SAFFAT (SƏF-SƏF DURANLAR) SURƏSİ
Məkkədə nazil olmuşdur, yüz səksən iki ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالصّٰٓفّٰتِ صَفًّا ۙ(1)
<font color="000000"><b>(1) And olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə).</b></font>
فَالزّٰجِرٰتِ زَجْرًا ۙ(2)
<font color="000000"><b>(2) (And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Quran ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır.</b></font>
فَالتّٰلِيٰتِ ذِكْرًا ۙ(3)
<font color="000000"><b>(3) (And olsun) Zikri (Quranı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki,</b></font>
اِنَّ اِلٰهَكُمْ لَوَاحِدٌ ؕ(4)
<font color="000000"><b>(4) Həqiqətən, sizin Tanrınız təkdir.</b></font>
رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ ؕ(5)
<font color="000000"><b>(5) (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin (il boyu günəşin və ulduzların doğduqları məkanın da) Rəbbidir.</b></font>
اِنَّا زَيَّنَّا السَّمَآءَ الدُّنْيَا بِزِيْنَةِ ۟الْكَوَاكِبِۙ(6)
<font color="000000"><b>(6) Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik.</b></font>
وَحِفْظًا مِّنْ كُلِّ شَيْطٰنٍ مَّارِدٍۚ(7)
<font color="000000"><b>(7) Və onu hər hansı bir asi və xəbis Şeytan(ın daxil olmasın)dan qoruduq.</b></font>
لَّا يَسَّمَّعُوْنَ اِلَى الْمَلَاِ الْاَعْلٰى وَيُقْذَفُوْنَ مِنْ كُلِّ جَانِبٍۖ (8)
<font color="000000"><b>(8) Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar.</b></font>
دُحُوْرًا وَّلَهُمْ عَذَابٌ وَّاصِبٌ ۙ(9)
<font color="000000"><b>(9) Şiddətlə qovularlar və onlar üçün (Qiyamətdə) daimi bir əzab vardır.</b></font>
اِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَاَتْبَعَهٗ شِهَابٌ ثَاقِبٌ(10)
<font color="000000"><b>(10) Ancaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə və parlaq ulduz (şölələnmiş od) təqib edər.</b></font>
فَاسْتَفْتِهِمْ اَهُمْ اَشَدُّ خَلْقًا اَمْ مَّنْ خَلَقْنَاؕ اِنَّا خَلَقْنٰهُمْ مِّنْ طِيْنٍ لَّازِبٍ(11)
<font color="000000"><b>(11) (Ya Muhəmməd!) Belə isə bunlardan (Məkkə müşriklərindən) soruş ki, xilqətcə bunlar daha möhkəmdirlər, ya Bizim yaratdıqlarımız (mələklər, göylər və yer)? Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər).</b></font>
بَلْ عَجِبْتَ وَيَسْخَرُوْنَ(12)
<font color="000000"><b>(12) Əslində sən (müşriklərin inkar və təkzibindən) təəccüblənirsən, onlar isə (sənin dəvətini və təəccübünü) məsxərəyə qoyurlar.</b></font>
وَاِذَا ذُكِّرُوْا لَا يَذْكُرُوْنَ(13)
<font color="000000"><b>(13) Onlara öyüd-nəsihət verildikdə, ibrət almazlar</b></font>
وَاِذَا رَاَوْا اٰيَةً يَّسْتَسْخِرُوْنَ(14)
<font color="000000"><b>(14) Bir (tovhid) nişanə(si və möcüzə) gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar.</b></font>
وَقَالُوْۤا اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ مُّبِيْنٌ ۖۚ(15)
<font color="000000"><b>(15) Və deyərlər: «Bu, yalnız açıq-aşkar bir sehr və cadudur».</b></font>
ءَاِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَۙ(16)
<font color="000000"><b>(16) «Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra – yəni doğrudanmı dirildiləcəyik?!»</b></font>
اَوَاٰبَآؤُنَا الْاَوَّلُوْنَؕ(17)
<font color="000000"><b>(17) «Yəni bizim ilk ata-babalarımızdamı (dirildiləcəklər)?»</b></font>
قُلْ نَعَمْ وَاَنْتُمْ دٰخِرُوْنَۚ(18)
<font color="000000"><b>(18) De: «Bəli, özü də xar və aciz (zəlil) bir halda olacaqsınız».</b></font>
فَاِنَّمَا هِىَ زَجْرَةٌ وَّاحِدَةٌ فَاِذَا هُمْ يَنْظُرُوْنَ(19)
<font color="000000"><b>(19) Həqiqətən, dirilmə yalnız (surun ikinci dəfə üfürülməsi ilə olan səmavi) bir nərə və səslədir. Qəfildən hamılıqla (qəbirlərdən çıxaraq) baxarlar.</b></font>
وَقَالُوْا يٰوَيْلَنَا هٰذَا يَوْمُ الدِّيْنِ(20)
<font color="000000"><b>(20) Və deyərlər: «Vay halımıza! Bu, cəza günüdür».</b></font>
هٰذَا يَوْمُ الْفَصْلِ الَّذِىْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ(21)
<font color="000000"><b>(21) (Bəli,) bu, (dünyada) yalan hesab etdiyiniz (Allahın) hakimlik (hökm etmə) və (yaxşıların pislərdən) ayrılması günüdür.</b></font>
