EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
HAQQƏ (HAQQ OLAN QİYAMƏT) SURƏSİ
Məkkədə nazil olmuş, əlli iki ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلْحَآقَّةُ ۙ‏(1)
<font color="000000"><b>(1) «Haqqə» adlanan həmin saat və o baş verəcək hadisə və baş verəcəyi şübhəsiz, olan işlər və hallar,</b></font>
مَا الْحَآقَّةُ‌ ۚ‏(2)
<font color="000000"><b>(2) O «Haqqə»nin həqiqəti nədir? (Nə qədər də böyük, dəhşətli və uzun bir hadisədir!)</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا الْحَآقَّةُ ؕ‏(3)
<font color="000000"><b>(3) Və «haqqə»nin nə olduğunu nə bilirsən?! (Onun həqiqətinə vara bilməzsən. O, əzici bir hadisədir).</b></font>
كَذَّبَتْ ثَمُوْدُ وَعَادٌۢ بِالْقَارِعَةِ‏(4)
<font color="000000"><b>(4) Səmud (Salehin qövmü) və Ad (Hudun qövmü) o əzici hadisəni təkzib etdilər.</b></font>
فَاَمَّا ثَمُوْدُ فَاُهْلِكُوْا بِالطَّاغِيَةِ‏(5)
<font color="000000"><b>(5) Səmud qövmü tüğyankarlıqlarına görə hədsiz dərəcədə bir əzabla məhv oldular.</b></font>
وَاَمَّا عَادٌ فَاُهْلِكُوْا بِرِيْحٍ صَرْصَرٍ عَاتِيَةٍۙ‏(6)
<font color="000000"><b>(6) Amma Ad qövmü şiddətlə əsən, soyuq, uğultulu və gurultulu bir küləklə məhv oldular.</b></font>
سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَّثَمٰنِيَةَ اَيَّامٍۙ حُسُوْمًا ۙ فَتَرَى الْقَوْمَ فِيْهَا صَرْعٰىۙ كَاَنَّهُمْ اَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ‌ ۚ‏(7)
<font color="000000"><b>(7) (Elə bir külək ki, Allah) onu nəhs olan yeddi gecə və səkkiz gün ərzində ardı-arası kəsilmədən onlar(ın üstünə) əsdirdi və (əgər orada olsaydın) o qövmü hamılıqla yerə sərilmiş görərdin, elə bil ki, içi boş və yerindən qoparılmış xurma kötükləri idilər.</b></font>
فَهَلْ تَرٰى لَهُمْ مِّنْۢ بَاقِيَةٍ‏(8)
<font color="000000"><b>(8) İndi sən onlardan heç qalanını görürsənmi?!</b></font>
وَجَآءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهٗ وَالْمُؤْتَفِكٰتُ بِالْخَاطِئَةِ‌ۚ‏(9)
<font color="000000"><b>(9) Firon da, ondan öncəkilər (kafirlər) də, alt-üst olmuş şəhərlər(in əhalisi – Lut qövmü) günah etdilər və yollarını azdılar (dini əqidə və şəriət məsələlərində səhv yolla getdilər).</b></font>
فَعَصَوْا رَسُوْلَ رَبِّهِمْ فَاَخَذَهُمْ اَخْذَةً رَّابِيَةً‏(10)
<font color="000000"><b>(10) Onlar öz Rəbbinin peyğəmbərinə asi oldular, Allah da onları şiddətli bir cəza ilə yaxaladı.</b></font>
اِنَّا لَمَّا طَغَا الْمَآءُ حَمَلْنٰكُمْ فِى الْجَارِيَةِ ۙ‏(11)
<font color="000000"><b>(11) Həqiqətən, Biz (Nuhun duası ilə göydən gələn və yerdən qaynayan) su aşıb-daşan zaman sizi(n əcdadınızı) gəmiyə mindirdik.</b></font>
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَّتَعِيَهَاۤ اُذُنٌ وَّاعِيَةٌ‏(12)
<font color="000000"><b>(12) Ona görə ki, bunu (bu hadisəni) sizin üçün bir ibrət edək və eşidən, yadda saxlayan qulaq bunu eşidib yadda saxlasın.</b></font>
فَاِذَا نُفِخَ فِى الصُّوْرِ نَفْخَةٌ وَّاحِدَةٌ ۙ‏(13)
<font color="000000"><b>(13) Elə ki, sura bir dəfə üfürülər (surun birinci dəfə üfürülməsi varlıq aləminin nizamının pozulması üçün bir müqəddimədir),</b></font>
وَحُمِلَتِ الْاَرْضُ وَ الْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَّاحِدَةً ۙ‏(14)
<font color="000000"><b>(14) Və yer (öz oxundan) və dağlar (birləşdikləri məkandan) qaldırılar (və uzaqlaşdırılar). Hər ikisi bir zərbə ilə bir-birinə çırpılar.</b></font>
