MƏARİC (DƏRƏCƏLƏR) SURƏSİ
Məkkədə nazil olmuşdur, qırx dörd ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
سَاَلَ سَآئِلٌ ۢ بِعَذَابٍ وَّاقِعٍۙ(1)
<font color="000000"><b>(1) İstəyən şəxs elə bir əzab istədi ki, (mütləq) baş verəcək</b></font>
لِّلْكٰفِرِيْنَ لَيْسَ لَهٗ دَافِعٌ ۙ(2)
<font color="000000"><b>(2) Kafirlər üçün və onun qarşısını alan olmaz.</b></font>
مِّنَ اللّٰهِ ذِى الْمَعَارِجِؕ(3)
<font color="000000"><b>(3) (Elə bir əzabdır ki,) «məaric» (bəndələrin əməllərinin və mələk dəstələrinin yuxarı qalxdığı səmavi dərəcələr; yaxud möminlərin mənəvi kamal dərəcələri; və yaxud mələklərin mənəvi dərəcələri; və ya Allah övliyalarının Cənnətdəki dərəcələri) sahibi olan Allahdandır.</b></font>
تَعْرُجُ الْمَلٰٓئِكَةُ وَ الرُّوْحُ اِلَيْهِ فِىْ يَوْمٍ كَانَ مِقْدَارُهٗ خَمْسِيْنَ اَلْفَ سَنَةٍۚ(4)
<font color="000000"><b>(4) Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab-kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar.</b></font>
فَاصْبِرْ صَبْرًا جَمِيْلًا(5)
<font color="000000"><b>(5) Belə isə, gözəl bir şəkildə səbr et (belə ki, onda heç bir narazılıqdan, dözümsüzlükdən əsər-əlamət olmasın).</b></font>
اِنَّهُمْ يَرَوْنَهٗ بَعِيْدًا ۙ(6)
<font color="000000"><b>(6) Onlar onu (o günü) uzaq görürlər (mümkünsüz bilərlər).</b></font>
وَّنَرٰٮهُ قَرِيْبًا ؕ(7)
<font color="000000"><b>(7) Biz isə onu (mümkün, ya baş verməyə) yaxın görürük.</b></font>
يَوْمَ تَكُوْنُ السَّمَآءُ كَالْمُهْلِۙ(8)
<font color="000000"><b>(8) O gün ki, göy qızmış (ərimiş) filiz kimi olar.</b></font>
وَتَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِۙ(9)
<font color="000000"><b>(9) Və dağlar (didilmiş, havada pərakəndə halında) rəngarəng yun kimi olarlar.</b></font>
وَلَا يَسْئَلُ حَمِيْمٌ حَمِيْمًا ۖۚ(10)
<font color="000000"><b>(10) Və heç bir qohum və əziz dost öz qohumunu(n) və dostunu(n halını) soruşmaz.</b></font>
يُّبَصَّرُوْنَهُمْؕ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِىْ مِنْ عَذَابِ يَوْمِئِذٍۢ بِبَنِيْهِۙ(11)
<font color="000000"><b>(11) Qohum qohuma göstərilər, (lakin dəhşətin şiddətindən bir-birlərinə fikir verməzlər,) günahkar arzu edər ki, kaş o günün əzabından (qurtarmaq üçün) fəda edə biləydi öz oğullarını,</b></font>
وَ صَاحِبَتِهٖ وَاَخِيْهِۙ(12)
<font color="000000"><b>(12) Həm zövcəsini və qardaşını,</b></font>
وَفَصِيْلَتِهِ الَّتِىْ تُئْوِيْهِۙ(13)
<font color="000000"><b>(13) Həm də (dünyada) ona sığınacaq verən yaxınlarını və qövmünü (qəbiləsini),</b></font>
وَمَنْ فِى الْاَرْضِ جَمِيْعًا ۙ ثُمَّ يُنْجِيْهِۙ(14)
<font color="000000"><b>(14) Və yer üzündə olanların hamısını – təki bu iş ona (o günün əzabından) nicat versin.</b></font>
كَلَّاؕ اِنَّهَا لَظٰىۙ(15)
<font color="000000"><b>(15) Belə deyildir, (günahkar nicat tapmaz, əksinə) o (Cəhənnəm) alovlu dillər çıxan atəşin şöləsidir.</b></font>
نَزَّاعَةً لِّلشَّوٰى ۖۚ(16)
