EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
DUXAN (DUMAN) SURƏSİ
Məkkədə nazil olmuşdur, əlli doqquz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
حٰمٓ ‌ ۛ‌ۚ‏(1)
<font color="000000"><b>(1) Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimlik və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)</b></font>
وَالْكِتٰبِ الْمُبِيْنِ ‌ ۛ‌ۙ‏(2)
<font color="000000"><b>(2) And olsun bu aydın və aydınlaşdırıcı kitaba ki,</b></font>
اِنَّاۤ اَنْزَلْنٰهُ فِىْ لَيْلَةٍ مُّبٰرَكَةٍ‌ اِنَّا كُنَّا مُنْذِرِيْنَ‏(3)
<font color="000000"><b>(3) Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq.</b></font>
فِيْهَا يُفْرَقُ كُلُّ اَمْرٍ حَكِيْمٍۙ‏(4)
<font color="000000"><b>(4) Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Quranın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır).</b></font>
اَمْرًا مِّنْ عِنْدِنَا‌ؕ اِنَّا كُنَّا مُرْسِلِيْنَ‌ۚ‏(5)
<font color="000000"><b>(5) Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq.</b></font>
رَحْمَةً مِّنْ رَّبِّكَ‌ؕ اِنَّهٗ هُوَ السَّمِيْعُ الْعَلِيْمُۙ‏(6)
<font color="000000"><b>(6) Rəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur.</b></font>
رَبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَيْنَهُمَا‌ۘ اِنْ كُنْتُمْ مُّوْقِنِيْنَ‏(7)
<font color="000000"><b>(7) (O,) göylərin, yerin və o ikisinin arasında olanların Rəbbidir, əgər inanansınızsa!</b></font>
لَاۤ اِلٰهَ اِلَّا هُوَ يُحْىٖ وَيُمِيْتُ‌ؕ رَبُّكُمْ وَرَبُّ اٰبَآئِكُمُ الْاَوَّلِيْنَ‏(8)
<font color="000000"><b>(8) Ondan başqa bir məbud yoxdur. (Yalnız O,) dirildir və öldürür. O, həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbidir.</b></font>
بَلْ هُمْ فِىْ شَكٍّ يَّلْعَبُوْنَ‏(9)
<font color="000000"><b>(9) Lakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar.</b></font>
فَارْتَقِبْ يَوْمَ تَاْتِى السَّمَآءُ بِدُخَانٍ مُّبِيْنٍۙ‏(10)
<font color="000000"><b>(10) Buna görə də (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə.</b></font>
يَغْشَى النَّاسَ‌ؕ هٰذَا عَذَابٌ اَلِيْمٌ‏(11)
<font color="000000"><b>(11) O bütün insanları bürüyəcək. (Və deyiləcək:) «Bu ağrılı bir əzabdır».</b></font>
رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ اِنَّا مُؤْمِنُوْنَ‏(12)
<font color="000000"><b>(12) (Hamı belə deyəcək:) «Ey Rəbbimiz! Bu əzabı bizdən dəf et ki, biz iman əhliyik».</b></font>
اَنّٰى لَهُمُ الذِّكْرٰى وَقَدْ جَآءَهُمْ رَسُوْلٌ مُّبِيْنٌۙ‏(13)
<font color="000000"><b>(13) Onlar üçün haradan və necə öyüd-nəsihət ola bilər, halbuki onlara (peyğəmbərliyi) aydın və (həqiqətlərə) aydınlıq gətirən elçi gəlmişdi?!</b></font>
ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوْا مُعَلَّمٌ مَّجْنُوْنٌ‌ۘ‏(14)
<font color="000000"><b>(14) Sonra onlar üz döndərərək dedilər: «O, (dediyi sözlərdə başqaları tərəfindən) öyrədilmiş və (onları Allaha nisbət verən) dəlidir».</b></font>
اِنَّا كَاشِفُوا الْعَذَابِ قَلِيْلًا اِنَّكُمْ عَآئِدُوْنَ‌ۘ‏(15)
<font color="000000"><b>(15) Biz indi həmin əzabı (dünyadakılardan) bir az dəf edirik (və xatırladırıq) ki, siz mütləq (bir müddətdən sonra axirət əzabına) qayıdacaqsınız.</b></font>
يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرٰى‌ۚ اِنَّا مُنْتَقِمُوْنَ‏(16)
<font color="000000"><b>(16) (Həmin əzab kafirləri) ən böyük və ən ağır bir tərzdə əhatə edəcəyimiz gün (olacaqdır). Çünki Biz intiqam alanıq.</b></font>
وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَ جَآءَهُمْ رَسُوْلٌ كَرِيْمٌۙ‏(17)
<font color="000000"><b>(17) Həqiqətən, Biz onlardan qabaq Fironun qövmünü sınadıq və onlara möhtərəm bir peyğəmbər gəldi.</b></font>
اَنْ اَدُّوْۤا اِلَىَّ عِبَادَ اللّٰهِ‌ؕ اِنِّىْ لَكُمْ رَسُوْلٌ اَمِيْنٌۙ‏(18)
<font color="000000"><b>(18) (Və onlara dedi) ki: «Allahın bəndələrini (zülmə məruz qalmış İsrail övladlarını) mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm.</b></font>
وَّاَنْ لَّا تَعْلُوْا عَلَى اللّٰهِ‌ۚ اِنِّىْۤ اٰتِيْكُمْ بِسُلْطٰنٍ مُّبِيْنٍ‌ۚ‏(19)
<font color="000000"><b>(19) Və (digər bir tapşırıq) budur ki, Allaha qarşı təkəbbür göstərməyin. Çünki mən sizə aşkar bir dəlil-sübut gətirmişəm.</b></font>
وَاِنِّىْ عُذْتُ بِرَبِّىْ وَرَبِّكُمْ اَنْ تَرْجُمُوْنِ ۚ‏(20)
<font color="000000"><b>(20) Və əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım.</b></font>
وَاِنْ لَّمْ تُؤْمِنُوْا لِىْ فَاعْتَزِلُوْنِ‏(21)
<font color="000000"><b>(21) Əgər mənə iman gətirmirsinizsə, onda məndən uzaqlaşın və məni tək qoyun».</b></font>
فَدَعَا رَبَّهٗۤ اَنَّ هٰۤؤُلَاۤءِ قَوْمٌ مُّجْرِمُوْنَ‏‏(22)
<font color="000000"><b>(22) (Lakin onun dəvətinin onlara xeyiri olmadı.) Buna görə də öz Rəbbini çağırdı ki: «Bunlar (o qədər) günahkar bir tayfadırlar (ki, hamılıqla ölümə layiqdirlər)».</b></font>
فَاَسْرِ بِعِبَادِىْ لَيْلًا اِنَّكُمْ مُّتَّبَعُوْنَۙ‏(23)
<font color="000000"><b>(23) (Dedik:) «Belə isə Mənim bəndələrimi gecə yola çıxart. Çünki siz təqib edilirsiniz.</b></font>
وَاتْرُكِ الْبَحْرَ رَهْوًا‌ؕ اِنَّهُمْ جُنْدٌ مُّغْرَقُوْنَ‏(24)
<font color="000000"><b>(24) Və (elə ki, dənizi sənin üçün yardıq və ondan keçdin) qoy dənizdəki geniş yol qalsın (və fironçular da həmin yola daxil olsunlar). Çünki şübhəsiz onlar qərq olunmağa məhkum bir ordudurlar».</b></font>
كَمْ تَرَكُوْا مِنْ جَنّٰتٍ وَّعُيُوْنٍۙ‏(25)
<font color="000000"><b>(25) Onlar (özlərindən sonra) nə qədər bağlar və bulaqlar qoyub getdilər.</b></font>
وَّزُرُوْعٍ وَّمَقَامٍ كَرِيْمٍۙ‏(26)
<font color="000000"><b>(26) Və necə əkinlər və gözəl, nemət dolu mənzil və yerlər!</b></font>
وَّنَعْمَةٍ كَانُوْا فِيْهَا فٰكِهِيْنَۙ‏(27)
<font color="000000"><b>(27) Və necə də sevinib şad olduqları eyş-işrətlər.</b></font>
كَذٰلِكَ‌ وَاَوْرَثْنٰهَا قَوْمًا اٰخَرِيْنَ‏(28)
<font color="000000"><b>(28) (Bəli,) belə idi. Biz başqa bir tayfanı onların hamısının varisi etdik.</b></font>
فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَآءُ وَالْاَرْضُ وَمَا كَانُوْا مُنْظَرِيْنَ‏(29)
<font color="000000"><b>(29) Beləliklə, onlara nə göy və yer ağladı və nə də (əzab nazil olan zaman) möhlət tapdılar.</b></font>
وَلَقَدْ نَجَّيْنَا بَنِىْۤ اِسْرَآءِيْلَ مِنَ الْعَذَابِ الْمُهِيْنِۙ‏(30)
