Müştərək təqibat dedikdə, hər namazdan sonra oxunan dua və zikrlər nəzərdə tutulur. Müştərək təqibatın bəziləri bunlardır:
1- Namaz tamamlanandan sonra üç dəfə təkbir demək müstəhəbdir. Hər təkbiri deyərkən əlləri üzün səviyəsində yuxarı qaldır, sonra dizə yaxınlaşdır. İmam Sadiq (ə) buyurub: "Namazın salamını dedikdən sonra təkbir demək üçün əllərini üç dəfə yuxarı qaldır."
İbn Babuvəyh mötəbər sənədlə nəql edir ki, Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) soruşdu: "Nə üçün namaz qılan şəxs salamı dedikdən sonra əllərini yuxarı qaldıraraq üç dəfə təkbir deməlidir?" İmam Sadiq (ə) buyurdu: "Həzrət Rəsulallah (s) Məkkəni fəth etdikdə səhabələri ilə birlikdə "Həcərul-əsvəd"in kənarında namaz qıldı. Namazın salamını dedikdən sonra üç dəfə əllərini yuxarı qaldırdı və təkbir dedi. Daha sonra isə dedi:
لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan qeyri İlah yoxdur. Təkdir, təkdir, təkdir. O, Öz vədinə vəfa etdi, bəndəsinə kömək etdi, qoşununa izzət və qüdrət bəxş etdi, tək Özü bütün dəstələrə qələbə çaldı. Elə isə hökmdarlıq və sitayiş Ona məxsusdur, dirildir və öldürür, öldürür və dirildir, O hər şeyə qadirdir.
وَ نَحْنُ لَهُ مُسْلِمُوْنَ
وَ لَا نَعْبُدُ اِلَّا اِيَّاهُ
مُخْلِصِيْنَ لَهُ الدِّيْنَ
وَ لَوْ كَرِهَ الْمُشْرِكُوْنَ
رَبُّنَا وَ رَبُّ اٰباۤئِنَا الْاَوَّلِيْنَ
وَحْدَهُ وَحْدَهُ وَحْدَهُ
وَ هَزَمَ الْاَحْزَابَ وَحْدَهُ
فَلَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
وَ هُوَ حَىُّ لَايَمُوْتُ
وَ هُوَ عَلٰى كُلِّشَىْءٍ قَدِيْرٌ۔
2) Mərhum Kuleyni mötəbər sənədlə nəql edir ki, İmam Baqir (ə) buyurdu: Hər kim, vacib namazdan sonra ayaqlarını döndərmədən üç dəfə bu duanı oxuyarsa, Allah onun günahlarını bağışlayar, hətta çox olsa belə:
اَسْتَغْفِرُ اللهَ الَّذِىْ لَا ۤ اِلٰهَ اِلَّا هُوَ
Allahdan bağışlanma diləyirəm və Onun dərgahına tövbə edirəm: o Allah ki, Ondan qeyri İlah yoxdur, diri və əbədidir, cəlalət və ikram sahibidir.
الْحَىُّ الْقَيُّوْمُ وَ اَتُوْبُ اِلَيْهِ
3) Tusi "Misbahul-mutəhəccid"də müştərək təqibatda bu duanı qeyd etmişdir:
اَللّٰهُمَّ اهْدِنِىْ مِنْ عِنْدِكَ
Ey Allahım, məni Öz tərəfindən hidayət et, mənə Öz fəzlindən endir, mənə Öz rəhmətini aç, mənə Öz bərəkətlərini nazil et; Sən münəzzəhsən, Səndən qeyri İlah yoxdur, mənim bütün günahlarımı bağışla, çünki Səndən qeyri kimsə bütün günahları bağışlamır.
Ey Allahım, elminin əhatə etdiyi hər xeyri Səndən istəyirəm və elminin əhatə etdiyi hər şərdən Sənə pənah aparıram. Ey Allahım, bütün işlərimdə Səndən salamatlıq istəyirəm; dünya rüsvayçılığından və axirət əzabından Sənə pənah aparıram; dünya və axirət şərindən, bütün dərdlərin şərindən və Sənin ixtiyarında olan hər bir hərəkət edənin şərindən Sənin kərim zatına, cavidan izzətinə və heç nəyin kənara çıxa bilmədiyi qüdrətinə pənah aparıram. Həqiqətən mənim Rəbbim düz yoldadır, uca və əzəmətli Allahdan başqa qüvvə və sığınacaq yoxdur, heç vaxt ölməyən bir diriyə təvəkkül etdim, həmd-səna o Allaha məxsusdur ki, Özünə övlad götürməmişdir, hökmdarlıqda şəriki yoxdur, zəif və aciz olmadığından hamiyə ehtiyacı yoxdur, Onu çox-çox uca tut.