اُحْشُرُوا الَّذِيْنَ ظَلَمُوْا وَاَزْوَاجَهُمْ وَمَا كَانُوْا يَعْبُدُوْنَۙ(22)
<font color="000000"><b>(22) (Mələklərə əmr olunar:) «(Şirk və küfrdə inadkarlıq göstərməklə) zülm edən kəsləri, onların taylarını və Allahın əvəzinə ibadət etdiklərini yığın bir yerə</b></font>
مِنْ دُوْنِ اللّٰهِ فَاهْدُوْهُمْ اِلٰى صِرَاطِ الْجَحِيْمِ(23)
<font color="000000"><b>(23) «Onları Cəhənnəmin yoluna yönəldin».</b></font>
وَقِفُوْهُمْ اِنَّهُمْ مَّسْئُوْلُوْنَۙ(24)
<font color="000000"><b>(24) «Və onları (o yolda) saxlayın ki, onlar (orada əqidələr və əməllər barəsində) sorğu-sual olunmalıdırlar».</b></font>
مَا لَكُمْ لَا تَنَاصَرُوْنَ(25)
<font color="000000"><b>(25) «(Ey Cəhənnəm əhli), sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?!»</b></font>
بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُوْنَ(26)
<font color="000000"><b>(26) Əslində onlar o gün tamamilə təslim və müti olacaqlar.</b></font>
وَاَقْبَلَ بَعْضُهُمْ عَلٰى بَعْضٍ يَّتَسَآءَلُوْنَ(27)
<font color="000000"><b>(27) Onlardan bir qismi digərlərinə üz tutar, bir-birindən soruşarlar,</b></font>
قَالُوْۤا اِنَّكُمْ كُنْتُمْ تَاْتُوْنَنَا عَنِ الْيَمِيْنِ(28)
<font color="000000"><b>(28) (Zəiflədilmiş və aldanmışlar öz batil və zalım rəhbərlərinə) deyərlər: «Xeyir və yaxşılıq adı altında (yalan andlarla, zorla) bizim yanımıza gələn sizlər idiniz».</b></font>
قَالُوْا بَلْ لَّمْ تَكُوْنُوْا مُؤْمِنِيْنَۚ(29)
<font color="000000"><b>(29) Onlar deyərlər: «(Xeyr) əslində siz özünüz iman əhli deyildiniz».</b></font>
وَمَا كَانَ لَنَا عَلَيْكُمْ مِّنْ سُلْطٰنِۚ بَلْ كُنْتُمْ قَوْمًا طٰغِيْنَ(30)
<font color="000000"><b>(30) «Bizim sizin üzərinizdə (küfr və iman baxımından) heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tüğyankar bir dəstə idiniz».</b></font>
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ ۖ اِنَّا لَذَآئِقُوْنَ(31)
<font color="000000"><b>(31) «Beləliklə, bizim barəmizdə Rəbbimizin sözü və vədi həyata keçdi. Biz mütləq (Cəhənnəm əzabını) dadacağıq!»</b></font>
فَاَغْوَيْنٰكُمْ اِنَّا كُنَّا غٰوِيْنَ(32)
<font color="000000"><b>(32) «Biz sizi (azdırmış olsaq belə, sizin öz ixtiyarınızla) azdırdıq. Əlbəttə, biz özümüz də azmış idik».</b></font>
فَاِنَّهُمْ يَوْمَئِذٍ فِى الْعَذَابِ مُشْتَرِكُوْنَ(33)
<font color="000000"><b>(33) Şübhəsiz, onlar o gün (tabe olanlar və rəhbərləri) əzabda şərikdirlər.</b></font>
اِنَّا كَذٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِيْنَ(34)
<font color="000000"><b>(34) Biz günahkarlarla belə rəftar edirik.</b></font>
اِنَّهُمْ كَانُوْۤا اِذَا قِيْلَ لَهُمْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُۙ يَسْتَكْبِرُوْنَۙ(35)
<font color="000000"><b>(35) (Çünki) onlara: «Yeganə olan Allahdan başqa heç bir tanrı yoxdur!» -deyildiyi zaman təkəbbür göstərirdilər.</b></font>
وَيَقُوْلُوْنَ اَئِنَّا لَتٰرِكُوْۤا اٰلِهَتِنَا لِشَاعِرٍ مَّجْنُوْنٍ ؕ(36)
<font color="000000"><b>(36) Və deyirdilər: «Yəni doğrudan biz divanə bir şairə görə öz tanrılarımızı tərk edək?!»</b></font>
بَلْ جَآءَ بِالْحَقِّ وَصَدَّقَ الْمُرْسَلِيْنَ(37)
<font color="000000"><b>(37) (O, nə şairdir, nə də divanə) əksinə, o haqq (olan din, şəriət və kitab)ı gətirmişdir və (Allah) peyğəmbərlərin(in) hamısını təsdiq etmişdir.</b></font>
اِنَّكُمْ لَذَآئِقُوا الْعَذَابِ الْاَلِيْمِۚ(38)
<font color="000000"><b>(38) Şübhəsiz, siz (axirət aləmində) ağrılı əzabı dadacaqsınız.</b></font>
وَمَا تُجْزَوْنَ اِلَّا مَا كُنْتُمْ تَعْمَلُوْنَۙ(39)
<font color="000000"><b>(39) Və yalnız (dünyada) etdiyiniz əməllərinizə görə cəzalanarsınız (və yalnız əqidələriniz və əməllərinizin eynilə təcəssümü ilə cəzalanarsınız).</b></font>
اِلَّا عِبَادَ اللّٰهِ الْمُخْلَصِيْنَ(40)
<font color="000000"><b>(40) (Hamısı cəzanı dadacaqlar), yalnız Allahın ixlaslı və seçilmiş bəndələrindən başqa.</b></font>
اُولٰٓئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُوْمٌۙ(41)
<font color="000000"><b>(41) Onlar üçün məlum bir ruzi vardır,</b></font>
فَوَاكِهُۚ وَهُمْ مُّكْرَمُوْنَۙ(42)