<font color="000000"><b>(16) Başın və (bədən) üzvlərin(in) dərisini soyandır.</b></font>
تَدْعُوْا مَنْ اَدْبَرَ وَتَوَلّٰىۙ(17)
<font color="000000"><b>(17) (Bu atəş sözlə və dartmaqla) çağırır haqqa hər bir arxa çevirəni və (Allahdan və Onun dəvətindən) üz döndərəni,</b></font>
وَجَمَعَ فَاَوْعٰى(18)
<font color="000000"><b>(18) Və (mal-dövlət) toplayıb qablarında (sandıqda, bankda və anbarda) yığıb saxlayanları,</b></font>
اِنَّ الْاِنْسَانَ خُلِقَ هَلُوْعًا ۙ(19)
<font color="000000"><b>(19) Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır.</b></font>
اِذَا مَسَّهُ الشَّرُّ جَزُوْعًا ۙ(20)
<font color="000000"><b>(20) Ona bir zərər və ziyan üz verdikdə, dözməz.</b></font>
وَاِذَا مَسَّهُ الْخَيْرُ مَنُوْعًا ۙ(21)
<font color="000000"><b>(21) Ona bir xeyir yetişdikdə, xəsis və simic olar.</b></font>
اِلَّا الْمُصَلِّيْنَۙ(22)
<font color="000000"><b>(22) Namaz qılanlardan savayı.</b></font>
الَّذِيْنَ هُمْ عَلٰى صَلَاتِهِمْ دَآئِمُوْنَۙ(23)
<font color="000000"><b>(23) O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər.</b></font>
وَالَّذِيْنَ فِىْۤ اَمْوَالِهِمْ حَقٌّ مَّعْلُوْمٌۙ(24)
<font color="000000"><b>(24) O kəslər ki, onların mallarında məlum (müəyyən) bir haqq vardır (vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi).</b></font>
لِّلسَّآئِلِ وَالْمَحْرُوْمِۙ(25)
<font color="000000"><b>(25) Dilənən və (dünya malından) məhrum olan kimsələr üçün.</b></font>
وَالَّذِيْنَ يُصَدِّقُوْنَ بِيَوْمِ الدِّيْنِۙ(26)
<font color="000000"><b>(26) O kəslər ki, (əqidə və əməldə) cəza gününü təsdiq edərlər.</b></font>
وَالَّذِيْنَ هُمْ مِّنْ عَذَابِ رَبِّهِمْ مُّشْفِقُوْنَۚ(27)
<font color="000000"><b>(27) O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar.</b></font>
اِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَاْمُوْنٍ(28)
<font color="000000"><b>(28) Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur.</b></font>
وَالَّذِيْنَ هُمْ لِفُرُوْجِهِمْ حٰفِظُوْنَۙ(29)
<font color="000000"><b>(29) Və o kəslər ki, öz şəhvani qüvvələrini saxlayarlar.</b></font>
اِلَّا عَلٰٓى اَزْوَاجِهِمْ اَوْ مَا مَلَكَتْ اَيْمَانُهُمْ فَاِنَّهُمْ غَيْرُ مَلُوْمِيْنَۚ(30)
<font color="000000"><b>(30) Öz zövcələri, ya malik olduqları kənizlər isə istisnadır. Onlar (bu barədə - yaxınlıq etməyə görə) qınanmazlar.</b></font>
فَمَنِ ابْتَغٰى وَرَآءَ ذٰلِكَ فَاُولٰٓئِكَ هُمُ الْعٰدُوْنَۚ(31)
<font color="000000"><b>(31) Beləliklə, kim bundan (bu iki haldan) artığını istəsə (və hər hansı bir kəslə və hər hansı bir şeylə hər cür, cinsi ləzzətlərə dalsa,) belə şəxslər (İslam hüdudlarında) həddi aşanlardır.</b></font>
وَالَّذِيْنَ هُمْ لِاَمٰنٰتِهِمْ وَعَهْدِهِمْ رٰعُوْنَ ۙ(32)
<font color="000000"><b>(32) O kəslər ki, (Xaliqlə və məxluqla olan) öz əmanətlərinə, əhd-peymanlarına riayət edərlər.</b></font>
وَالَّذِيْنَ هُمْ بِشَهٰدٰتِهِمْ قَآئِمُوْنَ ۙ(33)
