Məkkədə nazil olmuşdur, doqquz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةِ ۙ(1)
<font color="000000"><b>(1) İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına.</b></font>
۟الَّذِىْ جَمَعَ مَالًا وَّعَدَّدَهٗ ۙ(2)
<font color="000000"><b>(2) O kəs ki, mal yığıb onu dönə-dönə sayar (və bu mal-dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz).</b></font>
يَحْسَبُ اَنَّ مَالَهٗۤ اَخْلَدَهٗ ۚ(3)
<font color="000000"><b>(3) Və elə zənn edər ki, mal-dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır).</b></font>
كَلَّا لَيُنْۢبَذَنَّ فِى الْحُطَمَةِ ۖ(4)
<font color="000000"><b>(4) (Xeyr,) belə deyildir, şübhəsiz, o Hutəməyə (əzən oda) atılacaqdır.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا الْحُطَمَةُ ؕ(5)
<font color="000000"><b>(5) Və sən nə bilirsən ki, Hutəmə nədir?!</b></font>
نَارُ اللّٰهِ الْمُوْقَدَةُ ۙ(6)
<font color="000000"><b>(6) O, Allahın yanar odudur.</b></font>
الَّتِىْ تَطَّلِعُ عَلَى الْاَفْئِدَةِ ؕ(7)
<font color="000000"><b>(7) Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar).</b></font>
اِنَّهَا عَلَيْهِمْ مُّؤْصَدَةٌ ۙ(8)
<font color="000000"><b>(8) Həqiqətən, o odun qapısı (ondan xilas yolu) onların üzünə qapanar (və çıxış yolları olmaz).</b></font>
فِىْ عَمَدٍ مُّمَدَّدَةٍ(9)
<font color="000000"><b>(9) Onlar hündür sütunlara (bağlanarlar və cəzalanarlar).</b></font>