Məkkədə nazil olmuşdur, doxsan altı ayədir.
اَللّٰهُمَّ ارْزُقْنِیْ رِزْقًا وَاسِعًا حَلَالًا طَيِّبًا مِنْ غَيْرِ كَدٍ، وَاسْتَجِبْ دَعْوَتِیْ مِنْ غَيْرِ رَدٍّ، وَّاَعُوْذُ بِكَ مِنْ فَضِيْحَتِيْ الْفَقْرِ وَالدَّيْنِ، وَادْفَعْ عَنِّيْ هٰذَيْنِ بِحَقِّ الْاِمَامَيْنِ السِّبْطَيْنِ الْحَسَنِ وَالْحُسَيْنِ۔
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِذَا وَقَعَتِ الْوَاقِعَةُ ۙ(1)
<font color="000000"><b>(1) Həmin hadisənin (Qiyamətin) baş verəcəyi zaman.</b></font>
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ۘ(2)
<font color="000000"><b>(2) Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil.</b></font>
خَافِضَةٌ رَّافِعَةٌ ۙ(3)
<font color="000000"><b>(3) Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.)</b></font>
اِذَا رُجَّتِ الْاَرْضُ رَجًّا ۙ(4)
<font color="000000"><b>(4) Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!</b></font>
وَّبُسَّتِ الْجِبَالُ بَسًّا ۙ(5)
<font color="000000"><b>(5) Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır.</b></font>
فَكَانَتْ هَبَآءً مُّنْۢبَثًّا ۙ(6)
<font color="000000"><b>(6) Beləliklə, dağınıq toz halına düşəcəkdir.</b></font>
وَّكُنْتُمْ اَزْوَاجًا ثَلٰثَةً ؕ(7)
<font color="000000"><b>(7) Və siz üç dəstəyə bölünəcəksiniz.</b></font>
فَاَصْحٰبُ الْمَيْمَنَةِ ۙ مَاۤ اَصْحٰبُ الْمَيْمَنَةِ ؕ(8)
<font color="000000"><b>(8) (Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.)</b></font>
وَاَصْحٰبُ الْمَشْئَمَةِ ۙ مَاۤ اَصْحٰبُ الْمَشْئَمَةِؕ(9)
<font color="000000"><b>(9) (İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.)</b></font>
وَالسّٰبِقُوْنَ السّٰبِقُوْنَۚ ۙ(10)
<font color="000000"><b>(10) (Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar!</b></font>
اُولٰٓئِكَ الْمُقَرَّبُوْنَۚ(11)
<font color="000000"><b>(11) Onlar (Allahın dərgahına) yaxın olanlardır.</b></font>
فِىْ جَنّٰتِ النَّعِيْمِ(12)
<font color="000000"><b>(12) (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar.</b></font>
ثُلَّةٌ مِّنَ الْاَوَّلِيْنَۙ(13)
<font color="000000"><b>(13) Böyük bir dəstə keçmişlərdən (keçmiş məsumlardan).</b></font>
وَقَلِيْلٌ مِّنَ الْاٰخِرِيْنَؕ(14)
<font color="000000"><b>(14) Bir azı (da) sonrakılardan (son ümmətin məsumlarından).</b></font>
عَلٰى سُرُرٍ مَّوْضُوْنَةٍۙ(15)
<font color="000000"><b>(15) (Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində.</b></font>
مُّتَّكِئِيْنَ عَلَيْهَا مُتَقٰبِلِيْنَ(16)
<font color="000000"><b>(16) Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya.</b></font>
يَطُوْفُ عَلَيْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَۙ(17)
<font color="000000"><b>(17) Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar.</b></font>
بِاَكْوَابٍ وَّاَبَارِيْقَ ۙ وَكَاْسٍ مِّنْ مَّعِيْنٍۙ(18)
<font color="000000"><b>(18) (Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə!</b></font>
لَّا يُصَدَّعُوْنَ عَنْهَا وَلَا يُنْزِفُوْنَۙ(19)