<font color="000000"><b>(42) (Onlar üçün növbənöv) meyvələr (vardır); Və həmçinin onlara (Allah tərəfindən mələklər vasitəsilə) hörmət və ehtiram olunar.</b></font>
فِىْ جَنّٰتِ النَّعِيْمِۙ(43)
<font color="000000"><b>(43) Bol nemətli bağlarda,</b></font>
عَلٰى سُرُرٍ مُّتَقٰبِلِيْنَ(44)
<font color="000000"><b>(44) Üz-üzə qoyulmuş taxtlar üzərində,</b></font>
يُطَافُ عَلَيْهِمْ بِكَاْسٍ مِّنْ مَّعِيْنٍۢ ۙ(45)
<font color="000000"><b>(45) Onların dövrəsində (Behiştdə axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar,</b></font>
بَيْضَآءَ لَذَّةٍ لِّلشّٰرِبِيْنَ ۖۚ(46)
<font color="000000"><b>(46) Ağappaq və içənlər üçün başdan-başa ləzzət olan bir şərab.</b></font>
لَا فِيْهَا غَوْلٌ وَّلَا هُمْ عَنْهَا يُنْزَفُوْنَ(47)
<font color="000000"><b>(47) Nə onda bir baş ağrısı və bədən zərərləri vardır, nə də onun vasitəsilə ağılları başdan çıxar.</b></font>
وَعِنْدَهُمْ قٰصِرٰتُ الطَّرْفِ عِيْنٌۙ(48)
<font color="000000"><b>(48) Və onların yanında xumar baxışlı, ərindən savayı digərlərindən gözlərini çəkən, iri və gözəl gözlü qadınlar vardır,</b></font>
كَاَنَّهُنَّ بَيْضٌ مَّكْنُوْنٌ(49)
<font color="000000"><b>(49) Onlar sanki örtülmüş quş yumurtalarıdır, (quş qanadları altında, yaxud parçanın içində, toz-torpaqdan və çirkdən qorunmuşlar).</b></font>
فَاَقْبَلَ بَعْضُهُمْ عَلٰى بَعْضٍ يَّتَسَآءَلُوْنَ(50)
<font color="000000"><b>(50) Onlardan bir qismi digərlərinə üz tutar, bir-birlərilə söhbət edərlər.</b></font>
قَالَ قَآئِلٌ مِّنْهُمْ اِنِّىْ كَانَ لِىْ قَرِيْنٌۙ(51)
<font color="000000"><b>(51) Onlardan biri belə deyər: «Həqiqətən, mənim (dünyada) bir yoldaşım (həmsöhbətim) var idi».</b></font>
يَقُوْلُ اَءِ نَّكَ لَمِنَ الْمُصَدِّقِيْنَ(52)
<font color="000000"><b>(52) (Mənə) deyərdi: «Yəni doğrudan sən (ölümdən sonra dirilmək məsələsini) təsdiq edənlərdənmisən?!»</b></font>
ءَاِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَدِيْنُوْنَ(53)
<font color="000000"><b>(53) «Yəni biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra məgər (yenidən dirilərək) cəzalanacağıqmı»?!</b></font>
قَالَ هَلْ اَنْتُمْ مُّطَّلِعُوْنَ(54)
<font color="000000"><b>(54) (Sonra o dostlarına) deyər: «Ona baş çəkərək əhvalından hali olmaq istərsinizmi?»</b></font>
فَاطَّلَعَ فَرَاٰهُ فِىْ سَوَآءِ الْجَحِيْمِ(55)
<font color="000000"><b>(55) O, özü (Cəhənnəmə) nəzər salar və onu Cəhənnəmin düz ortasında görər.</b></font>
قَالَ تَاللّٰهِ اِنْ كِدْتَّ لَتُرْدِيْنِۙ(56)
<font color="000000"><b>(56) Deyər: «Allaha and olsun, həqiqətən, az qalmışdı sən məni də həlakətə sürükləyəsən».</b></font>
وَلَوْلَا نِعْمَةُ رَبِّىْ لَكُنْتُ مِنَ الْمُحْضَرِيْنَ(57)
<font color="000000"><b>(57) «Əgər Rəbbimin (doğru yola yönəltmək) neməti olmasaydı, həqiqətən, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım».</b></font>
اَفَمَا نَحْنُ بِمَيِّتِيْنَۙ(58)
<font color="000000"><b>(58) Beləliklə, (şövqlə və bəyan etmək məqsədi ilə dostlarına deyər:) «Biz bir daha ölməyəcəyik, elə deyilmi,»</b></font>
اِلَّا مَوْتَتَنَا الْاُوْلٰى وَمَا نَحْنُ بِمُعَذَّبِيْنَ(59)
<font color="000000"><b>(59) (Dünyadakı) ilk ölümümüzdən savayı! Biz heç bir zaman əzab görməyəcəyik?!»</b></font>
اِنَّ هٰذَا لَهُوَ الْفَوْزُ الْعَظِيْمُ(60)
<font color="000000"><b>(60) (Bəli,) şübhəsiz ki, bu, həmin böyük uğur və qurtuluşdur.</b></font>
لِمِثْلِ هٰذَا فَلْيَعْمَلِ الْعٰمِلُوْنَ(61)
<font color="000000"><b>(61) Çalışanlar bunun (bu cür nemətlər) üçün çalışmalıdır.</b></font>
اَذٰ لِكَ خَيْرٌ نُّزُلًا اَمْ شَجَرَةُ الزَّقُّوْمِ(62)
<font color="000000"><b>(62) Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya (Cəhənnəmdəkilərin qonaqlığı üçün olan) «zəqqum» ağacı?!</b></font>
اِنَّا جَعَلْنٰهَا فِتْنَةً لِّلظّٰلِمِيْنَ(63)
<font color="000000"><b>(63) Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik.</b></font>
اِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِىْۤ اَصْلِ الْجَحِيْمِۙ(64)
<font color="000000"><b>(64) O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar (gövdəsi onun səthində bitər və budaqları yuxarı təbəqələrə çatar).</b></font>
