ƏMİRƏL-MÖMİNİN ƏLİNİN (Ə) NAMAZI
Şeyx Tusi və Seyid İbn Tavus yazırlar ki, İmam Sadiq (ə) buyurub: "Kim Əmirəl-mömininin (ə) namazını qılsa, günahlardan təmizlənər, eynilə anadan gəldiyi gündə olduğu kimi pak olar və istəkləri həyata keçər." Əmirəl-möminin Əlinin (ə) namazı dörd rəkətdir (iki rəkət-iki rəkət) qılınır. Hər rəkətdə bir dəfə
Fatihə surəsi və əlli dəfə
İxlas surəsi oxunur. Namazdan sonra o həzrətin təsbihi deyilir. Bu təsbih Əllamə Məclisinin nəqlinə istinadən belədir:
سُبْحَانَ مَنْ لَا تَبِيْدُ مَعَالِمُهُ
Təsbih deyirəm (pak və münəzzəh olduğunu iqrar edirəm) o kəsə ki, aydın və aşkar nişanələri zəvala uğrayan deyil. Təsbih deyirəm o kəsə ki, xəzinələri azalan deyil. Təsbih deyirəm o kəsə ki, əzəmətinə zəval yoxdur. Təsbih deyirəm o kəsə ki, Onun dərgahında olanların sonu yoxdur. Təsbih deyirəm o kəsə ki, ömrünə son yoxdur. Təsbih deyirəm o kəsə ki, işində şərik yoxdur. Təsbih deyirəm o kəsə ki, Ondan qeyri İlah yoxdur.
سُبْحَانَ مَنْ لَا تَنْقُصُ خَزَاۤئِنُهُ
سُبْحَانَ مَنْ لَا اضْمِحْلَالَ لِفَخْرِهِ
سُبْحَانَ مَنْ لَا يَنْفَدُ مَا عِنْدَهُ
سُبْحَانَ مَنْ لَا انْقِطَاعَ لِمُدَّتِهِ
سُبْحَانَ مَنْ لَا يُشَارِكُ اَحَدًا فِي اَمْرِهِ
سُبْحَانَ مَنْ لَاۤ اِلٰهَ غَيْرُهُ
يَا مَنْ عَفَا عَنِ السَّيِّئَاتِ وَ لَمْ يُجَازِ بِهَا
Ey günahları əfv edən və buna görə cəzalandırmayan, bəndənə rəhm et. Ey Allah, ey Allah, ey Allah, (rəhm et) mənə, mənə. Mən Sənin bəndənəm, ey mənim Ağam. Mən Sənin bəndənəm və Sənin qarşındayam, ey mənim Rəbbim. Ey Məbudum, and olsun zatına, ey mənim arzum, ey mənim bəxş edənim, ey mənim harayıma çatan, Sənin bəndənin, Sənin bəndənin çarəsi kəsilmişdir; ey rəğbətimin sonu, ey damarlarında qanı cari edən, bəndənin köməyinə çat. Ey Ağam, ey Sahibim, ey Allah, ey Allah, ey Rəbbim, mən Sənin bəndənəm, mən Sənin bəndənəm, çarəm kəsilmişdir və özümün heç nəyi yoxdur, özümə zərər və xeyir verməyə qüdrətim yoxdur, yoldaşlıq etməyə bir kəs tapmıram, çarəm kəsilmişdir, (nicat tapmağa olan) gümanım, aradan getmişdir, dövran məni Səninlə tənha qoymuşdur, odur ki, Sənin qarşında buradaca dayanmışam. Ey Məbudum, Sən bütün bunlardan xəbərdarsan, elə isə, mənimlə necə rəftar edəcəksən? Kaş biləydim, istəklərimin cavabında nə deyəcəksən! Görəsən, "bəli", yoxsa "xeyr" deyəcəksən? Əgər "xeyr" desən, vay olsun mənə, vay olsun mənə, vay olsun mənə; vay