وَ اَفِضْ عَلَىَّ مِنْ فَضْلِكَ
وَ انْشُرْ عَلَىَّ مِنْ رَحْمَتِكَ
وَ اَنْزِلْ عَلَىَّ مِنْ بَرَكَاتِكَ
سُبْحَانَكَ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
اِغْفِرْ لِىْ ذُنُوْبِىْ كُلَّهَا جَمِيْعًا
فَاِنَّهُ لَا يَغْفِرُ الذُّنُوْبَ كُلَّهَا جَمِيْعًا اِلَّا اَنْتَ
اَللّٰهُمَّ اِنِّى اَسْئَلُكَ مِنْ كُلِّ خَيْرٍ اَحَاطَ بِهِ عِلْمُكَ
وَ اَعُوْذُ بِكَ مِنْ كُلِّ شَرٍّ اَحَاطَ بِهِ عِلْمُكَ۔
اَللّٰهُمَّ اِنِّى اَسْئَلُكَ عَافِيَتَكَ فِىْ اُمُوْرِىْ كُلِّهَا
وَ اَعُوْذُ بِكَ مِنْ خِزْىِ الدُّنْيَا وَعَذَابِ الْاٰخِرَةِ
وَاَعُوْذُ بِوَجْهِكَ الْكَرِيْمِ
وَ عِزَّتِكَ الَّتِىْ لَا تُرَامُ
وَ قُدْرَتِكَ الَّتِىْ لَا يَمْتَنِعُ مِنْهَا شَىْءٌ
مِنْ شَرِّ الدُّنْيَا وَ الْاٰخِرَةِ
وَ مِنْ شَرِّ الْاَوْجَاعِ كُلِّهَا
وَمِنْ شَرِّ كُلِّ دَآبَّةٍ اَنْتَ اٰخِذٌ بِنَاصِيَتِهَا
اِنَّ رَبِّىْ عَلٰى صِرَاطٍ مُّسْتَقِيْمٍ
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِيْمِ
تَوَّكَلْتُ عَلَى الْحَىِّ الَّذِىْ لَا يَمُوْتُ
وَ الْحَمْدُ لِلّٰهِ الَّذِىْ لَمْ يَتَّخِذْ وَلَدًا
وَ لَمْ يَكُنْ لَهُ شَرِيْكٌ فِى الْمُلْكِ
وَ لَمْ يَكُنْ لَهُ وَلِىٌّ مِّنَ الذُّلِّ
وَ كَبِّرْهُ تَكْبِيْرًا۔
4) Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini deməyin çox böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurmuşdur: "Biz uşaqlarımıza namaz qılmağı əmr etdiyimiz kimi, Xanım Zəhranın (s.ə) təsbihini deməyi də əmr edirik. Bu təsbihi tərk etmə. Hər kim onu davamlı deyərsə, səadətdən məhrum qalmayacaq."
Mötəbər bir hədisdə buyurulur ki, "Ey iman gətirənlər, Allahı çoxlu zikr edin!" ayəsindəki "çoxlu zikr" ifadəsində bu təsbih nəzərdə tutulur və hər kim onu davamlı deyərsə, Allahı çox yad etmiş və bu ayəyə əməl etmişdir.
Mötəbər bir hədisdə İmam Baqir (ə) buyurur: "Hər kim, Xanım Zəhranın (s.ə) desə və ondan sonra bağışlanma diləsə, Allah onu bağışlayar. Bu təsbih dildə yüz dənə olsa da, lakin əməl tərəzisində min dənə hesab olunur. Bu təsbih şeytanı insandan qovur və Rəhman Allahı razı edir."
Başqa bir mötəbər hədisdə İmam Sadiq (ə) buyurur: "Hər vacib namazdan sonra Xanım Fatimə-Zəhranın (s.ə) təsbihini demək mənim üçün hər gün min rəkət namaz qılmaqdan daha sevimlidir."
Xanım Fatimə-Zəhranın (s.ə) təsbihinin qaydasına gəlincə, bu barədə olan hədislər bir qədər fərqlidir. Lakin məşhur və vazeh olan budur:
34 dəfə: "Əllahu Əkbər"
33 dəfə: "Əlhəmdu lilləh"
33 dəfə: "Subhanəllah".
Həmçinin Xanım Fatimə-Zəhranın (s.ə) təsbihindən sonra bir dəfə "Lə iləhə illəllah" demək sünnədir.
5) Mötəbər bir hədisdə İmam Sadiq (ə) buyurub: "Hər kim namazdan sonra dizlərini tərpətməmiş və ayağa qalxmamış on dəfə bu zikri deyərsə, onun çoxlu günahları bağışlanar və əməl dəftərinə çoxlu savab yazılar:
اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Şəhadət verirəm ki, Allahdan qeyri İlah yoxdur, yeganədir və şəriki yoxdur, yeganə, tək və ehtiyacsız İlahdır, Özünə yoldaş və övlad götürməmişdir.
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَدًا۔
Hədislərdə bu zikr üçün çoxlu fəzilətlər bəyan olunmuşdur, xüsusilə də bu zikri sübh və işa namazından sonra, günəş doğarkən və qürub edərkən oxumağın böyük fəziləti vardır.