فَيَوْمَئِذٍ وَّقَعَتِ الْوَاقِعَةُ ۙ‏(15)
<font color="000000"><b>(15) Beləliklə, (məhz) o gün Qiyamət qopar.</b></font>
وَانْشَقَّتِ السَّمَآءُ فَهِىَ يَوْمَئِذٍ وَّاهِيَةٌ ۙ‏(16)
<font color="000000"><b>(16) Və göy yarılar və o gün (onun nizamı) süst düşüb darma-dağın olar.</b></font>
وَّالْمَلَكُ عَلٰٓى اَرْجَآئِهَا ‌ؕ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمٰنِيَةٌ ؕ‏(17)
<font color="000000"><b>(17) Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə (yaxud səmadakıların başları üstündə) tutarlar.</b></font>
يَوْمَئِذٍ تُعْرَضُوْنَ لَا تَخْفٰى مِنْكُمْ خَافِيَةٌ‏(18)
<font color="000000"><b>(18) O gün siz (haqq-hesab üçün Allahın hüzuruna) gətiriləcəksiniz, sizin heç bir gizlin işiniz gizlin qalmayacaqdır.</b></font>
فَاَمَّا مَنْ اُوْتِىَ كِتٰبَهٗ بِيَمِيْنِهٖۙ فَيَقُوْلُ هَآؤُمُ اقْرَءُوْا كِتٰبِيَهْ‌ۚ‏(19)
<font color="000000"><b>(19) Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: «Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun».</b></font>
اِنِّىْ ظَنَنْتُ اَنِّىْ مُلٰقٍ حِسَابِيَهْ‌ۚ‏(20)
<font color="000000"><b>(20) «Həqiqətən, mən (dünyada) ikən Qiyamət günü öz hesabıma (əməllərimin hesabına) yetişəcəyimə yəqinliklə inanmışdım».</b></font>
فَهُوَ فِىْ عِيْشَةٍ رَّاضِيَةٍۙ‏(21)
<font color="000000"><b>(21) Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır.</b></font>
فِىْ جَنَّةٍ عَالِيَةٍۙ‏(22)
<font color="000000"><b>(22) Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,)</b></font>
قُطُوْفُهَا دَانِيَةٌ‏(23)
<font color="000000"><b>(23) Meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir).</b></font>
كُلُوْا وَاشْرَبُوْا هَنِيْٓئًا ۢ بِمَاۤ اَسْلَفْتُمْ فِى الْاَيَّامِ الْخَالِيَةِ‏(24)
<font color="000000"><b>(24) Yeyin və için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür).</b></font>
وَاَمَّا مَنْ اُوْتِىَ كِتٰبَهٗ بِشِمَالِهٖ ۙ فَيَقُوْلُ يٰلَيْتَنِىْ لَمْ اُوْتَ كِتٰبِيَهْ‌ۚ‏(25)
<font color="000000"><b>(25) Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: «Kaş (əməl) dəftərim mənə verilməyəydi!»</b></font>
وَلَمْ اَدْرِ مَا حِسَابِيَهْ‌ۚ‏(26)
<font color="000000"><b>(26) «Və hesabımın nə olduğunu bilməyəydim».</b></font>
يٰلَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ‌ ۚ‏(27)
<font color="000000"><b>(27) «Kaş mənim o dünya həyatım(ın yerinə) qəti bir ölüm olaydı (və ya dünya ölümü məni birdəfəlik məhv edəydi)».</b></font>
مَاۤ اَغْنٰى عَنِّىْ مَالِيَهْۚ‏(28)
<font color="000000"><b>(28) «Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi».</b></font>
هَلَكَ عَنِّىْ سُلْطٰنِيَهْ‌ۚ‏(29)
<font color="000000"><b>(29) «Qüdrətim və səltənətim (və iddialarımın dəlil-sübutu da) əlimdən çıxdı».</b></font>
خُذُوْهُ فَغُلُّوْهُ ۙ‏(30)
<font color="000000"><b>(30) (Əmr yetişər:) «Onu tutun və qandallayın».</b></font>
ثُمَّ الْجَحِيْمَ صَلُّوْهُ ۙ‏(31)
<font color="000000"><b>(31) «Sonra da onu şölələnmiş oda atıb yandırın!».</b></font>
ثُمَّ فِىْ سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُوْنَ ذِرَاعًا فَاسْلُكُوْهُ ؕ‏(32)
<font color="000000"><b>(32) «Sonra isə uzunluğu yetmiş arşın olan zəncirlə bağlayın».</b></font>
اِنَّهٗ كَانَ لَا يُؤْمِنُ بِاللّٰهِ الْعَظِيْمِۙ‏(33)
