EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
RƏHMAN (RƏHİMLİ OLAN) SURƏSİ
Mədinədə nazil olmuşdur, yetmiş səkkiz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلرَّحْمٰنُۙ‏(1)
<font color="000000"><b>(1) Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:)</b></font>
عَلَّمَ الْقُرْاٰنَؕ‏(2)
<font color="000000"><b>(2) (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Quranı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.</b></font>
خَلَقَ الْاِنْسَانَۙ‏(3)
<font color="000000"><b>(3) (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı.</b></font>
عَلَّمَهُ الْبَيَانَ‏(4)
<font color="000000"><b>(4) Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi).</b></font>
اَلشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ‏(5)
<font color="000000"><b>(5) Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər.</b></font>
وَّالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدٰنِ‏(6)
<font color="000000"><b>(6) Ot və ağac (yaradılışı ilə Allah qarşısında) səcdə edir.</b></font>
وَالسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ الْمِيْزَانَۙ‏(7)
<font color="000000"><b>(7) Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi).</b></font>
اَلَّا تَطْغَوْا فِى الْمِيْزَانِ‏(8)
<font color="000000"><b>(8) (Və əmr etdi) ki, ölçüdə (əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində) həddi aşmayasınız.</b></font>
وَاَقِيْمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيْزَانَ‏(9)
<font color="000000"><b>(9) Və çəkini ədalətlə icra edəsiniz və tərəzini (çəkdiyiniz malı) əskiltməyəsiniz.</b></font>
وَالْاَرْضَ وَضَعَهَا لِلْاَنَامِۙ‏(10)
<font color="000000"><b>(10) Və bu yeri yaradılmışların (insan və cinlərin, onda olan canlıların) hamısı üçün yaratdı.</b></font>
فِيْهَا فَاكِهَةٌ  ۙ وَّالنَّخْلُ ذَاتُ الْاَكْمَامِ‌ ۖ‏(11)
<font color="000000"><b>(11) Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır.</b></font>
وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ‌ۚ‏(12)
<font color="000000"><b>(12) Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(13)
<font color="000000"><b>(13) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
خَلَقَ الْاِنْسَانَ مِنْ صَلْصَالٍ كَالْفَخَّارِۙ‏(14)
<font color="000000"><b>(14) (İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı.</b></font>
وَخَلَقَ الْجَآنَّ مِنْ مَّارِجٍ مِّنْ نَّارٍ‌ۚ‏(15)
<font color="000000"><b>(15) Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(16)
<font color="000000"><b>(16) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
رَبُّ الْمَشْرِقَيْنِ وَ رَبُّ الْمَغْرِبَيْنِ‌ۚ‏(17)
<font color="000000"><b>(17) İki şərqin və iki qərbin Rəbbidir.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(18)
<font color="000000"><b>(18) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيٰنِۙ‏(19)
<font color="000000"><b>(19) Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar).</b></font>
بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيٰنِ‌ۚ‏(20)
<font color="000000"><b>(20) (Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(21)
<font color="000000"><b>(21) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ‌ۚ‏(22)
<font color="000000"><b>(22) O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(23)
<font color="000000"><b>(23) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
وَلَهُ الْجَوَارِ الْمُنْشَئٰتُ فِى الْبَحْرِ كَالْاَعْلَامِ‌ۚ‏(24)
<font color="000000"><b>(24) Uca dağlar kimi düzəldilib dənizdə üzən gəmilər Ona məxsusdur. (Çünki onların düzəldildiyi xammal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular Onundur.)</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(25)
<font color="000000"><b>(25) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
كُلُّ مَنْ عَلَيْهَا فَانٍ‌ ۚ‌ ۖ‏(26)
<font color="000000"><b>(26) Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur.</b></font>
وَّيَبْقٰى وَجْهُ رَبِّكَ ذُو الْجَلٰلِ وَالْاِكْرَامِ‌ۚ‏(27)
<font color="000000"><b>(27) Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(28)
<font color="000000"><b>(28) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
يَسْئَلُهٗ مَنْ فِى السَّمٰوٰتِ وَالْاَرْضِ‌ؕ كُلَّ يَوْمٍ هُوَ فِىْ شَاْنٍ‌ۚ‏(29)
<font color="000000"><b>(29) Göylərdə və yerdə olan hər bir kəs (həm dili, həm də halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir..</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(30)
<font color="000000"><b>(30) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inar edirsiniz?!</b></font>
سَنَفْرُغُ لَكُمْ اَيُّهَ الثَّقَلٰنِ‌ۚ‏(31)
<font color="000000"><b>(31) Ey insan və cin dəstələri! Tezliklə sizin (əməllərinizin hesabı i)lə məşğul olacağıq.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(32)
<font color="000000"><b>(32) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
يٰمَعْشَرَ الْجِنِّ وَالْاِنْسِ اِنِ اسْتَطَعْتُمْ اَنْ تَنْفُذُوْا مِنْ اَقْطَارِ السَّمٰوٰتِ وَالْاَرْضِ فَانْفُذُوْا‌ؕ لَا تَنْفُذُوْنَ اِلَّا بِسُلْطٰنٍ‌ۚ‏(33)
<font color="000000"><b>(33) (Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!»</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(34)
<font color="000000"><b>(34) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّنْ نَّارٍ ۙ وَّنُحَاسٌ فَلَا تَنْتَصِرٰنِ‌ۚ‏(35)
<font color="000000"><b>(35) Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndərilicək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(36)
<font color="000000"><b>(36) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
فَاِذَا انْشَقَّتِ السَّمَآءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ‌ۚ‏(37)
<font color="000000"><b>(37) Göyün yarılaraq qırmızı dəri (və ya əridilmiş yağ) kimi qıpqırmızı olacağı zaman!</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(38)