طَلْعُهَا كَاَنَّهٗ رُءُوْسُ الشَّيٰطِيْنِ(65)
<font color="000000"><b>(65) Tumurcuqları sanki şeytanların başlarıdır (olduqca çirkin və zərərlidir).</b></font>
فَاِنَّهُمْ لَاٰكِلُوْنَ مِنْهَا فَمٰلِئُوْنَ مِنْهَا الْبُطُوْنَ ؕ(66)
<font color="000000"><b>(66) Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar.</b></font>
ثُمَّ اِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِّنْ حَمِيْمٍۚ(67)
<font color="000000"><b>(67) Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış içki vardır (Cəhənnəmdən kənarda ondan içərlər).</b></font>
ثُمَّ اِنَّ مَرْجِعَهُمْ لَاۡاِلَى الْجَحِيْمِ(68)
<font color="000000"><b>(68) Sonra da onların dönüşləri Cəhənnəmə sarıdır.</b></font>
اِنَّهُمْ اَلْفَوْا اٰبَآءَهُمْ ضَآلِّيْنَۙ(69)
<font color="000000"><b>(69) Çünki, onlar atalarını azmış gördülər.</b></font>
فَهُمْ عَلٰٓى اٰثٰرِهِمْ يُهْرَعُوْنَ(70)
<font color="000000"><b>(70) Beləliklə, (arxadan qovulurmuş kimi) onların arxasınca gedirdilər.</b></font>
وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ اَكْثَرُ الْاَوَّلِيْنَۙ(71)
<font color="000000"><b>(71) Şübhəsiz, onlardan (Məkkə müşriklərindən) qabaq, əvvəlkilərin də çoxu yollarını azmışdılar.</b></font>
وَلَقَدْ اَرْسَلْنَا فِيْهِمْ مُّنْذِرِيْنَ(72)
<font color="000000"><b>(72) Həqiqətən, onların arasına qorxudanlar göndərdik.</b></font>
فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِيْنَۙ(73)
<font color="000000"><b>(73) Buna görə də bax gör (müxtəlif əzablarla məhv edilmiş) qorxudulanların aqibəti necə oldu.</b></font>
اِلَّا عِبَادَ اللّٰهِ الْمُخْلَصِيْنَ(74)
<font color="000000"><b>(74) Allahın seçilmiş və (İlahi köməklə mənəvi naqislikləri aradan qaldırılmış və nəticədə saflaşmış) xalis bəndələri istisna olmaqla!</b></font>
وَلَقَدْ نَادٰٮنَا نُوْحٌ فَلَنِعْمَ الْمُجِيْبُوْنَ ۖ(75)
<font color="000000"><b>(75) Həqiqətən, Nuh Bizi çağırdı. Biz (çağırış və duaları) gözəl qəbul edənik.</b></font>
وَنَجَّيْنٰهُ وَاَهْلَهٗ مِنَ الْكَرْبِ الْعَظِيْمِ ۖ(76)
<font color="000000"><b>(76) Biz ona və onun ailəsinə böyük qüssədən (qövmünün zülmü, əziyyətləri və təhqirlərindən və tufan təhlükəsindən) nicat verdik.</b></font>
وَجَعَلْنَا ذُرِّيَّتَهٗ هُمُ الْبٰقِيْنَ ۖ(77)
<font color="000000"><b>(77) Və (yer üzündə) yalnız onun nəslini saxladıq.</b></font>
وَتَرَكْنَا عَلَيْهِ فِى الْاٰخِرِيْنَ ۖ(78)
<font color="000000"><b>(78) Və sonrakı ümmətlər arasında ondan (tövhidə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab və şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq.</b></font>
سَلٰمٌ عَلٰى نُوْحٍ فِى الْعٰلَمِيْنَ(79)
<font color="000000"><b>(79) Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin.)</b></font>
اِنَّا كَذٰلِكَ نَجْزِى الْمُحْسِنِيْنَ(80)
<font color="000000"><b>(80) Biz yaxşı əməl sahiblərini (dünyada) belə mükafatlandırırıq.</b></font>
اِنَّهٗ مِنْ عِبَادِنَا الْمُؤْمِنِيْنَ(81)
<font color="000000"><b>(81) Şübhəsiz, o, Bizim mömin bəndələrimizdən idi.</b></font>
ثُمَّ اَغْرَقْنَا الْاٰخَرِيْنَ(82)
<font color="000000"><b>(82) Sonra digərlərini (gəmiyə minməyənləri) suda batırdıq.</b></font>
وَاِنَّ مِنْ شِيْعَتِهٖ لَاِبْرٰهِيْمَۘ(83)
<font color="000000"><b>(83) Həqiqətən, İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi.</b></font>
اِذْ جَآءَ رَبَّهٗ بِقَلْبٍ سَلِيْمٍ(84)
<font color="000000"><b>(84) O zaman o, təmiz qəlblə öz Rəbbinə tərəf gəldi (Rəbbinə üz tutdu, Onun birliyini təsdiq edərək özünü Ona təslim etdi).</b></font>
اِذْ قَالَ لِاَبِيْهِ وَقَوْمِهٖ مَاذَا تَعْبُدُوْنَۚ(85)
<font color="000000"><b>(85) O zaman atasına (əmisinə və ya qayınatasına) və qövmünə dedi: «Siz nəyə ibadət edirsiniz?!»</b></font>
اَئِفْكًا اٰلِهَةً دُوْنَ اللّٰهِ تُرِيْدُوْنَؕ(86)
<font color="000000"><b>(86) «Yalan və iftira ilə Allahdan qeyri məbudlarmı istəyirsiniz?!»</b></font>
فَمَا ظَنُّكُمْ بِرَبِّ الْعٰلَمِيْنَ(87)
<font color="000000"><b>(87) «Bəs aləmlərin Rəbbi barəsində gümanınız nədir? (O, Rəbb deyil? Yoxsa başqalarına ibadət etmək icazəsi verib? Bəlkə müşriklərə əzab verməyəcək?!)»</b></font>