6) Şeyx Tusi "Misbahul-mutəhəccid"də namazın təqibatında bu duanı qeyd etmişdir:
سُبْحَانَ اللهِ كُلَّمَا سَبَّحَ اللهَ شَىْءٌ
Allah münəzzəhdir: hər hansı varlıq Allahı münəzzəh tutduğu (Ona təsbih dediyi) hər bir zamanda. Allah münəzzəhdir: Allah necə münəzzəh tutulmasını sevirsə. Allah münəzzəhdir: Ona necə bir münəzzəhlik layiqdirsə. Allah münəzzəhdir: Onun kərim zatına və uca izzətinə necə bir münəzzəhlik layiqdirsə.
Həmd-səna Allaha məxsusdur: hər hansı varlıq Allaha həmd-səna dediyi hər bir zamanda. Həmd-səna Allaha məxsusdur: Allah necə həmd-səna olunmasını sevirsə. Həmd-səna Allaha məxsusdur: Ona necə bir həmd-səna layiqdirsə. Həmd-səna Allaha məxsusdur: Onun kərim zatına və uca izzətinə necə bir həmd-səna layiqdirsə.
Allahdan qeyri İlah yoxdur: hər hansı varlıq Allahı yeganə İlah olaraq yad etdiyi hər bir zamanda. Allahdan qeyri İlah yoxdur: Allah necə yeganə İlah olaraq yad edilməsini sevirsə. Allahdan qeyri İlah yoxdur: O, necə bir "təhlil"ə layiqdirsə. Allahdan qeyri İlah yoxdur: Onun kərim zatına və uca izzətinə necə bir "təhlil" layiqdirsə.
Allah böyükdür: hər hansı varlıq Allahı böyük tutduğu hər bir zamanda. Allah böyükdür: Allah necə böyük tutulmasını sevirsə. Allah böyükdür: O, necə bir "təkbir"ə layiqdirsə. Allah böyükdür: Onun kərim zatına və uca izzətinə necə bir "təkbir" layiqdirsə. Allah münəzzəhdir, həmd-səna Allaha məxsusdur, Allahdan qeyri İlah yoxdur və Allah böyükdür mənə və məxluqatından hər birinə - indiyədək olmuş və Qiyamət gününədək olacaq hər bir məxluqa – verdiyi hər nemətin müqabilində. Ey Allahım, Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən; ümid etdiklərimin və ümid etmədiklərimin ən yaxşısını Səndən istəyirəm; qorxduğum və qorxmadığım hər şeyin şərindən Sənə pənah aparıram.
وَ كَمَا يُحِبُّ اللهُ اَنْ يُّسَبَّحَ
وَ كَمَا يَنْبَغِىْ لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلَالِهِ
وَ الْحَمْدُ لِلّٰهِ كُلَّمَا حَمِدَ اللهَ شَىْءٌ
وَ كَمَا يُحِبُّ اللهُ اَنْ يُحْمَدَ
وَ كَمَا يَنْبَغِىْ لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلَالِهِ
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ كُلَّمَا هَلَّلَ اللهَ شَىْءٌ
وَ كَمَا يُحِبُّ اللهُ اَنْ يُّهَلَّلَ
وَ كَمَا يَنْبَغِىْ لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلَالِهِ۔
وَ اللهُ اَكْبَرُ كُلَّمَا كَبَّرَ اللهَ شَىْءٌ
وَ كَمَا يُحِبُّ اللهُ اَنْ يُّكَبَّرَ
وَ كَمَا يَنْبَغِىْ لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلَالِهِ
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
عَلٰى كُلِّ نِعْمَةٍ اَنْعَمَ بِهَا عَلَىَّ
وَ عَلٰى كُلِّ اَحَدٍ مِّنْ خَلْقِهِ
مِمَّنْ كَانَ اَوْ يَكُوْنُ اِلٰى يَوْمِ الْقِيَامَةِ
اَللّٰهُمَّ اِنِّى اَسْئَلُكَ اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَسْئَلُكَ مِنْ خَيْرِ مَا اَرْجُوْ
وَ خَيْرِ مَا لَا اَرْجُوْ
وَ اَعُوْذُ بِكَ مِنْ شَرِّ مَا اَحْذَرُ
وَ مِنْ شَرِّ مَا لَا اَحْذَرُ۔
7) Vacib namazdan sonra bəzi surələri və ayələri oxumaq müstəhəbdir:
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ(1)
1. Rəhman və Rəhim olan Allahın adı ilə. 2. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, mütləq hökmdarı və yaradaraq nəzmə salanı olan Allaha məxsusdur. 3. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) Rəhimli və mehriban Allaha. 4. Cəza gününün sahib və hökmdarına. 5. (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. 6. Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et. 7. (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin – (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!
اَلْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِيْنَۙ(2)
الرَّحْمٰنِ الرَّحِيْمِۙ(3)
مٰلِكِ يَوْمِ الدِّيْنِؕ(4)
اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَعِيْنُؕ(5)
اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيْمَۙ(6)
صِرَاطَ الَّذِيْنَ اَنْعَمْتَ عَلَيْهِمْ ۙ غَيْرِ الْمَغْضُوْبِ عَلَيْهِمْ وَلَا الضَّآلِّيْنَ(7)
b) Ayətəl-kürsi (Bəsqərə, 255-257):
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim olan Allahın adı ilə. 255. Allahdan başqa heç bir məbud yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan qiyamətdə onun hüzurunda kim şəfaət edə bilər?! O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Yaranmışlar Allahın elmindən, Onun özünün istədiyindən başqa, heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək onun üçün heç də çətin deyil. Ən uca, ən böyük varlıq da Odur! 256. Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Kim Şeytanı inkar edib Allaha inam gətirsə, o, artıq qırıla bilməyən ipdən yapışmış olur. Allah eşidəndir, biləndir. 257. Allah ona iman gətirənlərin dostudur, onları zülmətdən çıxardıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Şeytandır. Onları işıqdan ayırıb, zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada əbədi olaraq qalacaqlar.
اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْحَىُّ الْقَيُّوْمُۚ لَا تَاْخُذُهٗ سِنَةٌ وَّلَا نَوْمٌؕ لَهٗ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِؕ مَنْ ذَا الَّذِىْ يَشْفَعُ عِنْدَهٗۤ اِلَّا بِاِذْنِهٖؕ يَعْلَمُ مَا بَيْنَ اَيْدِيْهِمْ وَمَا خَلْفَهُمْۚ وَلَا يُحِيْطُوْنَ بِشَىْءٍ مِّنْ عِلْمِهٖۤ اِلَّا بِمَا شَآءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمٰوٰتِ وَالْاَرْضَۚ وَلَا يَئُوْدُهٗ حِفْظُهُمَا ۚ وَ هُوَ الْعَلِىُّ الْعَظِيْمُ(255)
لَاۤ اِكْرَاهَ فِى الدِّيْنِۙ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَىِّۚ فَمَنْ يَّكْفُرْ بِالطَّاغُوْتِ وَيُؤْمِنْۢ بِاللّٰهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقٰى لَا انْفِصَامَ لَهَا ؕ وَاللّٰهُ سَمِيْعٌ عَلِيْمٌ(256)
اَللّٰهُ وَلِىُّ الَّذِيْنَ اٰمَنُوْا يُخْرِجُهُمْ مِّنَ الظُّلُمٰتِ اِلَى النُّوْرِؕ وَالَّذِيْنَ كَفَرُوْۤا اَوْلِيٰٓئُهُمُ الطَّاغُوْتُۙ يُخْرِجُوْنَهُمْ مِّنَ النُّوْرِ اِلَى الظُّلُمٰتِؕ اُولٰٓئِكَ اَصْحٰبُ النَّارِۚ هُمْ فِيْهَا خٰلِدُوْنَ(257)
c) "Şəhadət" ayəsi (Ali-İmran, 18-19):
شَهِدَ اللّٰهُ اَنَّهٗ لَاۤ اِلٰهَ اِلَّا هُوَۙ وَالْمَلٰٓئِكَةُ وَاُولُوا الْعِلْمِ قَآئِمًا ۢ بِالْقِسْطِؕ لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْعَزِيْزُ الْحَكِيْمُؕ(18)
Rəhman və Rəhim olan Allahın adı ilə. Allah ədalətə əsaslanaraq ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri. Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və möhkəm yaradılış sahibidir.
اِنَّ الدِّيْنَ عِنْدَ اللّٰهِ الْاِسْلَامُ وَمَا اخْتَلَفَ الَّذِيْنَ اُوْتُوا الْكِتٰبَ اِلَّا مِنْۢ بَعْدِ مَا جَآءَهُمُ الْعِلْمُ بَغْيًا ۢ بَيْنَهُمْؕ وَمَنْ يَّكْفُرْ بِاٰيٰتِ اللّٰهِ فَاِنَّ اللّٰهَ سَرِيْعُ الْحِسَابِ(19)
ç) "Mülk" ayəsi (Ali-İmran 26-27):
قُلِ اللّٰهُمَّ مٰلِكَ الْمُلْكِ تُؤْتِى الْمُلْكَ مَنْ تَشَآءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَآءُ وَتُعِزُّ مَنْ تَشَآءُ وَتُذِلُّ مَنْ تَشَآءُ ؕ بِيَدِكَ الْخَيْرُؕ اِنَّكَ عَلٰى كُلِّ شَىْءٍ قَدِيْرٌ(26)
Rəhman və Rəhim olan Allahın adı ilə. 26. De: "Allahım! Ey hər mülkün həqiqi sahibi! Ey bütün hökümətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən". 27. "Gecəni gündüzə və gündüzü gecəyə qatırsan və ölüdən diri və diridən ölü çıxarırsan və istədiyinə ruzi verirsən".