<font color="000000"><b>(19) Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər.</b></font>
وَفَاكِهَةٍ مِّمَّا يَتَخَيَّرُوْنَۙ(20)
<font color="000000"><b>(20) Və seçdikləri meyvələrlə.</b></font>
وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُوْنَؕ(21)
<font color="000000"><b>(21) Və meyilləri çəkən quş əti ilə.</b></font>
وَحُوْرٌ عِيْنٌۙ(22)
<font color="000000"><b>(22) Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır).</b></font>
كَاَمْثَالِ اللُّؤْلُوٴِالْمَكْنُوْنِۚ(23)
<font color="000000"><b>(23) Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!</b></font>
جَزَآءًۢ بِمَا كَانُوْا يَعْمَلُوْنَ(24)
<font color="000000"><b>(24) (Dünyada) etdiklərinin (yaxşı əməllərin) mükafatı olaraq.</b></font>
لَا يَسْمَعُوْنَ فِيْهَا لَغْوًا وَّلَا تَاْثِيْمًا ۙ(25)
<font color="000000"><b>(25) Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər.</b></font>
اِلَّا قِيْلًا سَلٰمًا سَلٰمًا(26)
<font color="000000"><b>(26) Salam(un əleyk), səlam(un əleyk)dən başqa!</b></font>
وَاَصْحٰبُ الْيَمِيْنِ ۙ مَاۤ اَصْحٰبُ الْيَمِيْنِؕ(27)
<font color="000000"><b>(27) Sağ tərəf əhli(nə gəldikdə isə); nədir sağ tərəf əhli? (Əməl dəftərləri sağ əllərinə verilmiş mübarəklər!)</b></font>
فِىْ سِدْرٍ مَّخْضُوْدٍۙ(28)
<font color="000000"><b>(28) Tikansız sidr (ağacı bağları içərisin)də!</b></font>
وَّطَلْحٍ مَّنْضُوْدٍۙ(29)
<font color="000000"><b>(29) Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı).</b></font>
وَّظِلٍّ مَّمْدُوْدٍۙ(30)
<font color="000000"><b>(30) Və uzanan daimi kölgəlik.</b></font>
وَّ مَآءٍ مَّسْكُوْبٍۙ(31)
<font color="000000"><b>(31) Və (şəlalələrdən) tökülən su.</b></font>
وَّفَاكِهَةٍ كَثِيْرَةٍۙ(32)
<font color="000000"><b>(32) Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr.</b></font>
لَّا مَقْطُوْعَةٍ وَّلَا مَمْنُوْعَةٍۙ(33)
<font color="000000"><b>(33) Nə tükənəndir, nə də istifadəsi qadağan.</b></font>
وَّ فُرُشٍ مَّرْفُوْعَةٍؕ(34)
<font color="000000"><b>(34) Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr.</b></font>
اِنَّاۤ اَنْشَاْنٰهُنَّ اِنْشَآءًۙ(35)
<font color="000000"><b>(35) Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq.</b></font>
فَجَعَلْنٰهُنَّ اَبْكَارًاۙ(36)
<font color="000000"><b>(36) Beləliklə, onları (həmişəlik olaraq) bakirə etmişik.</b></font>
عُرُبًا اَتْرَابًاۙ(37)
<font color="000000"><b>(37) Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd.</b></font>
لِّاَصْحٰبِ الْيَمِيْنِؕ(38)
<font color="000000"><b>(38) (Bunların hamısı) sağ tərəf əhli üçündür.</b></font>
ثُلَّةٌ مِّنَ الْاَوَّلِيْنَۙ(39)
<font color="000000"><b>(39) (Onların) böük bir dəstə(si) keçmişlərdən (keçmiş ümmətlərdən),</b></font>
وَثُلَّةٌ مِّنَ الْاٰخِرِيْنَؕ(40)
<font color="000000"><b>(40) və böyük bir dəstə də sonrakılardandır (son ümmətdəndir).</b></font>
وَاَصْحٰبُ الشِّمَالِ ۙ مَاۤ اَصْحٰبُ الشِّمَالِؕ(41)