فَنَظَرَ نَظْرَةً فِى النُّجُوْمِۙ(88)
<font color="000000"><b>(88) Beləliklə o, (özünün xəstələnəcəyi vaxtı ayırd etmək üçün) diqqətlə ulduzlara (onların vəziyyətinə) baxdı.</b></font>
فَقَالَ اِنِّىْ سَقِيْمٌ(89)
<font color="000000"><b>(89) Və dedi: «Həqiqətən, mən xəstəlik astanasındayam» (və sizinlə şəhər kənarına bayram mərasiminə gəlməyəcəyəm).</b></font>
فَتَوَلَّوْا عَنْهُ مُدْبِرِيْنَ(90)
<font color="000000"><b>(90) Onlar ondan üz döndərib qayıtdılar.</b></font>
فَرَاغَ اِلٰٓى اٰلِهَتِهِمْ فَقَالَ اَلَا تَاْكُلُوْنَۚ(91)
<font color="000000"><b>(91) Beləliklə o, (darmadağın etmək üçün) gizlicə onların tanrılarının yanına yollandı və (onların qabağına düzülmüş yeməklərə işarə edərək) dedi: «Məgər yemirsiniz?</b></font>
مَا لَكُمْ لَا تَنْطِقُوْنَ(92)
<font color="000000"><b>(92) Sizə nə olub ki, danışmırsınız?»</b></font>
فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِالْيَمِيْنِ(93)
<font color="000000"><b>(93) Sonra darmadağın etmək üçün onlara üz tutdu (və) sağ əli(ndəki balta) ilə onlara güclü zərbələr endirdi. (Böyüklərindən başqa onların hamısını sındırdı.)</b></font>
فَاَقْبَلُوْۤا اِلَيْهِ يَزِفُّوْنَ(94)
<font color="000000"><b>(94) (Onlar bayramdan qayıdanda, bu iş barəsindəki ittihamla) tez ona üz tutdular.</b></font>
قَالَ اَتَعْبُدُوْنَ مَا تَنْحِتُوْنَۙ(95)
<font color="000000"><b>(95) (İbrahim) dedi: «Özünüz yonduğunuz şeyə ibadət edirsiniz?!</b></font>
وَاللّٰهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُوْنَ(96)
<font color="000000"><b>(96) Halbuki həm sizi, həm də əməllərinizi Allah yaratmışdır. (Sizin həm əməlləriniz, həm də məbudlarınızı düzəltdiyiniz maddələr, həqiqətən, Allahın məhsuludur.)</b></font>
قَالُوا ابْنُوْا لَهٗ بُنْيَانًا فَاَلْقُوْهُ فِى الْجَحِيْمِ(97)
<font color="000000"><b>(97) (Onlar bir-birlərinə) dedilər: Onun üçün (en və uzunu geniş) bir bina tikin və onu od cəhənnəminə atın!</b></font>
فَاَرَادُوْا بِهٖ كَيْدًا فَجَعَلْنٰهُمُ الْاَسْفَلِيْنَ(98)
<font color="000000"><b>(98) Beləliklə, onun barəsində hiylə işlətmək qərarına gəldilər və Biz onları alçaltdıq. (İbrahimə də oddan nicat verdik.)</b></font>
وَقَالَ اِنِّىْ ذَاهِبٌ اِلٰى رَبِّىْ سَيَهْدِيْنِ(99)
<font color="000000"><b>(99) (İbrahim onların məkrli hiylələrindən nicat tapdıqdan sonra) dedi: «Mən mütləq öz Rəbbimə tərəf (ibadətlə məşğul ola biləcəyim bir şəhərə) yollanıram. O, tezliklə mənə yol göstərəcəkdir.</b></font>
رَبِّ هَبْ لِىْ مِنَ الصّٰلِحِيْنَ(100)
<font color="000000"><b>(100) Ey Rəbbim! Mənə salehlərdən (bir övlad) bəxş et!»</b></font>
فَبَشَّرْنٰهُ بِغُلٰمٍ حَلِيْمٍ(101)
<font color="000000"><b>(101) Beləliklə, Biz onu həlim bir oğlan uşağı (İsmail) ilə mücdələdik.</b></font>
فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْىَ قَالَ يٰبُنَىَّ اِنِّىْۤ اَرٰى فِى الْمَنَامِ اَنِّىْۤ اَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرٰىؕ قَالَ يٰۤاَبَتِ افْعَلْ مَا تُؤْمَرُ سَتَجِدُنِىْۤ اِنْ شَآءَ اللّٰهُ مِنَ الصّٰبِرِيْنَ(102)
<font color="000000"><b>(102) Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!»</b></font>
فَلَمَّاۤ اَسْلَمَا وَتَلَّهٗ لِلْجَبِيْنِۚ(103)
<font color="000000"><b>(103) Beləliklə, elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı)</b></font>
وَنَادَيْنٰهُ اَنْ يّٰۤاِبْرٰهِيْمُۙ(104)
<font color="000000"><b>(104) Biz ona xitab etdik ki: «Ey İbrahim!</b></font>
قَدْ صَدَّقْتَ الرُّءْيَا ۚ اِنَّا كَذٰلِكَ نَجْزِى الْمُحْسِنِيْنَ(105)
<font color="000000"><b>(105) Həqiqətən, sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.</b></font>
اِنَّ هٰذَا لَهُوَ الْبَلٰٓؤُا الْمُبِيْنُ(106)
<font color="000000"><b>(106) Şübhəsiz, bu (hadisə) həmin aşkar imtahandır.</b></font>
وَفَدَيْنٰهُ بِذِبْحٍ عَظِيْمٍ(107)
<font color="000000"><b>(107) Və Biz ona böyük bir qurbanlıq (həm cism, həm də ehtiram baxımından böyük bir qoyun) fəda etdik.</b></font>
وَتَرَكْنَا عَلَيْهِ فِى الْاٰخِرِيْنَۖ(108)