تُوْلِجُ الَّيْلَ فِى النَّهَارِ وَتُوْلِجُ النَّهَارَ فِى الَّيْلِ وَتُخْرِجُ الْحَىَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَىِّ وَتَرْزُقُ مَنْ تَشَآءُ بِغَيْرِ حِسَابٍ(27)
d) "Səxrə" ayəsi (Əraf, 54-56):
اِنَّ رَبَّكُمُ اللّٰهُ الَّذِىْ خَلَقَ السَّمٰوٰتِ وَ الْاَرْضَ فِىْ سِتَّةِ اَيَّامٍ ثُمَّ اسْتَوٰى عَلَى الْعَرْشِ يُغْشِى الَّيْلَ النَّهَارَ يَطْلُبُهٗ حَثِيْثًا ۙ وَّالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُوْمَ مُسَخَّرٰتٍۢ بِاَمْرِهٖ ؕ اَلَا لَهُ الْخَلْقُ وَالْاَمْرُ ؕ تَبٰرَكَ اللّٰهُ رَبُّ الْعٰلَمِيْنَ(54)
Rəhman və Rəhim olan Allahın adı ilə. 54. Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gündə (altı günə bərabər bir müddət ərzində, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaratmış Allahdır. Sonra (varlıq aləminin idarə) taxt(ın)a hakim oldu. O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir. 55. Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən, O, həddi aşanları sevmir. 56. Yer üzündə onun (peyğəmbərlər və səmavi şəriətlər vasitəsilə) düzəlməsindən sonra (küfr və fisqlə) fəsad törətməyin və Onu qorxu və ümidlə çağırın ki, həqiqətən, Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır.
اُدْعُوْا رَبَّكُمْ تَضَرُّعًا وَّخُفْيَةً ؕ اِنَّهٗ لَا يُحِبُّ الْمُعْتَدِيْنَ ۚ(55)
وَلَا تُفْسِدُوْا فِى الْاَرْضِ بَعْدَ اِصْلَاحِهَا وَادْعُوْهُ خَوْفًا وَّطَمَعًا ؕ اِنَّ رَحْمَتَ اللّٰهِ قَرِيْبٌ مِّنَ الْمُحْسِنِيْنَ(56)
8) Üç dəfə bu ayəni oxuyun (Əl-Səffat,180-182):
سُبْحٰنَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُوْنَۚ(180)
Rəhman və Rəhim olan Allahın adı ilə. 180. Sənin Rəbbin - izzət Rəbbi onların vəsf etdiklərindən münəzzəhdir. 181. Salam olsun elçilərə. 182. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.
وَسَلٰمٌ عَلَى الْمُرْسَلِيْنَۚ(181)
وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِيْنَ(182)
9) Şeyx Kuleyni, Şeyx Səduq və başqaları səhih sənədlərlə nəql etmişlər ki, İmam Sadiq (ə) buyurub: Cəbrail zindanda Həzrət Yusifin (ə) yanına gəlib dedi:
Hər namazdan sonra de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, mənim üçün həll və çıxış yolu qərar ver, bildiyim və bilmədiyim yerdən mənə ruzi ver.
وَ اجْعَلْ لِىْ مِنْ اَمْرِىْ فَرَجًا وَ مَخْرَجًا
وَ ارْزُقْنِىْ مِنْ حَيْثُ اَحْتَسِبُ وَ مِنْ حَيْثُ لَاۤ اَحْتَسِبُ۔
10) Sağ əlinlə saqqalından tut və sol əlini göyə qaldırıb yeddi dəfə yeddi dəfə bu duanı de:
يَا رَبَّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Məhəmməd və ali Məhəmmədin rəbbi, Məhəmməd və ali Məhəmmədə salavat göndər və ali Məhəmmədin fərəcini tezləşdir.
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ عَجِّلْ فَرَجَ اٰلِ مُحَمَّدٍ
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
Ey cəlalət və ikram sahibi, ey nemətlər və bəxşişlər sahibi, ey lütf və kərəm sahibi, cəhənnəm odunu mənə haram et.
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ ارْحَمْنِىْ وَ اَجِرْنِىْ مِنَ النَّارِ۔
11) Mərhum Şeyx Səduq, Şeyx Tusi və başqaları mötəbər sənədlərlə nəql etmişlər ki, Əmirəl-möminin Əli (ə) buyurub: "Kim istəyirsə ki, qarışıqdan təmizlənmiş qızıl kimi bütün günahlardan təmizlənərək bu dünyadan köçsün və heç kim də ondan haqq tələb etməsin, gündəlik beş namazdan sonra Allahın sifətlərini bəyan edən surəni (yəni
İxlas surəsini) oxusun, sonra əllərini göyə qaldırıb bu duanı öxusun." Daha sonra o həzrət buyurdu: "Bu dua gizli sirlərdəndir və Rəsulallah (s) onu mənə təlim etmişdir. Mənə tapşırdı ki, bu duanı Həsən və Hüseynə də öyrədim. Dua belədir:
اَللّٰهُمَّ اِنِّىْ اَسْئَلُكَ بِاسْمِكَ الْمَكْنُوْنِ الْمَخْزُوْنِ
Ey Allahım, Səndən istəyirəm örtülü, gizlin, pak, pakizə və mübarək adına xatir, Səndən istəyirəm əzəmətli adına və qədim hökmdarlığına xatir, ey nemətlər bəxş edən, ey əsirləri azad edən, ey insanları oddan xilas edən, Məhəmməd və Ali-Məhəmmədə salam göndər, məni oddan xilas et, məni dünyadan imanlı apar və salamatlıqla Cənnətə daxil et, duamın əvvəlini nicat, ortasını uğur və sonunu ləyaqət qərar ver, həqiqətən Sən qeybi bilənsən.