olsun çarəsizliyimə, vay olsun çarəsizliyimə, vay olsun çarəsizliyimə; vay olsun bədbəxtliyimə, vay olsun bədbəxtliyimə, vay olsun bədbəxtliyimə; vay olsun rüsvayçılığıma, vay olsun rüsvayçılığıma, vay olsun rüsvayçılığıma. Kimə və kimdən, yaxud kimin yanına, yaxud necə, yaxud nə üçün, yaxud nə ilə pənah aparım? Kimə ümid bağlayım, Sən məni öldürdüyün vaxt kim lütf və kərəmi ilə mənə bəxş edəcəkdir? Ey məğfirəti geniş olan. Əgər "bəli" desən – belə ki, Sənin barəndə belə güman olunur və ümid bəslənilir - , onda xoş mənim halıma, mən xoşbəxt və məsudam; onda xoş mənim halıma, mənə mərhəmət olunmuşdur. Ey rəhm edən, ey xeyirxah, ey mehriban, ey qüdrətli, ey hökmdar, ey ədalətli! İstəyimin həyata keçməsinə nail ola biləcəyim bir əməlim yoxdur. Səndən istəyirəm o adına xatir ki, onu qeybin gizli yerində qərar vermisən, bu ad Sənin dərgahında qərar tutmuşdur və Səndən Səndən qeyrisinə zahir olmur; Səndən istəyirəm o ada xatir, Sənə xatir, o ada xatir: çünki bunlar Sənin ən uca və ən şərəfli adlarındır, mənim ondan başqa heç nəyim yoxdur, heç kəs mənə Səndən çox xeyir vermir; ey mütləq varlıq, ey vücuda gətirən, ey Özünü mənə tanıtdıran, ey mənə Öz itaətini əmr edən, ey məni Özünə qarşı üsyankarlıqdan çəkindirən, ey çağırılan, ey dilək dilənilən, ey arzu olunan. Mənə buyurduğunu yerinə yetirmədim və Sənə itaət etmədim, əgər mənə əmr etdiyinə itaət etsəydim, heç şübhəsiz Səndən dilədiyim istədiklərdə mənə kifayət edərdin. Üsyankarlığımla belə, Sənə ümid bəsləyirəm, elə isə, mənimlə ümidim arasında ayrılıq salma. Ey mənə rəhm edən, mənə öndən və arxadan, yuxarıdan və aşağıdan, bütün tərəflərdən pənah ver. Ey Allahım, ağam Məhəmmədin, mövlam Əlinin və hidayət olunmuş İmamların – salam olsun onlara – haqqına xatir salamlarını, mehtibanlığını və rəhmətini bizim üçün qərar ver, Öz ruzini bizə bol et, borcumuzu ödə, bütün istəklərimizi həyata keçir. Ey Allah, ey Allah, ey Allah, həqiqətən Sən hər şeyə qadirsən.
اِرْحَمْ عَبْدَكَ يَا اَللهُ
اَنَا عَبْدُكَ يَا سَيِّدَاهُ
اَنَا عَبْدُكَ بَيْنَ يَدَيْكَ اَيَا رَبَّاهُ،
اِلٰهِيْ بِكَيْنُوْنَتِكَ يَا اَمَلَاهُ
يَا رَحْمَانَاهُ يَا غِيَاثَاهُ
عَبْدُكَ عَبْدُكَ لَا حِيْلَةَ لَهُ
يَا مُنْتَهٰى رَغْبَتَاهُ
يَا مُجْرِيَ الدَّمِ فِي عُرُوْقِي [عَبْدُكَ]
يَا سَيِّدَاهُ يَا مَالِكَاهُ
اَيَا هُوَ اَيَا هُوَ يَا رَبَّاهُ
لَا حِيْلَةَ لِيْ وَ لَا غِنٰى بِيْ عَنْ نَفْسِيْ