<font color="000000"><b>(108) Ondan sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.</b></font>
سَلٰمٌ عَلٰٓى اِبْرٰهِيْمَ(109)
<font color="000000"><b>(109) Salam olsun İbrahimə!</b></font>
كَذٰلِكَ نَجْزِى الْمُحْسِنِيْنَ(110)
<font color="000000"><b>(110) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.</b></font>
اِنَّهٗ مِنْ عِبَادِنَا الْمُؤْمِنِيْنَ(111)
<font color="000000"><b>(111) Həqiqətən, o, Bizim mömin bəndələrimizdən idi.</b></font>
وَبَشَّرْنٰهُ بِاِسْحٰقَ نَبِيًّا مِّنَ الصّٰلِحِيْنَ(112)
<font color="000000"><b>(112) Onu İshaq(adlı bir övlad)la – salehlərdən olan peyğəmbərlə mücdələdik.</b></font>
وَبٰرَكْنَا عَلَيْهِ وَعَلٰٓى اِسْحٰقَؕ وَ مِنْ ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَّظَالِمٌ لِّنَفْسِهٖ مُبِيْنٌ(113)
<font color="000000"><b>(113) Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər.</b></font>
وَلَقَدْ مَنَنَّا عَلٰى مُوْسٰى وَهٰرُوْنَۚ(114)
<font color="000000"><b>(114) Həqiqətən, Biz Musa və Haruna da nemət verdik.</b></font>
وَنَجَّيْنٰهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيْمِۚ(115)
<font color="000000"><b>(115) O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik.</b></font>
وَنَصَرْنٰهُمْ فَكَانُوْا هُمُ الْغٰلِبِيْنَۚ(116)
<font color="000000"><b>(116) Və onlara kömək etdik. Beləliklə, onlar qalib gəldilər.</b></font>
وَاٰتَيْنٰهُمَا الْكِتٰبَ الْمُسْتَبِيْنَۚ(117)
<font color="000000"><b>(117) Və o ikisinə (özü) aydın (olan) və aydınlıq gətirən (səma) kitab(ı) verdik.</b></font>
وَهَدَيْنٰهُمَا الصِّرَاطَ الْمُسْتَقِيْمَۚ(118)
<font color="000000"><b>(118) Və onların hər ikisini doğru yola hidayət etdik.</b></font>
وَتَرَكْنَا عَلَيْهِمَا فِى الْاٰخِرِيْنَۙ(119)
<font color="000000"><b>(119) Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.</b></font>
سَلٰمٌ عَلٰى مُوْسٰى وَهٰرُوْنَ(120)
<font color="000000"><b>(120) Salam olsun Musaya və Haruna!</b></font>
اِنَّا كَذٰلِكَ نَجْزِى الْمُحْسِنِيْنَ(121)
<font color="000000"><b>(121) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.</b></font>
اِنَّهُمَا مِنْ عِبَادِنَا الْمُؤْمِنِيْنَ(122)
<font color="000000"><b>(122) Əlbəttə, onların ikisi (də) Bizim mömin bəndələrimizdən idilər.</b></font>
وَاِنَّ اِلْيَاسَ لَمِنَ الْمُرْسَلِيْنَؕ(123)
<font color="000000"><b>(123) Həqiqətən, İlyas da Bizim peyğəmbərlərimizdən idi.</b></font>
اِذْ قَالَ لِقَوْمِهٖۤ اَلَا تَتَّقُوْنَ(124)
<font color="000000"><b>(124) O zaman o, öz qövmünə dedi: «Məgər (Allaha qarşı itatəsizlik etməkdən və Ona şərik qoşmaqdan) qorxmursunuz?</b></font>
اَتَدْعُوْنَ بَعْلًا وَّتَذَرُوْنَ اَحْسَنَ الْخٰلِقِيْنَۙ(125)
<font color="000000"><b>(125) (İbadət etmək və hacət diləmək üçün) «Bəl»i (bu adda olan bütü) çağırır və yaradanların ən yaxşısını tərk edirsiniz?</b></font>
اللّٰهَ رَبَّكُمْ وَرَبَّ اٰبَآئِكُمُ الْاَوَّلِيْنَ(126)
<font color="000000"><b>(126) Həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbi olan Allahı?!»</b></font>
فَكَذَّبُوْهُ فَاِنَّهُمْ لَمُحْضَرُوْنَۙ(127)
<font color="000000"><b>(127) Beləliklə, onlar onu təkzib etdilər. Şübhəsiz, onlar (Qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklər.</b></font>
اِلَّا عِبَادَ اللّٰهِ الْمُخْلَصِيْنَ(128)
<font color="000000"><b>(128) Allahın paklaşdırılmış və seçilmiş bəndələri istisna olmaqla!</b></font>
وَتَرَكْنَا عَلَيْهِ فِى الْاٰخِرِيْنَۙ(129)
<font color="000000"><b>(129) Sonrakı ümmətlərin arasında ondan (tovhidə dəvət və şirk ilə mübarizə mücahidi kimi) yaxşı ad qoyduq.</b></font>
سَلٰمٌ عَلٰٓى اِلْ يَاسِيْنَ(130)
<font color="000000"><b>(130) Salam olsun İlyasa (və Yasinin övladlarına)!</b></font>
اِنَّا كَذٰلِكَ نَجْزِى الْمُحْسِنِيْنَ(131)
<font color="000000"><b>(131) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.</b></font>
اِنَّهٗ مِنْ عِبَادِنَا الْمُؤْمِنِيْنَ(132)
<font color="000000"><b>(132) Həqiqətən, o, Bizim mömin bəndələrimizdən idi.</b></font>
وَاِنَّ لُوْطًا لَّمِنَ الْمُرْسَلِيْنَؕ(133)
<font color="000000"><b>(133) Həqiqətən, Lut da Bizim peyğəmbərlərimizdən idi.</b></font>