الطَّاهِرِ الطُّهْرِ الْمُبَارَكِ
وَ اَسْئَلُكَ بِاسْمِكَ الْعَظِيْمِ
وَ سُلْطَانِكَ الْقَدِيْمِ
وَ يَا مُطْلِقَ الْاُسَارٰى
وَ يَا فَكَّاكَ الرِّقَابِ مِنَ النَّارِ
اَسْئَلُكَ اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تُعْتِقَ رَقَبَتِىْ مِنَ النَّارِ
وَ اَنْ تُخْرِجَنِىْ مِنَ الدُّنْيَا سَالِمًا
وَ [اَنْ] تُدْخِلَنِى الْجَنَّةَ اٰمِنًا
وَ اَنْ تَجْعَلَ دُعَاۤئِىْ اَوَّلَهُ فَلَاحًا
اِنَّكَ اَنْتَ عَلَّامُ الْغُيُوْبِ
12) Mərhum Şeyx Mufid "Əmali" kitabında yazır ki, Məhəmməd ibn Hənəfiyyə dedi: "Bir gün atam Əmirəl-möminini (ə) təvaf edərkən gördüm. Bu vaxt o, bir kişi gördü ki, Kəbənin pərdəsindən tutub bir dua oxuyurdu. O kişi Əmirəl-mömininə (ə) dedi: "Bu duanı hər namazdan sonra oxu. And olsun Allaha, bu duanı hər namazdan sonra oxuyan möminin Allah çox günahlarını bağışlayar." Əmirəl-möminin (ə) buyurdu: "Mən bu duanı bilirəm və o kişi Həzrət Xızır idi."
Dua belədir:
يَا مَنْ لَا يَشْغَلُهُ سَمْعٌ عَنْ سَمْعٍ
Ey o kəs ki, bir sözü eşitmək Onu başqa bir sözü eşitməkdən saxlamır. Ey o kəs ki, diləyənlərin çoxluğu Onu səhvə salmır. Ey o kəs ki, israrla istəyənlərin israrı Onu yormur. Əfv və məğfirətinin ləzzətini, rəhmətinin şirinliyini mənə dadızdır.
وَ يَا مَنْ لَا يُغَلِّطُهُ السَّاۤئِلُوْنَ
وَ يَا مَنْ لَايُبْرِمُهُ اِلْحَاحُ الْمُلِحِّيْنَ
اَذِقْنِىْ بَرْدَ عَفْوِكَ
وَ حَلَاوَةَ رَحْمَتِكَ وَ مَغْفِرَتِكَ۔
13) Əmirəl-möminin əli (ə) buyurub: Hər namazdan sonra bu duanı oxu:
اِلٰهِىْ هٰذِهِ صَلٰوتِىْ صَلَّيْتُهَا
Ey mənim Məbudum, bu, mənim namazımdır və mən onu qıldım, nəinki Sənin ona ehtiyacın və rəğbətin vardır, əksinə bu, Səni təzim etmək, Sənə itaət etmək və Sənin əmrini qəbul etməkdən ötrüdür. Ey mənim Məbudum, əgər onun rüku və səcdələrində nöqsan varsa, məni buna görə cəzalandırma; onu qəbul etməklə və məni bağışlamaqla mənə minnət qoy, Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
لَا لِحَاجَةٍ مِنْكَ اِلَيْهَا
وَ لَا رَغْبَةٍ مِنْكَ فِيْهَا
اِلَّا تَعْظِيْمًا وَ طَاعَةً
وَاِجَابَةً لَكَ اِلٰى مَا اَمَرْتَنِىْ بِهِ
اِلٰهِىْ اِنْ كَانَ فِيْهَا خَلَلٌ اَوْ نَقْصٌ
مِنْ رُكُوْعِهَا اَوْ سُجُوْدِهَا
وَ تَفَضَّلْ عَلَىَّ بِالْقَبُوْلِ وَ الْغُفْرَانِ ۔
14) Namazın təqibatında bu duanı oxu. Həzrət Rəsulallah (s) onu yaddaşın güclənməsi üçün Həzrət Əliyə (ə) təlim etmişdir:
سُبْحَانَ مَنْ لَايَعْتَدِىْ عَلٰى اَهْلِ مَمْلَكَتِهِ
Münəzzəhdir o kəs ki, hökmdarlığı altında olanlara zülm etmir. Münəzzəhdir o kəs ki, yer əhlini müxtəlif əzablarla cəzalandırmır. Mehriban və mərhəmətli (Allah) münəzzəhdir! Ey Allahım, qəlbimdə nur, bəsirət, dərk və elm qərar ver, həqiqətən Sən hər şeyə qadirsən.