<font color="000000"><b>(41) Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!)</b></font>
فِىْ سَمُوْمٍ وَّحَمِيْمٍۙ(42)
<font color="000000"><b>(42) (Onlar içlərinə) nüfuz edən odun hərarəti və qaynar su (içərisin)də</b></font>
وَّظِلٍّ مِّنْ يَّحْمُوْمٍۙ(43)
<font color="000000"><b>(43) və qatı qara tütüsünün gölgəsindədirlər.</b></font>
لَّا بَارِدٍ وَّلَا كَرِيْمٍ(44)
<font color="000000"><b>(44) Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı).</b></font>
اِنَّهُمْ كَانُوْا قَبْلَ ذٰ لِكَ مُتْرَفِيْنَۚ ۖ(45)
<font color="000000"><b>(45) Həqiqətən, onlar bundan əvvəl (dünyada) əyyaş nemət sahiblərindən idilər.</b></font>
وَكَانُوْا يُصِرُّوْنَ عَلَى الْحِنْثِ الْعَظِيْمِۚ(46)
<font color="000000"><b>(46) Və həmişə (Allahın əhdlərinə qarşı) böyük vəfasızlıqlara israr edirdilər.</b></font>
وَكَانُوْا يَقُوْلُوْنَ ۙ اَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَۙ(47)
<font color="000000"><b>(47) Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!»</b></font>
اَوَاٰبَآؤُنَا الْاَوَّلُوْنَ(48)
<font color="000000"><b>(48) Bizim ata-babalarımız da (dirildiləcəklər)?</b></font>
قُلْ اِنَّ الْاَوَّلِيْنَ وَالْاٰخِرِيْنَۙ(49)
<font color="000000"><b>(49) De: «Şübhəsiz, əvvəlkilər də, sonuncular da</b></font>
لَمَجْمُوْعُوْنَ ۙ اِلٰى مِيْقَاتِ يَوْمٍ مَّعْلُوْمٍ(50)
<font color="000000"><b>(50) mütləq məlum günün (Qiyamətin) vədə yerinə tərəf toplanılacaqlar.</b></font>
ثُمَّ اِنَّكُمْ اَيُّهَا الضَّآلُّوْنَ الْمُكَذِّبُوْنَۙ(51)
<font color="000000"><b>(51) Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar!</b></font>
لَاٰكِلُوْنَ مِنْ شَجَرٍ مِّنْ زَقُّوْمٍۙ(52)
<font color="000000"><b>(52) Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz.</b></font>
فَمٰلِئُوْنَ مِنْهَا الْبُطُوْنَۚ(53)
<font color="000000"><b>(53) Beləliklə, qarınları(nızı) onunla dolduracaqsınız.</b></font>
فَشٰرِبُوْنَ عَلَيْهِ مِنَ الْحَمِيْمِۚ(54)
<font color="000000"><b>(54) Onun üstündən qaynar su içəcəksiniz.</b></font>
فَشٰرِبُوْنَ شُرْبَ الْهِيْمِؕ(55)
<font color="000000"><b>(55) Susuzluğa düçar olmuş dəvə kimi içəcəksiniz.</b></font>
هٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّيْنِؕ(56)
<font color="000000"><b>(56) Bu, cəza günü onlara göstərilən ilk xidmətdir.</b></font>
نَحْنُ خَلَقْنٰكُمْ فَلَوْلَا تُصَدِّقُوْنَ(57)
<font color="000000"><b>(57) Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risaləti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?!</b></font>
اَفَرَءَيْتُمْ مَّا تُمْنُوْنَؕ(58)
<font color="000000"><b>(58) (Uşaqlığa) nütfədən nə axıtdığınızı görmüsünüz?</b></font>
ءَاَنْتُمْ تَخْلُقُوْنَهٗۤ اَمْ نَحْنُ الْخٰلِقُوْنَ(59)
<font color="000000"><b>(59) Onu (kamil insan olana kimi, müxtəlif mərhələlərdə) siz yaradırsınız, yoxsa yaradan Bizik?</b></font>
نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوْقِيْنَۙ(60)
