Məkkədə nazil olmuşdur, on beş ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالشَّمْسِ وَضُحٰٮهَاۙ(1)
<font color="000000"><b>(1) And olsun günəşə və onun şüasının vüsətinə,</b></font>
وَالْقَمَرِ اِذَا تَلٰٮهَا ۙ(2)
<font color="000000"><b>(2) And olsun (günəşin) ardınca çıxmaqda olan aya.</b></font>
وَالنَّهَارِ اِذَا جَلّٰٮهَا ۙ(3)
<font color="000000"><b>(3) And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.</b></font>
وَالَّيْلِ اِذَا يَغْشٰٮهَا ۙ(4)
<font color="000000"><b>(4) And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə.</b></font>
وَالسَّمَآءِ وَمَا بَنٰٮهَا ۙ(5)
<font color="000000"><b>(5) And olsun göyə və onu bina edən (O qüdrətli varlığa, vücuda),</b></font>
وَالْاَرْضِ وَمَا طَحٰٮهَا ۙ(6)
<font color="000000"><b>(6) And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə).</b></font>
وَنَفْسٍ وَّمَا سَوّٰٮهَا ۙ(7)
<font color="000000"><b>(7) Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).</b></font>
فَاَلْهَمَهَا فُجُوْرَهَا وَتَقْوٰٮهَا ۙ(8)
<font color="000000"><b>(8) Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir.</b></font>
قَدْ اَفْلَحَ مَنْ زَكّٰٮهَا ۙ(9)
<font color="000000"><b>(9) Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!.</b></font>
وَقَدْ خَابَ مَنْ دَسّٰٮهَا ؕ(10)
<font color="000000"><b>(10) Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!</b></font>
كَذَّبَتْ ثَمُوْدُ بِطَغْوٰٮهَآ ۙ(11)
<font color="000000"><b>(11) Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi.</b></font>
اِذِ انْۢبَعَثَ اَشْقٰٮهَا ۙ(12)
<font color="000000"><b>(12) Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman,</b></font>
فَقَالَ لَهُمْ رَسُوْلُ اللّٰهِ نَاقَةَ اللّٰهِ وَسُقْيٰهَا ؕ(13)
<font color="000000"><b>(13) Allahın peyğəmbəri onlara demişdi: «Allahın dəvəsinə ziyan yetirməkdən və ona öz növbəsində su içməyə mane olmaqdan çəkinin!».</b></font>
فَكَذَّبُوْهُ فَعَقَرُوْهَا ۙفَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنْۢبِهِمْ فَسَوّٰٮهَا ۙ(14)
<font color="000000"><b>(14) Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər. Rəbbi də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.</b></font>
وَلَا يَخَافُ عُقْبٰهَا(15)
<font color="000000"><b>(15) Və (Allah) bu işin aqibətin(ə görə heç bir kəs)dən qorxmaz.</b></font>