سُبْحَانَ مَنْ لَا يَاْخُذُ اَهْلَ الْاَرْضِ بِاَلْوَانِ الْعَذَابِ
سُبْحَانَ الرَّؤُفِ الرَّحِيْمِ
اَللّٰهُمَّ اجْعَلْ لِىْ فِىْ قَلْبِىْ نُوْرًا وَ بَصَرًا
اِنَّكَ عَلٰى كُلِّشَىْ ءٍ قَدِيْرٌ ۔
15) "Bələdul-əmin" kitabında qeyd olunur ki, namazdan sonra üç dəfə bu duanı de:
اُعِيْذُ نَفْسِىْ وَ دِيْنِىْ
Özümü, dinimi, ailəmi, malımı, övladımı, din qardaşlarımı, Rəbbimin mənə ruzi etdiklərini, işimin aqibətini və mənə bağlı olan kəsləri yeganə, tək və ehtiyacsız Allaha tapşırıram: o Allah ki, doğmamış və doğulmamışdır, Onun bənzəri və tayı-bərabəri yoxdur; (o Allaha sığınıram ki,) sübhün Rəbbidir, yaratdığı bütün məxluqatın şərindən, gecə daxil olduğu vaxt hər şər varlığın şərindən, düyünlərə ofsun üfürən (qərarları süst edən) kəslərin şərindən, həsəd aparanın həsəd apardığı vaxt şərindən; (o Allaha sığınıram ki,) insanların Rəbbidir, insanların hökmdarıdır, insanların Məbududur, gizlin vəsvəsə edənin şərindən: o vəsvəsə edən ki, insanların sinəsinə vəsvəsə edir, istər cinlərdən olsun, istərsə də insanlardan.
وَ وَلَدِىْ وَ اِخْوَانِىْ فِىْ دِيْنِىْ
وَ مَا رَزَقَنِىْ رَبِّىْ وَ خَوَاتِيْمَ عَمَلِىْ
وَ مَنْ يَعْنِيْنِىْ اَمْرُهُ
الَّذِىْ لَمْ يَلِدْ وَ لَمْ يُوْلَدْ
وَ لَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ
وَ مِنْ شَرِّ غَاسِقٍ اِذَا وَقَبَ
وَ مِنْ شَرِّ النَّفَّاثَاتِ فِى الْعُقَدِ
وَ مِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ
مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ
الَّذِىْ يُوَسْوِسُ فِىْ صُدُوْرِ النَّاسِ
مِنَ الْجِنَّةِ وَ النَّاسِ۔
16) Hədislərin birində Həzrət Rəsulallah (s) buyurub: "Kim istəyirsə ki, Allah Qiyamət günü pis əməllərini ona xatırlatmasın və günahları üçün məhkəmə qurmasın, hər namazdan sonra bu duanı oxusun:
اَللّٰهُمَّ اِنَّ مَغْفِرَتَكَ اَرْجٰى مِنْ عَمَلِىْ
Ey Allahım, həqiqətən Sənin məğfirətin mənim əməlimdən daha ümidvericidir və Sənin rəhmətin mənim günahımdan daha vüsətlidir. Ey Allahım, əgər mənim günahım Sənin dərgahında böyükdürsə, lakin Sənin əfvin mənim günahımdan daha böyükdür. Ey Allahım, əgər mən Sənin rəhmətinə layiq deyiləmsə, lakin Sənin rəhmətin mənə çatmağa və məni bürüməyə layiqdir. Çünki Sənin rəhmətin hər şeyi bürümüşdür, rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
وَ اِنَّ رَحْمَتَكَ اَوْسَعُ مِنْ ذَنْبِىْ
اَللّٰهُمَّ اِنْ كَانَ ذَنْبِىْ عِنْدَكَ عَظِيْمًا
فَعَفْوُكَ اَعْظَمُ مِنْ ذَنْبِىْ
اَللّٰهُمَّ اِنْ لَمْ اَكُنْ اَهْلًا اَنْ اَبْلُغَ رَحْمَتَكَ
فَرَحْمَتُكَ اَهْلٌ اَنْ تَبْلُغَنِىْ وَ تَسَعَنِىْ
لِاَنَّهَا وَسِعَتْ كُلَّشَىْءٍ
بِرَحْمَتِكَ يَاۤاَرْحَمَ الرَّاحِمِيْنَ۔
17) Şeyx Səduq qeyd edir ki, namazın təqibatında Xanım Fatimə-Zəhra (s.ə) təsbihindən sonra bu salamı de:
اَللّٰهُمَّ اَنْتَ السَّلَامُ
Ey Allahım, Sən salamsan, Sənin tərəfindəndir salam, Sənə aiddir salam, Sənə tərəf qayıdır salam. Sənin Rəbbin – izzət Rəbbi onların vəsf etdiklərindən pak və münəzzəhdir, salam olsun elçilərə, həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusudur.
Salam olsun sənə ey Peyğəmbər, Allahın rəhməti və bərəkəti olsun sənə. Salam olsun hidayət edən hidayət olunmuş imamlara. Salam olsun Allahın bütün peyğəmbərlərinə, elçilərinə və mələklərinə. Salam olsun bizə və Allahın layiqli qullarına.