<font color="000000"><b>(60) Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq.</b></font>
عَلٰٓى اَنْ نُّبَدِّلَ اَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِىْ مَا لَا تَعْلَمُوْنَ(61)
<font color="000000"><b>(61) (Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!</b></font>
وَلَقَدْ عَلِمْتُمُ النَّشْاَةَ الْاُوْلٰى فَلَوْلَا تَذَكَّرُوْنَ(62)
<font color="000000"><b>(62) Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ibrət götürmürsünüz?!</b></font>
اَفَرَءَيْتُمْ مَّا تَحْرُثُوْنَؕ(63)
<font color="000000"><b>(63) Heç əkdiyinizi görmüsünüz?</b></font>
ءَاَنْتُمْ تَزْرَعُوْنَهٗۤ اَمْ نَحْنُ الزّٰرِعُوْنَ(64)
<font color="000000"><b>(64) Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik?</b></font>
لَوْ نَشَآءُ لَجَعَلْنٰهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُوْنَ(65)
<font color="000000"><b>(65) Əgər qəti şəkildə istəsək onu mütləq çör-çöpə çevirərik və siz təəccüb və təəssüflə deyərsiniz:</b></font>
اِنَّا لَمُغْرَمُوْنَۙ(66)
<font color="000000"><b>(66) Həqiqətən, biz ziyana uğramışıq.</b></font>
بَلْ نَحْنُ مَحْرُوْمُوْنَ(67)
<font color="000000"><b>(67) Hətta məhrum və bədbəxtik!</b></font>
اَفَرَءَيْتُمُ الْمَآءَ الَّذِىْ تَشْرَبُوْنَؕ(68)
<font color="000000"><b>(68) Heç içdiyiniz suyu görmüsünüz?</b></font>
ءَاَنْتُمْ اَنْزَلْتُمُوْهُ مِنَ الْمُزْنِ اَمْ نَحْنُ الْمُنْزِلُوْنَ(69)
<font color="000000"><b>(69) Onu yağış doğan ağ buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən?</b></font>
لَوْ نَشَآءُ جَعَلْنٰهُ اُجَاجًا فَلَوْلَا تَشْكُرُوْنَ(70)
<font color="000000"><b>(70) Əgər istəsək onu acılaşdırarıq. Belə isə nə üçün şükr etmirsiniz?!</b></font>
اَفَرَءَيْتُمُ النَّارَ الَّتِىْ تُوْرُوْنَؕ(71)
<font color="000000"><b>(71) Heç yandırdığınız odu görmüsünüz?</b></font>
ءَاَنْتُمْ اَنْشَاْتُمْ شَجَرَتَهَاۤ اَمْ نَحْنُ الْمُنْشِئُوْنَ(72)
<font color="000000"><b>(72) Onun ağacını siz yaratmısınız yoxsa Bizik yaradan?</b></font>
نَحْنُ جَعَلْنٰهَا تَذْكِرَةً وَّمَتَاعًا لِّلْمُقْوِيْنَۚ(73)
<font color="000000"><b>(73) Biz onu, yada salmaq (Qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik.</b></font>
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيْمِ(74)
<font color="000000"><b>(74) Buna görə də əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil).</b></font>
فَلَاۤ اُقْسِمُ بِمَوٰقِعِ النُّجُوْمِۙ(75)
<font color="000000"><b>(75) Beləliklə, and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma və düşmə zamanına və Quranın hissələrinin nazil olma vaxtlarına.</b></font>
وَاِنَّهٗ لَقَسَمٌ لَّوْ تَعْلَمُوْنَ عَظِيْمٌۙ(76)
<font color="000000"><b>(76) Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir.)</b></font>
اِنَّهٗ لَقُرْاٰنٌ كَرِيْمٌۙ(77)
<font color="000000"><b>(77) Həqiqətən, bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qurandır.</b></font>