<font color="000000"><b>(30) Həqiqətən, Biz İsrail övladlarına o alçaldıcı əzabdan (oğlanlarının başının kəsilməsi, qızlarının isə nökər kimi saxlanılmasından) nicat verdik.</b></font>
مِنْ فِرْعَوْنَ‌ؕ اِنَّهٗ كَانَ عَالِيًا مِّنَ الْمُسْرِفِيْنَ‏(31)
<font color="000000"><b>(31) Firondan (onun əlindən)! Həqiqətən, o, həddini aşanların itaətsiz təkəbbürlülərindən idi.</b></font>
وَلَقَدِ اخْتَرْنٰهُمْ عَلٰى عِلْمٍ عَلَى الْعٰلَمِيْنَ‌ۚ‏(32)
<font color="000000"><b>(32) Həqiqətən, Biz onları (ləyaqətlərini) bilərək aləmdəkilərdən (zəmanələrinin insanlarından) üstün etdik.</b></font>
وَاٰتَيْنٰهُمْ مِّنَ الْاٰيٰتِ مَا فِيْهِ بَلٰٓؤٌا مُّبِيْنٌ‏(33)
<font color="000000"><b>(33) Və onlara ayə və möcüzələrin (əsa, ağ əl, dənizin yarılması, düşmənlərin məhvi, Tövratın nazil olunması, bildirçin və qüdrət halvası, kölgə salan bulud kimi) aşkar imtahan (yaxud aşkar nemət) olanını verdik.</b></font>
اِنَّ هٰٓؤُلَاۤءِ لَيَقُوْلُوْنَۙ‏(34)
<font color="000000"><b>(34) Əlbəttə bunlar (Qüreyş kafirləri) deyirlər:</b></font>
اِنْ هِىَ اِلَّا مَوْتَتُنَا الْاُوْلٰى وَمَا نَحْنُ بِمُنْشَرِيْنَ‏(35)
<font color="000000"><b>(35) «Həyatın (və insan varlığının) sonu yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik.</b></font>
فَاْتُوْا بِاٰبَآئِنَاۤ اِنْ كُنْتُمْ صٰدِقِيْنَ‏(36)
<font color="000000"><b>(36) Buna görə də əgər (Qiyamət iddiasında) doğruçusunuzsa, bizim atalarımızı (dirildib) gətirin».</b></font>
اَهُمْ خَيْرٌ اَمْ قَوْمُ تُبَّعٍۙ وَّ الَّذِيْنَ مِنْ قَبْلِهِمْ‌ؕ اَهْلَكْنٰهُمْ‌ اِنَّهُمْ كَانُوْا مُجْرِمِيْنَ‏(37)
<font color="000000"><b>(37) (Say və güc baxımından) onlar daha yaxşı (və artıq)dırlar, yoxsa (Yəmənin qüdrətli şahlarından olmuş) Tubbə tayfası və (Ad və Səmud kimi) onlardan qabaq olmuş kəslər? Onların hamısını məhv etdik. Çünki onların hamısı günahkar idilər.</b></font>
وَمَا خَلَقْنَا السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَيْنَهُمَا لٰعِبِيْنَ‏(38)
<font color="000000"><b>(38) Biz göyləri, yeri və o ikisinin arsında olanları oyun-oyuncaq (olaraq və boş yerə) yaratmamışıq.</b></font>
مَا خَلَقْنٰهُمَاۤ اِلَّا بِالْحَقِّ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا يَعْلَمُوْنَ‏(39)
<font color="000000"><b>(39) Biz o ikisini yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaratmışıq, lakin onların çoxu bilmir.</b></font>
اِنَّ يَوْمَ الْفَصْلِ مِيْقَاتُهُمْ اَجْمَعِيْنَۙ‏(40)
<font color="000000"><b>(40) Şübhəsiz, «ayırma» günü (Allahın haqq hökm çıxaracağı və haqqın batildən, möminin kafirdən, ədalətlinin fasiqdən ayrılacağı gün) onların hamısının vəd edilmiş vaxtıdır.</b></font>
يَوْمَ لَا يُغْنِىْ مَوْلًى عَنْ مَّوْلًى شَيْئًا وَّلَا هُمْ يُنْصَرُوْنَۙ‏(41)
<font color="000000"><b>(41) Heç bir dost və yoldaşın öz dost və yoldaşından heç bir zərəri dəf etməyəcəyi və onlara kömək olunmayacaq bir gün!</b></font>
اِلَّا مَنْ رَّحِمَ اللّٰهُ‌ؕ اِنَّهٗ هُوَ الْعَزِيْزُ الرَّحِيْمُ‏(42)
<font color="000000"><b>(42) Allahın rəhm etdiyi kəs istisna olmaqla. Çünki qüdrətli və mehriban Odur.</b></font>
اِنَّ شَجَرَتَ الزَّقُّوْمِۙ‏(43)