Salam olsun Əmirəl-möminin Əliyə. Salam olsun bütün cənnət cavanlarının ağaları Həsən və Hüseynə. Salam olsun Zeynul-abidin (abidlərin zinəti) Əli ibn Hüseynə. Salam olsun Baqirul-elm (peyğəmbərlərin elmini yaran) Məhəmməd ibn Əliyə. Salam olsun əs-Sadiq (doğru danışan) Cəfər ibn Məhəmmədə. Salam olsun Kazimul-ğeyz (qəzəbini boğan) Musa ibn Cəfərə. Salam olsun ər-Rza (razı qalan) Əli ibn Musaya. Salam olsun əl-Cavad (səxavətli) Məhəmməd ibn Əliyə. Salam olsun əl-Hadi (hidayət edən) Əli ibn Məhəmmədə. Salam olsun əz-Zəki (pakizə) əl-Əskəri (əsgərlərin əhatəsində olan) Həsən ibn Əliyə. Salam olsun əl-Qaim (qiyam edən) əl-Məhdi (hidayət olunmuş) Hüccət ibn Həsənə. Allahın salamı olsun onların hamısına.
وَ اِلَيْكَ يَعُوْدُ السَّلَامُ
سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُوْنَ
وَ سَلَامٌ عَلَى الْمُرْسَلِيْنَ
وَ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا النَّبِىُّ
وَ رَحْمَةُ اللهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَى الْاَئِمَّةِ الْهَادِيْنَ الْمَهْدِيِّيْنَ
اَلسَّلَامُ عَلٰى جَمِيْعِ اَنْبِيَاۤءِ اللهِ وَ رُسُلِهِ وَ مَلَاۤئِكَتِهِ
اَلسَّلَامُ عَلَيْنَا وَ عَلٰى عِبَادِ اللهِ الصَّالِحِيْنَ
اَلسَّلَامُ عَلٰى عَلِىٍّ اَمِيْرِ الْمُؤْمِنِيْنَ،
اَلسَّلَامُ عَلَى الْحَسَنِ وَ الْحُسَيْنِ
سَيِّدَىْ شَبَابِ اَهْلِ الْجَنَّةِ اَجْمَعِيْنَ
اَلسَّلَامُ عَلٰى عَلِىِّ بْنِ الْحُسَيْنِ زَيْنِ الْعَابِدِيْنَ
اَلسَّلَامُ عَلٰى مُحَمَّدِ بْنِ عَلِىٍّ بَاقِرِ عِلْمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلٰى جَعْفَرِ بْنِ مُحَمَّدٍ ۟اِلصَّادِقِ
اَلسَّلَامُ عَلٰى مُوْسَى بْنِ جَعْفَرٍ ۟اِلْكَاظِمِ
اَلسَّلامُ عَلٰى عَلِىِّ بْنِ مُوْسَى الرِّضَا
اَلسَّلَامُ عَلٰى مُحَمَّدِ بْنِ عَلِىٍّ ۟اِلْجَوَادِ
اَلسَّلَامُ عَلٰى عَلِىٍّ بْنِ مُحَمَّدٍ ۟اِلْهَادِىْ
اَلسَّلَامُ عَلَى الْحَسَنِ بْنِ عَلِي ۟اِلزَّكِىِّ الْعَسْكَرِىِّ
اَلسَّلَامُ عَلَى الْحُجَّةِ بْنِ الْحَسَنِ الْقَاۤئِمِ الْمَهْدِىِّ
صَلَوَاتُ اللهِ عَلَيْهِمْ اَجْمَعِيْنَ۔
Sonra Allahdan öz istəklərini dilə.
18) Şeyx Kəf`əmi "Misbah" kitabında qeyd edir ki, hər namazdan sonra de:
رَضِيْتُ بِاللهِ رَبًّا
Allahın Rəbb, İslamın din, Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına – peyğəmbər, Əlinin imam, Həsənin və Hüseynin, Əlinin, Məhəmmədin, Cəfərin, Musanın, Əlinin, Məhəmmədin, Əlinin, Həsənin və Xələfil-salehin – salam olsun onlara – imam, ağa və rəhbər olmalarından razıyam; onları dost tutur və onların düşmənlərindən uzağam.
وَ بِمُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ نَبِيًّا
وَ بِالْحَسَنِ وَ الْحُسَيْنِ
وَ الْخَلَفِ الصَّالِحِ عَلَيْهِمُ السَّلَامُ
اَئِمَّةً وَ سَادَةً وَ قَادَةً
بِهِمْ اَتَوَلّىٰ وَ مِنْ اَعْدَاۤئِهِمْ اَتَبَرَّءُ۔
اَللّٰهُمَّ اِنِّى اَسْئَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ
Ey Allahım, mən dünya və axirətdə Səndən əfv, salamatlıq və sağlamlıq istəyirəm.
وَ الْمُعَافَاةَ فِى الدُّنْيَا وَ الْاٰخِرَةِ ۔