فِىْ كِتٰبٍ مَّكْنُوْنٍۙ(78)
<font color="000000"><b>(78) (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir.</b></font>
لَّا يَمَسُّهٗۤ اِلَّا الْمُطَهَّرُوْنَؕ(79)
<font color="000000"><b>(79) Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər.</b></font>
تَنْزِيْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِيْنَ(80)
<font color="000000"><b>(80) O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir.</b></font>
اَفَبِهٰذَا الْحَدِيْثِ اَنْتُمْ مُّدْهِنُوْنَۙ(81)
<font color="000000"><b>(81) Bu kəlamla (insanlara deyilmiş bu Quranla) boş və yüngül davranırsınız?!</b></font>
وَتَجْعَلُوْنَ رِزْقَكُمْ اَنَّكُمْ تُكَذِّبُوْنَ(82)
<font color="000000"><b>(82) Və onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükürü) edirsiniz?</b></font>
فَلَوْلَاۤ اِذَا بَلَغَتِ الْحُلْقُوْمَۙ(83)
<font color="000000"><b>(83) Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman.</b></font>
وَاَنْتُمْ حِيْنَئِذٍ تَنْظُرُوْنَۙ(84)
<font color="000000"><b>(84) Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız.</b></font>
وَنَحْنُ اَقْرَبُ اِلَيْهِ مِنْكُمْ وَلٰكِنْ لَّا تُبْصِرُوْنَ(85)
<font color="000000"><b>(85) Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz.</b></font>
فَلَوْلَاۤ اِنْ كُنْتُمْ غَيْرَ مَدِيْنِيْنَۙ(86)
<font color="000000"><b>(86) (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa,</b></font>
تَرْجِعُوْنَهَاۤ اِنْ كُنْتُمْ صٰدِقِيْنَ(87)
<font color="000000"><b>(87) əgər doğruçusunuzsa həmin canı (öz bədəninizə) qaytarmırsınız?!</b></font>
فَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُقَرَّبِيْنَۙ(88)
<font color="000000"><b>(88) Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa,</b></font>
فَرَوْحٌ وَّ رَيْحَانٌ ۙ وَّجَنَّتُ نَعِيْمٍ(89)
<font color="000000"><b>(89) onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.</b></font>
وَاَمَّاۤ اِنْ كَانَ مِنْ اَصْحٰبِ الْيَمِيْنِۙ(90)
<font color="000000"><b>(90) Amma əgər sağ tərəf əhlindən olsa,</b></font>
فَسَلٰمٌ لَّكَ مِنْ اَصْحٰبِ الْيَمِيْنِؕ(91)
<font color="000000"><b>(91) onda (ona) «sənə sağ tərəf əhlindən salam vardır» (deyiləcəkdir).</b></font>
وَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُكَذِّبِيْنَ الضَّآلِّيْنَۙ(92)
<font color="000000"><b>(92) Lakin əgər azmış təkzib edənlərdən olsa,</b></font>
فَنُزُلٌ مِّنْ حَمِيْمٍۙ(93)
<font color="000000"><b>(93) onda (ona) ilk xidmət qaynar sudur</b></font>
وَّتَصْلِيَةُ جَحِيْمٍ(94)
<font color="000000"><b>(94) və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!</b></font>
اِنَّ هٰذَا لَهُوَ حَقُّ الْيَقِيْنِۚ(95)
<font color="000000"><b>(95) Doğrudan da, bu (mətləb) qəti və şübhəsiz, bir həqiqətdir.</b></font>
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيْمِ(96)
<font color="000000"><b>(96) Odur ki, öz böyük Rəbbinin adını zikr et (və Onu hər bir eyb və nöqsandan pak bil)!</b></font>