<font color="000000"><b>(33) «Çünki o, böyük olan Allaha (dünyada) inanmırdı».</b></font>
وَلَا يَحُضُّ عَلٰى طَعَامِ الْمِسْكِيْنِؕ‏(34)
<font color="000000"><b>(34) «Və heç vaxt (özünü və başqalarını) fəqirə və ehtiyacı olana yemək verməyə rəğbətləndirmirdi».</b></font>
فَلَيْسَ لَهُ الْيَوْمَ هٰهُنَا حَمِيْمٌۙ‏(35)
<font color="000000"><b>(35) Bu gün onun burada bir yaxını və mehriban bir dostu yoxdur.</b></font>
وَّلَا طَعَامٌ اِلَّا مِنْ غِسْلِيْنٍۙ‏(36)
<font color="000000"><b>(36) (Cəhənnəmdəkilərin bədənindən axan) Od əhlinin irinindən, çirk və qanından başqa bir yeməyi də yoxdur.</b></font>
لَّا يَاْكُلُهٗۤ اِلَّا الْخٰطِئُوْنَ‏(37)
<font color="000000"><b>(37) O (yeməyi) yalnız (yollarını) azmış günahkarlar yeyərlər.</b></font>
فَلَاۤ اُقْسِمُ بِمَا تُبْصِرُوْنَۙ‏(38)
<font color="000000"><b>(38) Belə isə xeyr; and olsun (gözlə) gördüklərinizə,</b></font>
وَمَا لَا تُبْصِرُوْنَۙ‏(39)
<font color="000000"><b>(39) Və görmədiklərinizə (qeybi mövcudlara) ki,</b></font>
اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِيْمٍۚ ۙ‏(40)
<font color="000000"><b>(40) Bu (Quran) şübhəsiz, möhtərəm bir elçinin (Cəbrailin və Peyğəmbərin) sözüdür.</b></font>
وَّمَا هُوَ بِقَوْلِ شَاعِرٍ‌ؕ قَلِيْلًا مَّا تُؤْمِنُوْنَۙ‏(41)
<font color="000000"><b>(41) Bu, bir şairin sözü deyildir! (Lakin) Siz çox az iman gətirirsiniz!</b></font>
وَلَا بِقَوْلِ كَاهِنٍ‌ؕ قَلِيْلًا مَّا تَذَكَّرُوْنَؕ‏(42)
<font color="000000"><b>(42) Və nə də (ki, cinlərdən söz öyrənən) bir kahinin sözüdür! (Amma) çox az öyüd-nəsihət alırsınız.</b></font>
تَنْزِيْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِيْنَ‏(43)
<font color="000000"><b>(43) (Bu kitab) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.</b></font>
وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْاَقَاوِيْلِۙ‏(44)
<font color="000000"><b>(44) Və əgər o, bəzi sözləri nahaqdan Bizə isnad etsəydi,</b></font>
لَاَخَذْنَا مِنْهُ بِالْيَمِيْنِۙ‏(45)
<font color="000000"><b>(45) Şübhəsiz, onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini tutub əzaba çəkərdik.</b></font>
ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِيْنَ ۖ‏(46)
<font color="000000"><b>(46) Sonra da şübhəsiz, onun ürəyinin şah damarını qoparardıq.</b></font>
فَمَا مِنْكُمْ مِّنْ اَحَدٍ عَنْهُ حَاجِزِيْنَ‏(47)
<font color="000000"><b>(47) Belə olan surətdə, sizdən heç biriniz on(un əzabın)ın qarşısını ala bilməzdiniz.</b></font>
وَاِنَّهٗ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِيْنَ‏(48)
<font color="000000"><b>(48) Və həqiqətən, bu (Quran) təqvalılar üçün bir öyüd-nəsihətdir.</b></font>
وَاِنَّا لَنَعْلَمُ اَنَّ مِنْكُمْ مُّكَذِّبِيْنَ‏(49)
<font color="000000"><b>(49) Biz sizin aranızda təkzib edənlərin olduğunu əlbəttə bilirik.</b></font>
وَاِنَّهٗ لَحَسْرَةٌ عَلَى الْكٰفِرِيْنَ‏(50)
<font color="000000"><b>(50) Bu (Quran) mütləq (cəza günündə) kafirlər üçün bir həsrətdir.</b></font>
وَاِنَّهٗ لَحَقُّ الْيَقِيْنِ‏(51)
<font color="000000"><b>(51) Və həqiqətən, bu (Quran) yəqin (gerçək) bir haqdır və həqiqətdir.</b></font>
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيْمِ‏(52)
<font color="000000"><b>(52) Belə isə, öz əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyib və nöqsandan pak (və uzaq) bil).</b></font>