<font color="000000"><b>(33) O kəslər ki, öz şəhadətlərində (şəhadəti qəbul etmək və verməkdə) sabit və möhkəmdir.</b></font>
وَالَّذِيْنَ هُمْ عَلٰى صَلَاتِهِمْ يُحَافِظُوْنَؕ(34)
<font color="000000"><b>(34) O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar.</b></font>
اُولٰٓئِكَ فِىْ جَنّٰتٍ مُّكْرَمُوْنَؕ(35)
<font color="000000"><b>(35) Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir.</b></font>
فَمَالِ الَّذِيْنَ كَفَرُوْا قِبَلَكَ مُهْطِعِيْنَۙ(36)
<font color="000000"><b>(36) Belə isə, kafir olanlara nə olub ki, sənin yanına tələsirlər?!</b></font>
عَنِ الْيَمِيْنِ وَعَنِ الشِّمَالِ عِزِيْنَ(37)
<font color="000000"><b>(37) Dəstə-dəstə, sağdan və soldan (sənin ətrafına yığılırlar)?!</b></font>
اَيَطْمَعُ كُلُّ امْرِىءٍ مِّنْهُمْ اَنْ يُّدْخَلَ جَنَّةَ نَعِيْمٍۙ(38)
<font color="000000"><b>(38) Yoxsa onlardan hər birinin tamahı var ki, (sabah Qiyamətdə kafir ola-ola) onu çox nemətli Cənnətə daxil edələr?!</b></font>
كَلَّا ؕ اِنَّا خَلَقْنٰهُمْ مِّمَّا يَعْلَمُوْنَ(39)
<font color="000000"><b>(39) (Xeyr!) Belə deyil; Biz onları özləri bildikləri şeydən (nütfədən) yaratdıq. (Sonrakı mərhələlərdə imana və əmələ təkamül tapmayınca heç kəsin Cənnətə girməyə ləyaqəti çatmaz)!</b></font>
فَلَاۤ اُقْسِمُ بِرَبِّ الْمَشٰرِقِ وَالْمَغٰرِبِ اِنَّا لَقٰدِرُوْنَۙ(40)
<font color="000000"><b>(40) And olsun məşriqlərin və məğriblərin Rəbbinə (qışın əvvəlindən yayın əvvəlinədək olan günəşin cənub tərəfə ən çox meyl etməsindən şimala tərəf ən çox meyl etməsinə qədər olan yüz səksən günəş məşriqi və onun əksi, onların müqabilində yüz səksən məğrib və ya bu günəşin ulduzlarının, yaxud digər planetlərin məşriqləri və məğribləri və ya hər hansı bir günəş planetinin məşriqləri və məğriblərinin Rəbbinə) ki, həqiqətən, Biz qadirik ki,</b></font>
عَلٰٓى اَنْ نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْۙ وَمَا نَحْنُ بِمَسْبُوْقِيْنَ(41)
<font color="000000"><b>(41) Onların (insanların) yerinə onlardan daha yaxşısını gətirək və Biz əsla (Öz iradəmizdə) məğlub olmarıq!</b></font>
فَذَرْهُمْ يَخُوْضُوْا وَيَلْعَبُوْا حَتّٰى يُلٰقُوْا يَوْمَهُمُ الَّذِىْ يُوْعَدُوْنَۙ(42)
<font color="000000"><b>(42) Belə isə (dəlil-sübut tamamlandıqdan sonra onlarla mücadilə etmə, əksinə) onları burax ki, vəd verilən günə qovuşanadək (öz tüğyankarlıqlarının girdabında) batsınlar və oynayıb-əylənsinlər.</b></font>
يَوْمَ يَخْرُجُوْنَ مِنَ الْاَجْدَاثِ سِرَاعًا كَاَنَّهُمْ اِلٰى نُصُبٍ يُّوْفِضُوْنَۙ(43)
<font color="000000"><b>(43) O gün ki, onlar qoyulmuş əlamətlərə sarı sürətlə hərəkət edənlər kimi öz qəbirlərindən tələsik çıxarlar,</b></font>
خَاشِعَةً اَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ؕ ذٰلِكَ الْيَوْمُ الَّذِىْ كَانُوْا يُوْعَدُوْنَ(44)
<font color="000000"><b>(44) Gözləri yerə dikildiyi halda (böyük bir) zillət və xarlıq onları bürüyər. Budur onlara vəd verilmiş gün.</b></font>