EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
BAZAR ERTƏSİ GÜNÜNÜN DUASI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>Rəhman və Rəhim Allahın adı ilə. Həmd-səna o Allaha məxsusdur ki, göyləri və yeri vücuda gətirdikdə şahid tutmadı və məxluqatı yaratdıqda Özünə köməkçi götürmədi; ilahlıqda şəriki və yeganəlikdə dayağı yoxdur; dillər Onu vəsf etməkdə və ağıllar Onun zatının həqiqətini dərk etməkdə acizdir; təkəbbürlülər Onun heybəti qarşısında baş əymiş, üzlər Onun qorxusundan aşağı dikilmiş və böyüklər Onun əzəməti qarşısında müti olmuşlar; ardıcıl və ardı-arası kəsilməyən, həmişəlik və həmahəng həmd-səna Sənə məxsusdur; Allahın daimi və əbədi salamı olsun Onun elçisinə. Ey Allahım, bu günümün başlanğıcını xeyir, ortasını nicat və axırını uğur qərar ver; başlanğıcı qorxu, ortası nalə və axırı əzab olan gündən Sənə pənah aparıram. Ey Allahım, əgər nəzir edib, vəd verib və əhd-peyman bağlayıb əməl etməmişəmsə, buna görə Səndən bağışlanma istəyirəm. Sənin bəndələrinə etdiyim haqsızlıqlar barədə Səndən istəyirəm: Sənin qullarından hansısa bir qula və ya kənizlərindən hansısa bir kənizə mənim tərəfimdən onun canına, heysiyyətinə, malına, ailəsinə və övladına haqsızlıq olubsa, yaxud onun qeybətini etmişəmsə, yaxud istək, həvayi-nəfs, təkəbbür, təəssüb, riya, qəzəb üzündən onun dalınca və ya onun qarşısında - istər həyatda olduğu, istərsə də öldükdən sonra – nəyisə rəva görmüşəmsə, indi isə əlim ona çatmadığına, etdiklərimin əvəzini verə bilmədiyimə və halallıq ala bilmədiyimə görə Səndən istəyirəm - ey istəkləri həyata keçirən, belə ki, istəklər Sənin istəyinlə həyata keçir və sürətlənir - Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və istədiyin şəkildə onu məndən razı et, Öz tərəfindən mənə rəhmət bəxş et, çünki bağışlamaq Səndən heç nəyi əskiltmir və bəxş etmək Sənə ziyan vurmur, ey rəhimlilərin ən rəhimlisi. Ey Allahım, hər "yəvmul-isnəyn" (bazar ertəsi günü) mənə Öz tərəfindən iki nemət bəxş et: biri günün əvvəlində Sənə itaət etmək sayəsində "səadət" və digəri günün axırında Sənin məğfirətin sayəsində "nemət"; ey o kəs ki, Məbuddur və Ondan qeyri kimsə günahları bağışlamır. </b></font>