اِذْ نَجَّيْنٰهُ وَاَهْلَهٗۤ اَجْمَعِيْنَۙ(134)
<font color="000000"><b>(134) (Yada sal) o zaman(ı) ki, Biz ona və bütün ailəsinə nicat verdik.</b></font>
اِلَّا عَجُوْزًا فِى الْغٰبِرِيْنَ(135)
<font color="000000"><b>(135) (Lutun qövmünə gələn əzabda) qalanların içərisində olan qoca qarı istisna olmaqla!</b></font>
ثُمَّ دَمَّرْنَا الْاٰخَرِيْنَ(136)
<font color="000000"><b>(136) Sonra (yerdə) qalanları məhv etdik.</b></font>
وَاِنَّكُمْ لَتَمُرُّوْنَ عَلَيْهِمْ مُّصْبِحِيْنَۙ(137)
<font color="000000"><b>(137) Həqiqətən, siz (Məkkə əhli Şama səfər zamanı) səhər çağı onların yanından keçirsiniz.</b></font>
وَبِالَّيْلِؕ اَفَلَا تَعْقِلُوْنَ(138)
<font color="000000"><b>(138) Həmçinin axşamçağıları! Belə isə heç düşünmürsünüz?</b></font>
وَاِنَّ يُوْنُسَ لَمِنَ الْمُرْسَلِيْنَؕ(139)
<font color="000000"><b>(139) Əlbəttə, Yunus (da) Bizim peyğəmbərlərimizdən idi.</b></font>
اِذْ اَبَقَ اِلَى الْفُلْكِ الْمَشْحُوْنِۙ(140)
<font color="000000"><b>(140) (Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).</b></font>
فَسَاهَمَ فَكَانَ مِنَ الْمُدْحَضِيْنَۚ(141)
<font color="000000"><b>(141) Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.</b></font>
فَالْتَقَمَهُ الْحُوْتُ وَهُوَ مُلِيْمٌ(142)
<font color="000000"><b>(142) O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu.</b></font>
فَلَوْلَاۤ اَنَّهٗ كَانَ مِنَ الْمُسَبِّحِيْنَۙ(143)
<font color="000000"><b>(143) Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı,</b></font>
لَلَبِثَ فِىْ بَطْنِهٖۤ اِلٰى يَوْمِ يُبْعَثُوْنَۚ(144)
<font color="000000"><b>(144) mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı.</b></font>
فَنَبَذْنٰهُ بِالْعَرَآءِ وَهُوَ سَقِيْمٌۚ(145)
<font color="000000"><b>(145) Beləliklə, onu xəstə halda tavan və kölgəsiz bir yerə atdıq.</b></font>
وَاَنْۢبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّنْ يَّقْطِيْنٍۚ(146)
<font color="000000"><b>(146) Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik.</b></font>
وَاَرْسَلْنٰهُ اِلٰى مِائَةِ اَلْفٍ اَوْ يَزِيْدُوْنَۚ(147)
<font color="000000"><b>(147) Və onu yüz min və ya daha artıq adama (peyğəmbər) göndərdik.</b></font>
فَاٰمَنُوْا فَمَتَّعْنٰهُمْ اِلٰى حِيْنٍؕ(148)
<font color="000000"><b>(148) Beləliklə, onlar iman gətirdilər və Biz onları (müəyyən) bir müddət(ədək həyatdan) bəhrələndirdik.</b></font>
فَاسْتَفْتِهِمْ اَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُوْنَۙ(149)
<font color="000000"><b>(149) Buna görə də onlardan (Məkkə müşriklərindən) soruş: «Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?!</b></font>
اَمْ خَلَقْنَا الْمَلٰٓئِكَةَ اِنَاثًا وَّهُمْ شٰهِدُوْنَ(150)
<font color="000000"><b>(150) Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!»</b></font>
اَلَاۤ اِنَّهُمْ مِّنْ اِفْكِهِمْ لَيَقُوْلُوْنَۙ(151)
<font color="000000"><b>(151) Bil ki, onlar yalançı olduqları üçün deyirlər:</b></font>
وَلَدَ اللّٰهُۙ وَاِنَّهُمْ لَكٰذِبُوْنَ(152)
<font color="000000"><b>(152) «Allah övlad törətmişdir». Onlar mütləq yalançıdırlar!</b></font>
اَصْطَفَى الْبَنَاتِ عَلَى الْبَنِيْنَؕ(153)
<font color="000000"><b>(153) (Hətta övlad götürməsini fərz etsək belə) məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?!</b></font>
مَا لَكُمْ كَيْفَ تَحْكُمُوْنَ(154)
<font color="000000"><b>(154) Sizə nə olub, necə hökm çıxarırsınız?!</b></font>
اَفَلَا تَذَكَّرُوْنَۚ(155)
<font color="000000"><b>(155) Heç ibrət götürmürsünüz?</b></font>
اَمْ لَكُمْ سُلْطٰنٌ مُّبِيْنٌۙ(156)
<font color="000000"><b>(156) Yoxsa sizin (bu iddiaya) aydın dəliliniz var?!</b></font>
فَاْتُوْا بِكِتٰبِكُمْ اِنْ كُنْتُمْ صٰدِقِيْنَ(157)
<font color="000000"><b>(157) Belə isə əgər doğru deyirsinizsə yazı və kitabınızı gətirin.</b></font>
وَجَعَلُوْا بَيْنَهٗ وَبَيْنَ الْجِنَّةِ نَسَبًا ؕ وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ اِنَّهُمْ لَمُحْضَرُوْنَۙ(158)
<font color="000000"><b>(158) Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.</b></font>
سُبْحٰنَ اللّٰهِ عَمَّا يَصِفُوْنَۙ(159)
