ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
İMAM HADİNİN (Ə) DUASI
يَا بَآرُّ يَا وَصُوْلُ
Ey gözəl əməl sahibi, ey vüsala çatdıran, ey hər gizlinə şahid olan, ey uzaq olmayan yaxın (çox-çox yaxın), ey məğlub olmayan qalib, ey o kəs ki, Səndən qeyrisi Sənin necə olduğunu bilmir və ey o kəs ki, kimsənin qüdrəti Sənin qüdrətinə yetməz! Ey Allahım, istədiyin kəsdən məxfi, gizli və örtülü saxladığın, pak, pakizə və müqəddəs, kamil, diri, daimi və əzəmətli nur olan, göylərin və yerlərin nuru olan, qeybi və şəhadəti bilən, böyük, uca və əzəmətli adına xatir Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən.
يَا شَاهِدَ كُلِّ غَاۤئِبٍ
وَ يَا قَرِيْبُ غَيْرَ بَعِيْدٍ
وَ يَا غَالِبُ غَيْرَ مَغْلُوْبٍ
وَ يَا مَنْ لَا يَعْلَمُ كَيْفَ هُوَ اِلَّا هُوَ
يَا مَنْ لَا تُبْلَغُ قُدْرَتُهُ
اَسْاَلُكَ اللّٰهُمَّ بِاسْمِكَ الْمَكْنُوْنِ الْمَخْزُوْنِ
الْمَكْتُوْمِ عَمَّنْ شِئْتَ
الطَّاهِرِ الْمُطَهَّرِ الْمُقَدَّسِ
النُّوْرِ التَّآمِّ
الْحَيِّ الْقَيُّوْمِ الْعَظِيْمِ
نُوْرِ السَّمَاوَاتِ وَ نُوْرِ الْاَرَضِيْنَ
عَالِمِ الْغَيْبِ وَ الشَّهَادَةِ
الْكَبِيْرِ الْمُتَعَالِ الْعَظِيْمِ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ۔