EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RAMAZAN AYININ MİN RƏKƏTLİ NAMAZI
Ramazan ayının gecələri ərzində min rəkət namaz qılın. Bu namazın qılınma qaydası barədə müxtəlif hədislər vardır, lakin Əli ibn Mehranın İmam Cavaddan (ə) nəql etdiyi və böyük alimlərin əksəriyyətinin qəbul etdikləri hədisdə belə buyurulur:
Ramazan ayının birinci və ikinci ongünlüyündə hər gecə iyirmi rəkət (iki rəkət-iki rəkət) namaz qılın: onun səkkiz rəkətini məğrib namazından sonra və on iki rəkətini işa namazından sonra qılın. Ramazan ayının üçüncü ongünlüyündə hər gecə otuz rəkət namaz qılın: onun səkkiz rəkətini məğrib namazından sonra və iyirmi iki rəkətini işa namazından sonra qılın. Bunlar birlikdə yeddi yüz rəkət edir. Üç yüz rəkəti isə Qədr gecələrində qılın, yəni on doqquzuncu gecədə yüz rəkət namaz qılın (öncədən məğrib və işa namazlarından sonra iyirmi rəkəti də qılmalıdır), iyirmi birinci gecədə yüz rəkət namaz qılın (qeyd olunun otuz rəkət də öncədən qılınmalıdır), iyirmi üçüncü gecədə yüz rəkət namaz qılın (qeyd olunan otuz rəkət də öncədən qılınmalıdır). Beləliklə, min rəkət namaz tamamlanır.
Möminlərə tövsiyə olunur ki, imkan daxilində bu namazı unutmasınlar.
Rəvayətlərdə qeyd olunur ki, Ramazan ayında hər iki rəkət nafilə namazlarından sonra bu duanı oxumaq tövsiyə olunur:
اَللّٰهُمَّ اجْعَلْ فِيْـمَا تَقْضِيْ وَتُقَدِّرُ
<font color="000000"><b>Ey Allahım, Qədr gecəsində hikmətli əmrinlə qəti hökmünü verərkən – o hökm ki, artıq geri qaytarılmır və dəyişməz qalır – məni Öz evinin hacılarının sırasında yaz: o hacılar ki, həccləri qəbuldur və səyləri qiymətləndirilmişdir, günahları bağışlanmışdır. Allahım, sənin itaətində keçən ömür və bol ruzini mənim barəmdə hökm ver və müqəddər et. Ey rəhmlilərin ən rəhmlisi!</b></font>
مِنَ الْاَمْرِ الْمَحْتُوْمِ،
وَفِيْـمَا تَفْرُقُ مِنَ الْاَمْرِ الْحَكِيْمِ، فِيْ لَيْلَةِ الْقَدْرِ،
اَنْ تَجْعَلَنِيْ مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ،
الْمَبْرُوْرِ حَجُّهُمُ
الْمَشْكُوْرِ سَعْيُهُمْ،
الْمَغْفُوْرِ ذُنُوْبُهُمُ،
وَاَسْاَلُكَ اَنْ تُطِيْلَ عُمْرِيْ فِيْ طَاعَتِكَ،
وَتُوَسِّعَ لِيْ فِيْ رِزْقِيْ،
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ۔