وَ لَا اَسْتَطِيْعُ لَهَا ضَرًّا وَ لَا نَفْعًا
وَ لَا اَجِدُ مَنْ اُصَانِعُهُ
تَقَطَّعَتْ اَسْبَابُ الْخَدَاۤئِعِ عَنِّي
وَ اضْمَحَلَّ كُلُّ مَظْنُوْنٍ عَنِّي
اَفْرَدَنِي الدَّهْرُ اِلَيْكَ
فَقُمْتُ بَيْنَ يَدَيْكَ هٰذَا الْمَقَامَ
يَا اِلٰهِيْ بِعِلْمِكَ كَانَ هٰذَا كُلُّهُ
فَكَيْفَ اَنْتَ صَانِعٌ بِيْ
وَ لَيْتَ شِعْرِيْ كَيْفَ تَقُوْلُ لِدُعَاۤئِي
اَ تَقُوْلُ نَعَمْ اَمْ تَقُوْلُ لَا،
فَاِنْ قُلْتَ لَا فَيَا وَيْلِيْ يَا وَيْلِيْ يَا وَيْلِيْ
يَا عَوْلِيْ يَا عَوْلِيْ يَا عَوْلِيْ
يَا شِقْوَتِيْ يَا شِقْوَتِيْ يَا شِقْوَتِيْ
يَا ذُلِّيْ يَا ذُلِّيْ يَا ذُلِّيْ
اَوْ عِنْدَ مَنْ اَوْ كَيْفَ اَوْ مَا ذَا
اَوْ اِلٰى اَيِّ شَيْءٍ اَلْجَاُ
وَ مَنْ يَجُوْدُ عَلَيَّ بِفَضْلِهِ حِيْنَ تَرْفُضُنِيْ
يَا وَاسِعَ الْمَغْفِرَةِ
وَ اِنْ قُلْتَ نَعَمْ كَمَا هُوَ الظَّنُّ بِكَ وَ الرَّجَاۤءُ لَكَ
فَطُوْبٰى لِيْ اَنَا السَّعِيْدُ وَ اَنَا الْمَسْعُوْدُ
فَطُوْبٰى لِيْ وَ اَنَا الْمَرْحُوْمُ،
يَا مُتَرَحِّمُ يَا مُتَرَئِّفُ
يَا مُتَعَطِّفُ يَا مُتَجَبِّرُ [مُتَحَنِّنُ]
يَا مُتَمَلِّكُ يَا مُقْسِطُ
لَا عَمَلَ لِيْ اَبْلُغُ بِهِ نَجَاحَ حَاجَتِيْ
اَسْاَلُكَ بِاسْمِكَ الَّذِيْ جَعَلْتَهُ فِي مَكْنُوْنِ غَيْبِكَ
وَ اسْتَقَرَّ عِنْدَكَ فَلَا يَخْرُجُ مِنْكَ اِلٰى شَيْءٍ سِوَاكَ
اَسْاَلُكَ بِهِ وَ بِكَ وَ بِهِ فَاِنَّهُ اَجَلُّ وَ اَشْرَفُ اَسْمَاۤئِكَ
لَا شَيْءً لِيْ غَيْرُ هٰذَا
وَ لَا اَحَدَ اَعْوَدُ عَلَيَّ مِنْكَ
يَا كَيْنُوْنُ يَا مُكَوِّنُ
يَا مَنْ عَرَّفَنِيْ نَفْسَهُ
يَا مَنْ اَمَرَنِيْ بِطَاعَتِهِ
يَا مَنْ نَهَانِيْ عَنْ مَعْصِيَتِهِ
وَ يَا مَدْعُوُّ يَا مَسْئُوْلُ
رَفَضْتُ وَصِيَّتَكَ الَّتِيْ اَوْصَيْتَنِيْ وَ لَمْ اُطِعْكَ
وَ لَوْ اَطَعْتُكَ فِيْمَا اَمَرْتَنِيْ لَكَفَيْتَنِيْ مَا قُمْتُ اِلَيْكَ فِيْهِ
وَ اَنَا مَعَ مَعْصِيَّتِيْ لَكَ رَاجٍ،
فَلَا تَحُلْ بَيْنِيْ وَ بَيْنَ مَا رَجَوْتُ
يَا مُتَرَحِّمًا لِيْ اَعِذْنِيْ مِنْ بَيْنِ يَدَيَّ وَ مِنْ خَلْفِيْ
وَ مِنْ فَوْقِي وَ مِنْ تَحْتِي
وَ مِنْ كُلِّ جِهَاتِ الْاِحَاطَةِ بِيْ
اَللّٰهُمَّ بِمُحَمَّدٍ سَيِّدِيْ
وَ بِالْاَئِمَّةِ الرَّاشِدِيْنَ عَلَيْهِمُ السَّلَامُ
اِجْعَلْ عَلَيْنَا صَلَوَاتِكَ وَ رَأْفَتَكَ وَ رَحْمَتَكَ
وَ اَوْسِعْ عَلَيْنَا مِنْ رِّزْقِكَ
وَ اقْضِ عَنَّا الدَّيْنَ وَ جَمِيْعَ حَوَاۤئِجِنَا
يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ۔
İmam Sadiq (ə) buyurub: "Kim bu namazı qılsa və bu duanı oxusa, onun günahları bağışlanar."
اَللّٰهُمَّ صَلِّ عَلَى النَّبِيِّ الْعَرَبِيِّ وَ اٰلِهِ۔