<font color="000000"><b>(159) Allah onların sadaladıqları sifətlərdən (şəriki olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır.</b></font>
اِلَّا عِبَادَ اللّٰهِ الْمُخْلَصِيْنَ(160)
<font color="000000"><b>(160) Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır.</b></font>
فَاِنَّكُمْ وَمَا تَعْبُدُوْنَۙ(161)
<font color="000000"><b>(161) Həqiqətən, siz və ibadət etdikləriniz (bütlər, cinlər və şeytanlar)</b></font>
مَاۤ اَنْتُمْ عَلَيْهِ بِفٰتِنِيْنَۙ(162)
<font color="000000"><b>(162) (bəli,) siz heç vaxt (cəmiyyəti) Allahın hədəfinin əksinə olaraq azğınlığa sürükləyə bilməzsiniz!</b></font>
اِلَّا مَنْ هُوَ صَالِ الْجَحِيْمِ(163)
<font color="000000"><b>(163) (Küfr və inadına görə) cəhənnəmə gedəsi və yanası şəxs istisna olmaqla.</b></font>
وَمَا مِنَّاۤ اِلَّا لَهٗ مَقَامٌ مَّعْلُوْمٌۙ(164)
<font color="000000"><b>(164) (Mələklər özlərinin rəbb olmalarını inkar edərək deyərlər:) «Bizim hər birimizin (Allah yanında) müəyyən məqam və rütbəsi vardır».</b></font>
وَّاِنَّا لَنَحْنُ الصَّآفُّوْنَۚ(165)
<font color="000000"><b>(165) Şübhəsiz, (Allahın əmrini yerinə yetirmək üçün daim) sıralanan bizik.</b></font>
وَاِنَّا لَنَحْنُ الْمُسَبِّحُوْنَ(166)
<font color="000000"><b>(166) Əlbəttə, (dil və ürəkdə olan səmimi etiqadla) Allahı pak sifətlərlə edən bizik.</b></font>
وَاِنْ كَانُوْا لَيَقُوْلُوْنَۙ(167)
<font color="000000"><b>(167) (Müşriklər) həmişə deyərdilər:</b></font>
لَوْ اَنَّ عِنْدَنَا ذِكْرًا مِّنَ الْاَوَّلِيْنَۙ(168)
<font color="000000"><b>(168) «Əgər bizim yanımızda keçmişlərdən (keçmiş nəsillərdə olan kitablar qismindən) bir yada salan (kitab) olsaydı,</b></font>
لَكُنَّا عِبَادَ اللّٰهِ الْمُخْلَصِيْنَ(169)
<font color="000000"><b>(169) mütləq, Allahın xalis və seçilmiş bəndələri olardıq.</b></font>
فَكَفَرُوْا بِهٖ فَسَوْفَ يَعْلَمُوْنَ(170)
<font color="000000"><b>(170) Amma (elə ki, keçmişlərin kitablarından yaxşı bir kitab gəldi) ona kafir oldular. Tezliklə (küfrlərinin cəzasının nə olmasını) biləcəklər.</b></font>
وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِيْنَ ۖۚ(171)
<font color="000000"><b>(171) Şübhəsiz, (elçi olaraq) göndərilmiş bəndələrimiz barəsində (əzəli elmdə və Lövhi-Məhfuzda) Bizim qəti hökmümüz (və vədimiz belə verilib) keçmişdir</b></font>
اِنَّهُمْ لَهُمُ الْمَنْصُوْرُوْنَ (172)
<font color="000000"><b>(172) ki, şübhəsiz, (Bizim tərəfimizdən) yardım edilənlər onlardır.</b></font>
وَاِنَّ جُنْدَنَا لَهُمُ الْغٰلِبُوْنَ(173)
<font color="000000"><b>(173) Və əlbəttə, qalib Bizim qoşunumuzdur.</b></font>
فَتَوَلَّ عَنْهُمْ حَتّٰى حِيْنٍۙ(174)
<font color="000000"><b>(174) Buna görə də bir müddətədək (dövlət qurana və cihad əmri gələnə kimi) onlardan (kafirlərdən) üz döndər.</b></font>
وَاَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُوْنَ(175)
<font color="000000"><b>(175) Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər.</b></font>
اَفَبِعَذَابِنَا يَسْتَعْجِلُوْنَ(176)
<font color="000000"><b>(176) Belə olan halda onlar tələskənliklə Bizim əzabımızı tələb edirlər?</b></font>
فَاِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ الْمُنْذَرِيْنَ(177)
<font color="000000"><b>(177) (Əzab) onların kandarlarına enən zaman, qorxudulanların səhəri necə də pisdir!</b></font>
وَتَوَلَّ عَنْهُمْ حَتّٰى حِيْنٍۙ(178)
<font color="000000"><b>(178) Yenə bir müddətədək onlardan üz döndər.</b></font>
وَّاَبْصِرْ فَسَوْفَ يُبْصِرُوْنَ(179)
<font color="000000"><b>(179) Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər.</b></font>
سُبْحٰنَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُوْنَۚ(180)
<font color="000000"><b>(180) Sənin Rəbbin – izzət, qüdrət və qələbə Rəbbi onların sadaladıqları sifətlərdən pakdır!</b></font>
وَسَلٰمٌ عَلَى الْمُرْسَلِيْنَۚ(181)
<font color="000000"><b>(181) Salam olsun peyğəmbərlərə (yaradandan yaradılmışlara)!</b></font>
وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِيْنَ(182)
<font color="000000"><b>(182) Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!</b></font>