EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
ZARİYAT (DAĞIDICI KÜLƏKLƏR) SURƏSİ
Məkkədə nazil olmuşdur, altmış ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالذّٰرِيٰتِ ذَرْوًا ۙ‏(1)
<font color="000000"><b>(1) And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!</b></font>
فَالْحٰمِلٰتِ وِقْرًا ۙ‏(2)
<font color="000000"><b>(2) (And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə,</b></font>
فَالْجٰرِيٰتِ يُسْرًا ۙ‏(3)
<font color="000000"><b>(3) (and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara.</b></font>
فَالْمُقَسِّمٰتِ اَمْرًا ۙ‏(4)
<font color="000000"><b>(4) (and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,</b></font>
اِنَّمَا تُوْعَدُوْنَ لَصَادِقٌ ۙ‏(5)
<font color="000000"><b>(5) həqiqətən, sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur.</b></font>
وَّاِنَّ الدِّيْنَ لوَاقِعٌ ؕ‏(6)
<font color="000000"><b>(6) Şübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir.</b></font>
وَالسَّمَآءِ ذَاتِ الْحُبُكِ ۙ‏(7)
<font color="000000"><b>(7) And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına</b></font>
اِنَّكُمْ لَفِىْ قَوْلٍ مُّخْتَلِفٍ ۙ‏(8)
<font color="000000"><b>(8) ki, həqiqətən, (siz Məkkə əhlinin Peyğəmbər və onun Quranı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Quran barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şeirdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.)</b></font>
يُّؤْفَكُ عَنْهُ مَنْ اُفِكَ ؕ‏(9)
<font color="000000"><b>(9) Ondan (Peyğəmbərdən və onun Quranından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qurandan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.)</b></font>
قُتِلَ الْخَرّٰصُوْنَۙ‏(10)
<font color="000000"><b>(10) Ölüm olsun (Peyğəmbər, Quran və məad barəsində iftira söyləyən) yalançılara!</b></font>
الَّذِيْنَ هُمْ فِىْ غَمْرَةٍ سَاهُوْنَۙ‏(11)
<font color="000000"><b>(11) (Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara!</b></font>
يَسْئَلُوْنَ اَيَّانَ يَوْمُ الدِّيْنِؕ‏(12)
<font color="000000"><b>(12) Onlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar.</b></font>
يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُوْنَ‏(13)
<font color="000000"><b>(13) Onların odun içində əzab verilib yanacaqları gün!</b></font>
ذُوْقُوْا فِتْنَتَكُمْؕ هٰذَا الَّذِىْ كُنْتُمْ بِهٖ تَسْتَعْجِلُوْنَ‏(14)
<font color="000000"><b>(14) (Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir».</b></font>
اِنَّ الْمُتَّقِيْنَ فِىْ جَنّٰتٍ وَّعُيُوْنٍۙ‏(15)
<font color="000000"><b>(15) Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar.</b></font>
اٰخِذِيْنَ مَاۤ اٰتٰٮهُمْ رَبُّهُمْ‌ؕ اِنَّهُمْ كَانُوْا قَبْلَ ذٰلِكَ مُحْسِنِيْنَؕ‏(16)
<font color="000000"><b>(16) Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı</b></font>
كَانُوْا قَلِيْلًا مِّنَ الَّيْلِ مَا يَهْجَعُوْنَ‏(17)
<font color="000000"><b>(17) Onlar gecənin az bir hissəsini yatırdılar.</b></font>
وَبِالْاَسْحَارِ هُمْ يَسْتَغْفِرُوْنَ‏(18)