<font color="000000"><b>(43) Şübhəsiz, (Cəhənnəmin dibində bitən və budaqları onun bütün təbəqələrinə çatan) Zəqqum ağacı</b></font>
طَعَامُ الْاَثِيْمِ ۛۚ   ۖ‏(44)
<font color="000000"><b>(44) peşəsi günah olan kəsin yeməyidir.</b></font>
كَالْمُهْلِ ۛۚ يَغْلِىْ فِى الْبُطُوْنِۙ‏(45)
<font color="000000"><b>(45) O qarınlarda qaynayan əridilmiş mis kimidir.</b></font>
كَغَلْىِ الْحَمِيْمِ‏(46)
<font color="000000"><b>(46) Qaynar suyun qaynaması kimi!</b></font>
خُذُوْهُ فَاعْتِلُوْهُ اِلٰى سَوَآءِ الْجَحِيْمِ   ۖ‏(47)
<font color="000000"><b>(47) Onu tutun və zorla cəhənnəmin ortasına çəkin.</b></font>
ثُمَّ صُبُّوْا فَوْقَ رَاْسِهٖ مِنْ عَذَابِ الْحَمِيْمِؕ‏(48)
<font color="000000"><b>(48) Sonra başının ortasından bütünlüklə əzab və işkəncə olan qaynar su tökün.</b></font>
ذُقْ ۖۚ اِنَّكَ اَنْتَ الْعَزِيْزُ الْكَرِيْمُ‏(49)
<font color="000000"><b>(49) (Və deyin:) «Dad ki, doğrudan da sən həmin qüdrətli və möhtərəmsən!»</b></font>
اِنَّ هٰذَا مَا كُنْتُمْ بِهٖ تَمْتَرُوْنَ‏(50)
<font color="000000"><b>(50) Bu, sizin, barəsində şübhə etdiyinizdir (həmin əzabdır).</b></font>
اِنَّ الْمُتَّقِيْنَ فِىْ مَقَامٍ اَمِيْنٍۙ‏(51)
<font color="000000"><b>(51) Həqiqətən, təqvalılar (xəstəlik, qəm-qüssə, qocalıq və ölümdən) amanda olan bir yerdə olacaqlar.</b></font>
فِىْ جَنّٰتٍ وَّعُيُوْنٍ ۙ ۚ‏(52)
<font color="000000"><b>(52) Bağların və çeşmələrin arasında.</b></font>
يَّلْبَسُوْنَ مِنْ سُنْدُسٍ وَّاِسْتَبْرَقٍ مُّتَقٰبِلِيْنَۚ ۙ‏(53)
<font color="000000"><b>(53) Nazik və qalın ipək paltarlar geyinəcək, (ünsiyyətdə olub söhbət etmək üçün) bir-birləri ilə üz-üzə oturacaqlar.</b></font>
كَذٰلِكَ وَزَوَّجْنٰهُمْ بِحُوْرٍ عِيْنٍؕ‏(54)
<font color="000000"><b>(54) (Onların halı) belədir. Və onları hurul-eyn (ağ bədənli və iri gözlü cənnət qadınları) ilə evləndirərik.</b></font>
يَدْعُوْنَ فِيْهَا بِكُلِّ فَاكِهَةٍ اٰمِنِيْنَۙ‏(55)
<font color="000000"><b>(55) Orada (zərər-ziyanından və zavala uğramasından) xatircəm halda bütün növ meyvələrdən istəyərlər.</b></font>
لَا يَذُوْقُوْنَ فِيْهَا الْمَوْتَ اِلَّا الْمَوْتَةَ الْاُوْلٰى‌ ۚ وَوَقٰٮهُمْ عَذَابَ الْجَحِيْمِۙ‏(56)
<font color="000000"><b>(56) Onlar (dünyadan Bərzəx aləminə keçmək vasitəsi olan) birinci ölümdən (və Bərzəx aləmindən Qiyamətə keçmək vasitəsi olan ikinci ölümdən) başqa orada ölümü dadmayacaqlar. (Allah) onları (həmişəlik olaraq) Cəhənnəm əzabından qoruyur.</b></font>
فَضْلًا مِّنْ رَّبِّكَ ‌ؕ ذٰ لِكَ هُوَ الْفَوْزُ الْعَظِيْمُ‏(57)
<font color="000000"><b>(57) (Bu,) sənin Rəbbin tərəfindən olan bir lütfdür. Bu həmin böyük qurtuluş və uğurdur.</b></font>
فَاِنَّمَا يَسَّرْنٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُوْنَ‏(58)
<font color="000000"><b>(58) Əslində Biz bunu (Quranı) sənin dilinlə asanlaşdırdıq (onu ərəbcə, sənin dilini ona uyğun və zehnini onun təlimləri ilə tanış etdik ki,) bəlkə onlar (sənin qövmün) ibrət götürdülər.</b></font>
فَارْتَقِبْ اِنَّهُمْ مُّرْتَقِبُوْنَ‏(59)
<font color="000000"><b>(59) (Onlar ibrət götürmədikləri üçün onlara əzab gəlməsini) gözlə ki, əlbəttə onlar da (əzab) gözləyirlər.</b></font>