000000"><b>(10) Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!</b></font>
كَلَّاۤ اِنَّهَا تَذْكِرَةٌ ۚ‏(11)
<font color="000000"><b>(11) Belə olmamalıdır. Bu Quran ayələri bir xatırlatma (öyüd - nəsihət)dir.</b></font>
فَمَنْ شَآءَ ذَكَرَهٗ‌ۘ‏(12)
<font color="000000"><b>(12) Kim istəsə, onun məzmununu xatırlayar (və haqq yola yetişər).</b></font>
فِىْ صُحُفٍ مُّكَرَّمَةٍۙ‏(13)
<font color="000000"><b>(13) (Bu Quran) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.</b></font>
مَّرْفُوْعَةٍ مُّطَهَّرَةٍ ۭۙ‏(14)
<font color="000000"><b>(14) Uca, (batildən, ziddiyyət və ixtilafdan uzaq və) pak (səhifələrdə).</b></font>
بِاَيْدِىْ سَفَرَةٍۙ‏(15)
<font color="000000"><b>(15) (Onun üzünü Lövhi-Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.</b></font>
كِرَامٍۢ بَرَرَةٍؕ‏(16)
<font color="000000"><b>(16) (Onlar) yaxşı iş görən əzizlərdir.</b></font>
قُتِلَ الْاِنْسَانُ مَاۤ اَكْفَرَهٗؕ‏(17)
<font color="000000"><b>(17) Ölsün insan! Nə qədər də kafir və nankordur!</b></font>
مِنْ اَىِّ شَىْءٍ خَلَقَهٗؕ‏(18)
<font color="000000"><b>(18) (Allahı) onu nədən yaratmışdır?</b></font>
مِنْ نُّطْفَةٍؕ خَلَقَهٗ فَقَدَّرَهٗ ۙ‏(19)
<font color="000000"><b>(19) Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.</b></font>
ثُمَّ السَّبِيْلَ يَسَّرَهٗۙ‏(20)
<font color="000000"><b>(20) Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,</b></font>
ثُمَّ اَمَاتَهٗ فَاَقْبَرَهٗۙ‏(21)
<font color="000000"><b>(21) Sonra onu öldürdü və qəbrə qoydu.</b></font>
ثُمَّ اِذَا شَآءَ اَنْشَرَهٗؕ‏(22)
<font color="000000"><b>(22) Sonra da istədiyi vaxt onu dirildəcəkdir.</b></font>
كَلَّا لَمَّا يَقْضِ مَاۤ اَمَرَهٗؕ‏(23)
<font color="000000"><b>(23) Belə deyildir. (İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükr etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam-kamal surətdə) yerinə yetirməmişdir.</b></font>
فَلْيَنْظُرِ الْاِنْسَانُ اِلٰى طَعَامِهٖۤۙ‏(24)
<font color="000000"><b>(24) Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!</b></font>
اَنَّا صَبَبْنَا الْمَآءَ صَبًّا ۙ‏(25)
<font color="000000"><b>(25) Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq.</b></font>
ثُمَّ شَقَقْنَا الْاَرْضَ شَقًّا ۙ‏(26)
<font color="000000"><b>(26) Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq.</b></font>
فَاَنْۢبَتْنَا فِيْهَا حَبًّا ۙ‏(27)
<font color="000000"><b>(27) Beləliklə, orada dən (müxtəlif və saysız-hesabsız növlərdə dənli bitkilər) bitirdik;</b></font>
وَّ عِنَبًا وَّقَضْبًا ۙ‏(28)
<font color="000000"><b>(28) Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər;</b></font>
وَّزَيْتُوْنًا وَّنَخْلًا ؕ‏(29)
<font color="000000"><b>(29) Zeytun və xurma ağacı;</b></font>
وَحَدَآئِقَ غُلْبًا ۙ‏(30)
<font color="000000"><b>(30) İri gövdəli və böyük ağaclarla dolu hasarlanmış bağlar;</b></font>
وَّفَاكِهَةً وَّاَبًّا ۙ‏(31)
<font color="000000"><b>(31) Həm yaş, həm də azuqə üçün qurudulmuş meyvə və ot-ələf</b></font>
مَّتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْؕ‏(32)
<font color="000000"><b>(32) Sizin və heyvanlarınızın bəhrələnməyi üçündür.</b></font>
فَاِذَا جَآءَتِ الصَّآخَّةُ‏(33)
<font color="000000"><b>(33) Beləliklə, qulaqları kar edən o nə’rə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda,</b></font>
يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ اَخِيْهِۙ‏(34)
<font color="000000"><b>(34) O gün insan qaçar öz qardaşından;</b></font>
وَاُمِّهٖ وَاَبِيْهِۙ‏(35)
<font color="000000"><b>(35) Anasından və atasından;</b></font>
وَصَاحِبَتِهٖ وَبَنِيْهِؕ‏(36)
<font color="000000"><b>(36) Zövcəsindən və oğullarından.</b></font>
لِكُلِّ امْرِیءٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَاْنٌ يُّغْنِيْهِؕ‏(37)
<font color="000000"><b>(37) O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır.</b></font>
وُجُوْهٌ يَّوْمَئِذٍ مُّسْفِرَةٌ ۙ‏(38)
<font color="000000"><b>(38) O gün bir çox üzlər parıldayacaq,</b></font>
ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ ۚ‏(39)
<font color="000000"><b>(39) Güləcək və sevinəcək.</b></font>
وَوُجُوْهٌ يَّوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ ۙ‏(40)
<font color="000000"><b>(40) O gün bəzi üzlərdə isə toz-torpaq və küdurət olacaqdır.</b></font>
تَرْهَقُهَا قَتَرَةٌ ؕ‏(41)
<font color="000000"><b>(41) Qaranlıq və zülmət onları bürüyəcəkdir.</b></font>
اُولٰٓئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ‏(42)
<font color="000000"><b>(42) Onlar həmin kafirlər və pozğunlardır!</b></font>