<font color="000000"><b>(18) Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər.</b></font>
وَفِىْۤ اَمْوَالِهِمْ حَقٌّ لِّلسَّآئِلِ وَالْمَحْرُوْمِ‏(19)
<font color="000000"><b>(19) Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.</b></font>
وَفِى الْاَرْضِ اٰيٰتٌ لِّلْمُوْقِنِيْنَۙ‏(20)
<font color="000000"><b>(20) Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.</b></font>
وَفِىْۤ اَنْفُسِكُمْ‌ؕ اَفَلَا تُبْصِرُوْنَ‏(21)
<font color="000000"><b>(21) Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?!</b></font>
وَفِى السَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوْعَدُوْنَ‏(22)
<font color="000000"><b>(22) Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir.</b></font>
فَوَرَبِّ السَّمَآءِ وَالْاَرْضِ اِنَّهٗ لَحَقٌّ مِّثْلَ مَاۤ اَنَّكُمْ تَنْطِقُوْنَ‏(23)
<font color="000000"><b>(23) Beləliklə, and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib).</b></font>
هَلْ اَتٰٮكَ حَدِيْثُ ضَيْفِ اِبْرٰهِيْمَ الْمُكْرَمِيْنَ‌ۘ‏(24)
<font color="000000"><b>(24) İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı?</b></font>
اِذْ دَخَلُوْا عَلَيْهِ فَقَالُوْا سَلٰمًا‌ؕ قَالَ سَلٰمٌ ۚ قَوْمٌ مُّنْكَرُوْنَ‌‏(25)
<font color="000000"><b>(25) Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə)». (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi).</b></font>
فَرَاغَ اِلٰٓى اَهْلِهٖ فَجَآءَ بِعِجْلٍ سَمِيْنٍۙ‏(26)
<font color="000000"><b>(26) Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi.</b></font>
فَقَرَّبَهٗۤ اِلَيْهِمْ قَالَ اَلَا تَاْكُلُوْنَ‏(27)
<font color="000000"><b>(27) Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: «Yemirsiniz?!»</b></font>
فَاَوْجَسَ مِنْهُمْ خِيْفَةً‌ؕ قَالُوْا لَا تَخَفْ‌ ؕ وَبَشَّرُوْهُ بِغُلٰمٍ عَلِيْمٍ‏(28)
<font color="000000"><b>(28) Beləliklə, onlardan (qonaqlardan) qorxuya düşdü. Onlar dedilər: «Qorxma!» Və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.</b></font>
فَاَقْبَلَتِ امْرَاَتُهٗ فِىْ صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوْزٌ عَقِيْمٌ‏(29)
<font color="000000"><b>(29) Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu və (təəccüb və sevincdən) üzünə vuraraq dedi: «Qısır bir qarı (doğa bilər)?!»</b></font>
قَالُوْا كَذٰلِكِ ۙ قَالَ رَبُّكِ‌ؕ اِنَّهٗ هُوَ الْحَكِيْمُ الْعَلِيْمُ‏(30)
<font color="000000"><b>(30) Dedilər: «Rəbbin belə buyurub. Şübhəsiz, O, hikmət sahibi və (hər şeyi) biləndir».</b></font>
قَالَ فَمَا خَطْبُكُمْ اَيُّهَا الْمُرْسَلُوْنَ‏(31)
<font color="000000"><b>(31) İbrahim dedi: «Ey (ilahi) elçilər (vəzifə və) işiniz nədir?»</b></font>
قَالُوْۤا اِنَّاۤ اُرْسِلْنَاۤ اِلٰى قَوْمٍ مُّجْرِمِيْنَۙ‏(32)
<font color="000000"><b>(32) Dedilər: «Biz günahkar bir dəstəyə (Lutun qövmünə) göndərilmişik</b></font>
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّنْ طِيْنٍۙ‏(33)
<font color="000000"><b>(33) ki, onların başına (yağış kimi) gildən (hazırlanmış) daşlar yağdıraq.</b></font>
مُّسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِيْنَ‏(34)