اَلْحَمْدُ لِلّٰهِ الَّذِىْ لَمْ يُشْهِدْ اَحَدًا
حِيْنَ فَطَرَ السَّمٰوَاتِ وَالْاَرْضَ
وَ لَا اتَّخَذَ مُعِيْنًا حِيْنَ بَرَءً النَّسَمَاتِ
لَمْ يُشَارَكْ فِى الْاِلٰهِيَّةِ
وَ لَمْ يُظَاهَرْ فِى الْوَحْدَانِيَّةِ
كَلَّتِ الْاَلْسُنُ عَنْ غَايَةِ صِفَتِهٖ
وَالْعُقُوْلُ عَنْ كُنْهِ مَعْرِفَتِهٖ
وَ تَوَاضَعَتِ الْجَبَابِرَةُ لِهَيْبَتِهٖ
وَ عَنَتِ الْوُجُوْهُ لِخَشْيَتِهٖ
وَ انْقَادَ كُلُّ عَظِيْمٍ لِعَظَمَتِهٖ
فَلَكَ الْحَمْدُ مُتَوَاتِرًا مُتَّسِقًا
وَ مُتَوَالِيًا مُسْتَوْسِقًا
وَ صَلَوَاتُهٗ عَلٰى رَسُوْلِهِ اَبَدًا
وَ سَلَامُهٗ دَاۤئِمًا سَرْمَدًا
اَللّٰهُمَّ اجْعَلْ اَوَّلَ يَوْمِىْ هٰذَا صَلَاحًا
وَّ اَوْسَطَهٗ فَلَاحًا
وَاٰخِرَهٗ نَجَاحًا
وَ اَعُوْذُ بِكَ مِنْ يَوْمٍ اَوَّلُهٗ فَزَعٌ
وَ اَوْسَطُهٗ جَزَعٌ
وَ اٰخِرُهٗ وَجَعٌ
اَللّٰهُمَّ اِنِّىْ اَسْتَغْفِرُكَ لِكُلِّ نَذْرٍ نَذَرْتُهٗ
وَكُلِّ وَعْدٍ وَعَدْتُهٗ
وَكُلِّ عَهْدٍ عَاهَدْتُهٗ
ثُمَّ لَمْ اَفِ بِهٖ
وَ اَسْأَلُكَ فِىْ مَظَالِمِ عِبَادِكَ عِنْدِىْ
فَاَيُّمَا عَبْدٍ مِنْ عَبِيْدِكَ
اَوْ اَمَةٍ مِنْ اِمَاۤئِكَ
كَانَتْ لَهٗ قِبَلِىْ مَظْلِمَةٌ ظَلَمْتُهَا اِيَّاهُ
فِىْ نَفْسِهٖ اَوْ فِىْ عِرْضِهٖ
اَوْ فِىْ مَالِهٖ اَوْ فِىْ اَهْلِهٖ وَ وَلَدِهٖ
اَوْ غِيْبَةُ اغْتَبْتُهٗ بِهَا
اَوْ تَحَامُلٌ عَلَيْهِ بِمَيْلٍ اَوْ هَوًى
اَوْ اَنَفَةٍ اَوْ حَمِيَّةٍ
اَوْ رِيَاۤءٍ اَوْ عَصَبِيَّةٍ
غَاۤئِبًا كَانَ اَوْ شَاهِدًا
وَّ حَيًّا كَانَ اَوْ مَيِّتًا
فَقَصُرَتْ يَدِىْ
وَضَاقَ وُسْعِىْ عَنْ رَدِّهَا اِلَيْهِ
وَالتَّحَلُّلِ مِنْهُ
فَاَسْئَلُكَ يَا مَنْ يَمْلِكُ الْحَاجَاتِ
وَ هِىَ مُسْتَجِيْبَةٌ لِمَشِيَّتِهٖ
وَ مُسْرِعَةٌ اِلٰى اِرَادَتِهٖ
اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تُرْضِيَهٗ عَنِّىْ بِمَا شِئْتَ
وَ تَهَبَ لِىْ مِنْ عِنْدِكَ رَحْمَةً
اِنَّهٗ لَا تَنْقُصُكَ الْمَغْفِرَةُ
وَ لَا تَضُرُّكَ الْمَوْهِبَةُ
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ
اَللّٰهُمَّ اَوْلِنِىْ فِىْ كُلِّ يَوْمٍ ۟اِثْنَيْنِ
نِعْمَتَيْنِ مِنْكَ ثِنْتَيْنِ
سَعَادَةً فِىْ اَوَّلِهٖ بِطَاعَتِكَ
وَ نِعْمَةً فِىْ اٰخِرِهٖ بِمَغْفِرَتِكَ
يَا مَنْ هُوَ ا لْاِلٰهُ
وَلَا يَغْفِرُ الذُّنُوْبَ سِوَاهُ۔