EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
TƏKVİR (SARINMA) SURƏSİ
Məkkədə nazil olmuşdur, iyirmi doqquz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِذَا الشَّمْسُ كُوِّرَتْۙ‏(1)
<font color="000000"><b>(1) Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər),</b></font>
وَاِذَا النُّجُوْمُ انْكَدَرَتْۙ‏(2)
<font color="000000"><b>(2) Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman,</b></font>
وَاِذَا الْجِبَالُ سُيِّرَتْۙ‏(3)
<font color="000000"><b>(3) Dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman,</b></font>
وَاِذَا الْعِشَارُ عُطِّلَتْۙ‏(4)
<font color="000000"><b>(4) (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb sahibsiz qalacağı zaman,</b></font>
وَاِذَا الْوُحُوْشُ حُشِرَتْۙ‏(5)
<font color="000000"><b>(5) Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman,</b></font>
وَاِذَا الْبِحَارُ سُجِّرَتْۙ‏(6)
<font color="000000"><b>(6) Dənizlərin dolacağı və qaynayacağı zaman, </b></font>
وَاِذَا النُّفُوْسُ زُوِّجَتْۙ‏(7)
<font color="000000"><b>(7) (Bərzəx) ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman,</b></font>
وَاِذَا الْمَوْءٗدَةُ سُئِلَتْۙ‏(8)
<font color="000000"><b>(8) Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman</b></font>
بِاَىِّ ذَنْۢبٍ قُتِلَتْ‌ۚ‏(9)
<font color="000000"><b>(9) «Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?» – deyə soruşular.)</b></font>
وَاِذَا الصُّحُفُ نُشِرَتْۙ‏(10)
<font color="000000"><b>(10) Əməl dəftərləri (Haqq-Taala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman,</b></font>
وَاِذَا السَّمَآءُ كُشِطَتْۙ‏(11)
<font color="000000"><b>(11) Göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü zaman,</b></font>
وَاِذَا الْجَحِيْمُ سُعِّرَتْۙ‏(12)
<font color="000000"><b>(12) Cəhənnəm alovlandırılıb şölələndiyi zaman,</b></font>
وَاِذَا الْجَنَّةُ اُزْلِفَتْۙ‏(13)
<font color="000000"><b>(13) Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman,</b></font>
عَلِمَتْ نَفْسٌ مَّاۤ اَحْضَرَتْؕ‏(14)
<font color="000000"><b>(14) Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir.</b></font>
فَلَاۤ اُقْسِمُ بِالْخُنَّسِۙ‏(15)
<font color="000000"><b>(15) Yox-yox; and olsun (gündüz) gizlənən, gecə qayıdan ulduzlara,</b></font>
الْجَوَارِ الْكُنَّسِۙ‏(16)
<font color="000000"><b>(16) Seyr edən, qeyb olan o ulduzlara (gecənin sonunda yuvalarına çəkilən heyvanlar kimi öz məğriblərində gizlənərlər),</b></font>
وَالَّيْلِ اِذَا عَسْعَسَۙ‏(17)
<font color="000000"><b>(17) And olsun qaralmaqda və çəkilməkdə olan gecəyə.</b></font>
وَالصُّبْحِ اِذَا تَنَفَّسَۙ‏(18)
<font color="000000"><b>(18) Və and olsun sökülməkdə olan dan yerinə.</b></font>
اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِيْمٍۙ‏(19)
<font color="000000"><b>(19) (Yuxarıdakı andların nəticəsi budur) ki, bu (Quran) şübhəsiz, möhtərəm və şərəfli bir elçinin (Cəbrailin gətirdiyi) sözdür.</b></font>
ذِىْ قُوَّةٍ عِنْدَ ذِى الْعَرْشِ مَكِيْنٍۙ‏(20)
<font color="000000"><b>(20) (Elə bir elçi ki,) çox qüvvətlidir və ərşin sahibi (Allahın) yanında məqam və mənsəb sahibidir.</b></font>
مُّطَاعٍ ثَمَّ اَمِيْنٍؕ‏(21)
<font color="000000"><b>(21) Orada (mələklər arasında) itaət ediləndir, həm də güvəniləndir.</b></font>
وَ مَا صَاحِبُكُمْ بِمَجْنُوْنٍ‌ۚ‏(22)
<font color="000000"><b>(22) Sizin yoldaşınız və dostunuz (Peyğəmbər) divanə deyildir.</b></font>
وَلَقَدْ رَاٰهُ بِالْاُفُقِ الْمُبِيْنِ‌ۚ‏(23)
<font color="000000"><b>(23) Həqiqətən, (bu Peyğəmbər) onu (Cəbraili) açıq və (insanların üfüqündən) uca olan üfüqdə (mələklərin üfüqündə) görmüşdür.</b></font>
وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِيْنٍ‌ۚ‏(24)
<font color="000000"><b>(24) Və o qeyb (vəhy vasitəsilə aldıqları barəsində) xəsis deyildir (ki, onu gizlətsin, dəyişdirsin, yaxud təxirə salsın və ya qarışdırsın).</b></font>
وَمَا هُوَ بِقَوْلِ شَيْطٰنٍ رَّجِيْمٍۙ‏(25)
<font color="000000"><b>(25) Və bu (Quran Allah dərgahından) qovulmuş Şeytanın sözü deyildir.</b></font>
فَاَيْنَ تَذْهَبُوْنَؕ‏(26)
<font color="000000"><b>(26) Belə isə, hara gedirsiniz?!</b></font>
اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِيْنَۙ‏(27)
<font color="000000"><b>(27) Bu, aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.</b></font>
لِمَنْ شَآءَ مِنْكُمْ اَنْ يَّسْتَقِيْمَؕ‏(28)
<font color="000000"><b>(28) Sizdən (əqidə, əxlaq və əməldə) düzgün olmaq istəyənlər üçün.</b></font>
وَمَا تَشَآءُوْنَ اِلَّاۤ اَنْ يَّشَآءَ اللّٰهُ رَبُّ الْعٰلَمِيْنَ‏(29)
<font color="000000"><b>(29) Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır.)</b></font>