<font color="000000"><b>(34) Rəbbinin yanında israf edənlər (həddini aşan zalımlar) üçün nişanlanmış (daşları)!</b></font>
فَاَخْرَجْنَا مَنْ كَانَ فِيْهَا مِنَ الْمُؤْمِنِيْنَ‌ۚ‏(35)
<font color="000000"><b>(35) Beləliklə, oradakı (və İbrahim və Luta iman gətirmiş) möminlərin hamısını çıxartdıq.</b></font>
فَمَا وَجَدْنَا فِيْهَا غَيْرَ بَيْتٍ مِّنَ الْمُسْلِمِيْنَ‌ۚ‏(36)
<font color="000000"><b>(36) Həmin diyarda yalnız bir müsəlman evi (Lutun evini) tapdıq.</b></font>
وَتَرَكْنَا فِيْهَاۤ اٰيَةً لِّلَّذِيْنَ يَخَافُوْنَ الْعَذَابَ الْاَلِيْمَؕ‏(37)
<font color="000000"><b>(37) (İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid və qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular) qoyduq.</b></font>
وَفِىْ مُوْسٰۤی اِذْ اَرْسَلْنٰهُ اِلٰى فِرْعَوْنَ بِسُلْطٰنٍ مُّبِيْنٍ‏(38)
<font color="000000"><b>(38) Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır).</b></font>
فَتَوَلّٰى بِرُكْنِهٖ وَقَالَ سٰحِرٌ اَوْ مَجْنُوْنٌ‏(39)
<font color="000000"><b>(39) Beləliklə, o (Firon) bütün vücudu ilə (yaxud var gücü və qoşunu ilə) ondan (Musadan) üz döndərdi və dedi: «(Bu kişi) cadugər, yaxud da dəlidir».</b></font>
فَاَخَذْنٰهُ وَجُنُوْدَهٗ فَنَبَذْنٰهُمْ فِى الْيَمِّ وَهُوَ مُلِيْمٌؕ‏(40)
<font color="000000"><b>(40) Buna görə də məzəmmətə layiq işlər gördüyü və (son anda özü) özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq.</b></font>
وَفِىْ عَادٍ اِذْ اَرْسَلْنَا عَلَيْهِمُ الرِّيْحَ الْعَقِيْمَ‌ۚ‏(41)
<font color="000000"><b>(41) Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır (heç bir xeyiri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişənələr vardır.)</b></font>
مَا تَذَرُ مِنْ شَىْءٍ اَتَتْ عَلَيْهِ اِلَّا جَعَلَتْهُ كَالرَّمِيْمِؕ‏(42)
<font color="000000"><b>(42) O (külək) nəyin üstünə əsirdisə onu çürümüş sümüyə döndərməyincə buraxmırdı.</b></font>
وَفِىْ ثَمُوْدَ اِذْ قِيْلَ لَهُمْ تَمَتَّعُوْا حَتّٰى حِيْنٍ‏(43)
<font color="000000"><b>(43) Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmudda (möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra) onlara (peyğəmbərləri Saleh tərəfindən) «bir müddət (üç gün) bəhrələnin (əzabınız yetişəcək)» deyilən zaman (bu tayfanın başına gələnlərdə də Bizim qəzəb və qüdrətimizin nişanəsi vardır).</b></font>
فَعَتَوْا عَنْ اَمْرِ رَبِّهِمْ فَاَخَذَتْهُمُ الصّٰعِقَةُ وَ هُمْ يَنْظُرُوْنَ‏(44)
<font color="000000"><b>(44) Onlar (həmin möhlət verilən günlərdə də) Rəbblərinin əmrinə itaətsizlik etdilər. Belə olan halda onları gözləri baxa-baxa ildırım yaxaladı.</b></font>
فَمَا اسْتَطَاعُوْا مِنْ قِيَامٍ وَّمَا كَانُوْا مُنْتَصِرِيْنَۙ‏(45)
<font color="000000"><b>(45) Beləliklə, nə yerdən qalx(ıb qaç)mağa güc və imkan tapdılar, nə də özlərinə və bir-birlərinə kömək edə bildilər.</b></font>
وَقَوْمَ نُوْحٍ مِّنْ قَبْلُ‌ؕ اِنَّهُمْ كَانُوْا قَوْمًا فٰسِقِيْنَ‏(46)
<font color="000000"><b>(46) Və Nuhun qövmünü bundan əvvəl (həlak etdik). Şübhəsiz ki, onlar fasiq və itaətsiz bir dəstə idilər.</b></font>
وَ السَّمَآءَ بَنَيْنٰهَا بِاَيْٮدٍ وَّاِنَّا لَمُوْسِعُوْنَ‏(47)