<font color="000000"><b>(38) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
فَيَوْمَئِذٍ لَّا يُسْئَلُ عَنْ ذَنْۢبِهٖۤ اِنْسٌ وَّلَا جَآنٌّ‌ۚ‏(39)
<font color="000000"><b>(39) (Hamının qəbirdən çıxıb hələ əsl yerə çatmadıqları) həmin gün insan və cinlərin heç birindən günahı barəsində (bir şey) soruşulmayacaqdır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(40)
<font color="000000"><b>(40) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
يُعْرَفُ الْمُجْرِمُوْنَ بِسِيْمٰهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِىْ وَ الْاَقْدَامِ‌ۚ‏(41)
<font color="000000"><b>(41) (Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(42)
<font color="000000"><b>(42) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
هٰذِهٖ جَهَنَّمُ الَّتِىْ يُكَذِّبُ بِهَا الْمُجْرِمُوْنَ‌ۘ‏(43)
<font color="000000"><b>(43) Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir.</b></font>
يَطُوْفُوْنَ بَيْنَهَا وَبَيْنَ حَمِيْمٍ اٰنٍ‌ۚ‏(44)
<font color="000000"><b>(44) Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(45)
<font color="000000"><b>(45) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهٖ جَنَّتٰنِ‌ۚ‏(46)
<font color="000000"><b>(46) Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِۙ‏(47)
<font color="000000"><b>(47) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
ذَوَاتَاۤ اَفْنَانٍ‌ۚ‏(48)
<font color="000000"><b>(48) Onların (həmin iki cənnətin) hər ikisinin müxtəlif qollu-budaqlı ağacları vardır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(49)
<font color="000000"><b>(49) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
فِيْهِمَا عَيْنٰنِ تَجْرِيٰنِ‌ۚ‏(50)
<font color="000000"><b>(50) O iki cənnətdə daim axan iki bulaq vardır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(51)
<font color="000000"><b>(51) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
فِيْهِمَا مِنْ كُلِّ فَاكِهَةٍ زَوْجٰنِ‌ۚ‏(52)
<font color="000000"><b>(52) O iki cənnətdə, hər meyvədən iki növ (quru və yaş, dünyada olan və olmayan) vardır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(53)
<font color="000000"><b>(53) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
مُتَّكِئِيْنَ عَلٰى فُرُشٍۢ بَطَآئِنُهَا مِنْ اِسْتَبْرَقٍ‌ؕ وَجَنَی الْجَنَّتَيْنِ دَانٍ‌ۚ‏(54)
<font color="000000"><b>(54) Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar!</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(55)
<font color="000000"><b>(55) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
فِيْهِنَّ قٰصِرٰتُ الطَّرْفِۙ لَمْ يَطْمِثْهُنَّ اِنْسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ‌ۚ‏(56)
<font color="000000"><b>(56) Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın nə də cinin toxunmadığı qadınlar vardır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۚ‏(57)
<font color="000000"><b>(57) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
كَاَنَّهُنَّ الْيَاقُوْتُ وَالْمَرْجَانُ‌ۚ‏(58)
<font color="000000"><b>(58) (Onlar paklıq və parlaqlıqda) sanki yaqut və mərcandırlar.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(59)
<font color="000000"><b>(59) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
هَلْ جَزَآءُ الْاِحْسَانِ اِلَّا الْاِحْسَانُ‌ۚ‏(60)
<font color="000000"><b>(60) Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir.)</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(61)
<font color="000000"><b>(61) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
وَمِنْ دُوْنِهِمَا جَنَّتٰنِ‌ۚ‏(62)
<font color="000000"><b>(62) (Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus) o iki cənnətdən aşağı (sağ tərəf əhlinə məxsus) digər iki cənnət vardır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِۙ‏(63)
<font color="000000"><b>(63) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
مُدْهَآمَّتٰنِ‌ۚ‏(64)
<font color="000000"><b>(64) Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‌ۚ‏(65)
<font color="000000"><b>(65) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
فِيْهِمَا عَيْنٰنِ نَضَّاخَتٰنِ‌ۚ‏(66)
<font color="000000"><b>(66) O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(67)
<font color="000000"><b>(67) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
فِيْهِمَا فَاكِهَةٌ وَّنَخْلٌ وَّرُمَّانٌ‌ۚ‏(68)
<font color="000000"><b>(68) O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‌ۚ‏(69)
<font color="000000"><b>(69) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
فِيْهِنَّ خَيْرٰتٌ حِسَانٌ‌ۚ‏(70)
<font color="000000"><b>(70) Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‌ۚ‏(71)
<font color="000000"><b>(71) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
حُوْرٌ مَّقْصُوْرٰتٌ فِى الْخِيَامِ‌ۚ‏(72)
<font color="000000"><b>(72) Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər.</b></font>
‌فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‌ۚ‏(73)
<font color="000000"><b>(73) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
لَمْ يَطْمِثْهُنَّ اِنْسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ‌ۚ‏(74)
<font color="000000"><b>(74) Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‌ۚ‏(75)
<font color="000000"><b>(75) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
مُتَّكِئِيْنَ عَلٰى رَفْرَفٍ خُضْرٍ وَّعَبْقَرِىٍّ حِسَانٍ‌ۚ‏(76)
<font color="000000"><b>(76) (Cənnət əhli) yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər!</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكُمَا تُكَذِّبٰنِ‏(77)
<font color="000000"><b>(77) Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!</b></font>
تَبٰرَكَ اسْمُ رَبِّكَ ذِى الْجَلٰلِ وَالْاِكْرَامِ‏(78)
<font color="000000"><b>(78) Cəlal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyir-bərəkətlidir.</b></font>