Məkkədə nazil olmuşdur, iyirmi bir ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالَّيْلِ اِذَا يَغْشٰىۙ(1)
<font color="000000"><b>(1) And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;</b></font>
وَالنَّهَارِ اِذَا تَجَلّٰىۙ(2)
<font color="000000"><b>(2) And olsun, cilvələnməkdə olan gündüzə.</b></font>
وَمَا خَلَقَ الذَّكَرَ وَالْاُنْثٰٓىۙ(3)
<font color="000000"><b>(3) And olsun erkəyi və dişini (Adəmi və Həvvanı, hər bir canlının erkəyini, dişisini və hər bir bitkinin erkəyini və dişisini) yaradana ki,</b></font>
اِنَّ سَعْيَكُمْ لَشَتّٰىؕ(4)
<font color="000000"><b>(4) Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).</b></font>
فَاَمَّا مَنْ اَعْطٰى وَاتَّقٰىۙ(5)
<font color="000000"><b>(5) Amma kim (öz malından və var-yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa,</b></font>
وَصَدَّقَ بِالْحُسْنٰىۙ(6)
<font color="000000"><b>(6) Və Allahın vədlərini təsdiq etsə,</b></font>
فَسَنُيَسِّرُهٗ لِلْيُسْرٰىؕ(7)
<font color="000000"><b>(7) Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).</b></font>
وَاَمَّا مَنْۢ بَخِلَ وَاسْتَغْنٰىۙ(8)
<font color="000000"><b>(8) Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa,</b></font>
وَكَذَّبَ بِالْحُسْنٰىۙ(9)
<font color="000000"><b>(9) Və İlahi vədləri təkzib etsə,</b></font>
فَسَنُيَسِّرُهٗ لِلْعُسْرٰىؕ(10)
<font color="000000"><b>(10) Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval-ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar).</b></font>
وَمَا يُغْنِىْ عَنْهُ مَالُهٗۤ اِذَا تَرَدّٰىؕ(11)
<font color="000000"><b>(11) Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-dövlətinin ona heç bir faydası olmayacaq.</b></font>
اِنَّ عَلَيْنَا لَلْهُدٰىۖ(12)
<font color="000000"><b>(12) Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizdədir.</b></font>
وَاِنَّ لَنَا لَلْاٰخِرَةَ وَالْاُوْلٰى(13)
<font color="000000"><b>(13) Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.</b></font>
فَاَنْذَرْتُكُمْ نَارًا تَلَظّٰىۚ(14)
<font color="000000"><b>(14) Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.</b></font>
لَا يَصْلٰٮهَاۤ اِلَّا الْاَشْقَىۙ(15)
<font color="000000"><b>(15) Ora yalnız ən azğın kafir girər və yanar.</b></font>
الَّذِىْ كَذَّبَ وَتَوَلّٰىؕ(16)
<font color="000000"><b>(16) O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.</b></font>
وَسَيُجَنَّبُهَا الْاَتْقَىۙ(17)
<font color="000000"><b>(17) Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər – yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar).</b></font>
الَّذِىْ يُؤْتِىْ مَالَهٗ يَتَزَكّٰىۚ(18)
<font color="000000"><b>(18) O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir</b></font>
وَمَا لِاَحَدٍ عِنْدَهٗ مِنْ نِّعْمَةٍ تُجْزٰٓىۙ(19)
<font color="000000"><b>(19) Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,</b></font>
اِلَّا ابْتِغَآءَ وَجْهِ رَبِّهِ الْاَعْلٰىۚ(20)
<font color="000000"><b>(20) O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).</b></font>
وَلَسَوْفَ يَرْضٰى(21)
<font color="000000"><b>(21) Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır.</b></font>