<font color="000000"><b>(47) Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik.</b></font>
وَالْاَرْضَ فَرَشْنٰهَا فَنِعْمَ الْمٰهِدُوْنَ‏(48)
<font color="000000"><b>(48) Və yeri sərdik. Biz gözəl sərənik.</b></font>
وَمِنْ كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُوْنَ‏(49)
<font color="000000"><b>(49) Bəlkə (cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb) ibrət götürəsiniz deyə, hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq.</b></font>
فَفِرُّوْۤا اِلَى اللّٰهِ‌ؕ اِنِّىْ لَكُمْ مِّنْهُ نَذِيْرٌ مُّبِيْنٌ‌ۚ‏(50)
<font color="000000"><b>(50) (Ya Peyğəmbər! Onlara de: Tovhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən, mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam.</b></font>
وَلَا تَجْعَلُوْا مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ‌ؕ اِنِّىْ لَكُمْ مِّنْهُ نَذِيْرٌ مُّبِيْنٌ‌ۚ‏(51)
<font color="000000"><b>(51) Allahla yanaşı başqa bir məbud götürməyin. Həqiqətən, mən Onun tərəfindən sizin üçün aşkar və aydınlıq gətirən bir qorxudanam.</b></font>
كَذٰلِكَ مَاۤ اَتَى الَّذِيْنَ مِنْ قَبْلِهِمْ مِّنْ رَّسُوْلٍ اِلَّا قَالُوْا سَاحِرٌ اَوْ مَجْنُوْنٌ‌ۚ‏(52)
<font color="000000"><b>(52) Beləcə onlardan (Məkkə əhalisindən) qabaqkılara elə bir peyğəmbər gəlmədi ki, onlar (ona) «cadugər, ya da dəlidir» deməsinlər.</b></font>
اَتَوَاصَوْا بِهٖ‌ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُوْنَ‌ۚ‏(53)
<font color="000000"><b>(53) (Keçmişdəkilər və gələcəkdəkilər) bu işi bir-birlərinə tövsiyə ediblər?! Xeyr! Onlar (zatən) itaətsiz və həddi aşan bir dəstədirlər.</b></font>
فَتَوَلَّ عَنْهُمْ فَمَاۤ اَنْتَ بِمَلُوْمٍ‏(54)
<font color="000000"><b>(54) Buna görə də onlardan üz döndər ki, sən (onlardan üz döndərdiyinə görə) məzəmmətə layiq deyilsən.</b></font>
وَّذَكِّرْ فَاِنَّ الذِّكْرٰى تَنْفَعُ الْمُؤْمِنِيْنَ‏(55)
<font color="000000"><b>(55) Və (möminlərə) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.</b></font>
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُوْنِ‏(56)
<font color="000000"><b>(56) Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam.</b></font>
مَاۤ اُرِيْدُ مِنْهُمْ مِّنْ رِّزْقٍ وَّمَاۤ اُرِيْدُ اَنْ يُّطْعِمُوْنِ‏(57)
<font color="000000"><b>(57) Mən Onlardan nə Mənim üçün ruzi qazanmalarını istəyirəm, nə də Mənə yemək vermələrini istəyirəm.</b></font>
اِنَّ اللّٰهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِيْنُ‏(58)
<font color="000000"><b>(58) Şübhəsiz, Allah Özü (bütün ruzi yeyənlərə) ruzi verən, güc sahibi və qüvvətlidir.</b></font>
فَاِنَّ لِلَّذِيْنَ ظَلَمُوْا ذَنُوْبًا مِّثْلَ ذَنُوْبِ اَصْحٰبِهِمْ فَلَا يَسْتَعْجِلُوْنِ‏(59)
<font color="000000"><b>(59) Odur ki, həqiqətən, (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə də (onu) Məndən tələsik istəməsinlər.</b></font>
فَوَيْلٌ لِّلَّذِيْنَ كَفَرُوْا مِنْ يَّوْمِهِمُ الَّذِىْ يُوْعَدُوْنَ‏(60)
<font color="000000"><b>(60) Odur ki, vəd olunduqları günə görə vay olsun kafirlərin halına!</b></font>