Məkkədə nazil olmuşdur, iyirmi ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
لَاۤ اُقْسِمُ بِهٰذَا الْبَلَدِۙ(1)
<font color="000000"><b>(1) Xeyr, and olsun bu şəhərə (əzəmətli Məkkəyə),</b></font>
وَاَنْتَ حِلٌّ ۢ بِهٰذَا الْبَلَدِۙ(2)
<font color="000000"><b>(2) Sənin yerləşdiyin bu şəhərə;</b></font>
وَوَالِدٍ وَّمَا وَلَدَ ۙ(3)
<font color="000000"><b>(3) Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kə’bənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə) ki,</b></font>
لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِىْ كَبَدٍؕ(4)
<font color="000000"><b>(4) Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur).</b></font>
اَيَحْسَبُ اَنْ لَّنْ يَّقْدِرَ عَلَيْهِ اَحَدٌ ۘ(5)
<font color="000000"><b>(5) Yoxsa o elə güman edir ki, əsla heç kimin ona gücü çatmayacaqdır (buna görə də küfr və tüğyan edir)?!</b></font>
يَقُوْلُ اَهْلَكْتُ مَالًا لُّبَدًا ؕ(6)
<font color="000000"><b>(6) (Minnət qoymaq və bəxş etdiklərini qabartmaq məqsədi ilə) «Mən çox mal tələf etdim!» – deyir.</b></font>
اَيَحْسَبُ اَنْ لَّمْ يَرَهٗۤ اَحَدٌ ؕ(7)
<font color="000000"><b>(7) Yoxsa güman edir ki, heç kim onu (bəxşiş etdiyi zaman) görməmişdir?!</b></font>
اَلَمْ نَجْعَلْ لَّهٗ عَيْنَيْنِۙ(8)
<font color="000000"><b>(8) Məgər Biz ona iki (görən) göz vermədikmi?!</b></font>
وَلِسَانًا وَّشَفَتَيْنِۙ(9)
<font color="000000"><b>(9) Və (eləcə də) bir dil və iki dodaq (vermədikmi)?!</b></font>
وَهَدَيْنٰهُ النَّجْدَيْنِۚ(10)
<font color="000000"><b>(10) Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!</b></font>
فَلَا اقْتَحَمَ الْعَقَبَةَۖ(11)
<font color="000000"><b>(11) Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا الْعَقَبَةُ ؕ(12)
<font color="000000"><b>(12) Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?!</b></font>
فَكُّ رَقَبَةٍ ۙ(13)
<font color="000000"><b>(13) (O) Bir qul azad etməkdir.</b></font>
اَوْ اِطْعٰمٌ فِىْ يَوْمٍ ذِىْ مَسْغَبَةٍ ۙ(14)
<font color="000000"><b>(14) Yaxud qıtlıq və aclıq günü yemək verməkdir.</b></font>
يَّتِيْمًا ذَا مَقْرَبَةٍ ۙ(15)
<font color="000000"><b>(15) Qohum olan bir yetimə,</b></font>
اَوْ مِسْكِيْنًا ذَا مَتْرَبَةٍ ؕ(16)
<font color="000000"><b>(16) Və ya yerə sərilmiş bir miskinə!</b></font>
ثُمَّ كَانَ مِنَ الَّذِيْنَ اٰمَنُوْا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ ؕ(17)
<font color="000000"><b>(17) Bunlardan əlavə, iman gətirən və bir-birinə səbr, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.</b></font>
اُولٰٓئِكَ اَصْحٰبُ الْمَيْمَنَةِ ؕ(18)
<font color="000000"><b>(18) Onlar xeyir-bərəkət və səadət əshabıdır (sahibləridir).</b></font>
وَالَّذِيْنَ كَفَرُوْا بِاٰيٰتِنَا هُمْ اَصْحٰبُ الْمَشْئَمَةِ ؕ(19)
<font color="000000"><b>(19) Bizim ayələrimizi və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbəxtlik əshabıdırlar (sahibləridirlər).</b></font>
عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌ(20)
<font color="000000"><b>(20) Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb-yandırması çoxdur, çıxış yolu isə bağlıdır).</b></font>