EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
QİYAMƏT SURƏSİ
Məkkədə nazil olmuşdur, qırx ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
لَاۤ اُقْسِمُ بِيَوْمِ الْقِيٰمَةِۙ‏(1)
<font color="000000"><b>(1) And içirəm Qiyamət gününə.</b></font>
وَلَاۤ اُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِؕ‏(2)
<font color="000000"><b>(2) Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır).</b></font>
اَيَحْسَبُ الْاِنْسَانُ اَلَّنْ نَّجْمَعَ عِظَامَهٗؕ‏(3)
<font color="000000"><b>(3) Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik?</b></font>
بَلٰى قٰدِرِيْنَ عَلٰٓى اَنْ نُّسَوِّىَ بَنَانَهٗ‏(4)
<font color="000000"><b>(4) Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik.</b></font>
بَلْ يُرِيْدُ الْاِنْسَانُ لِيَفْجُرَ اَمَامَهٗ‌ۚ‏(5)
<font color="000000"><b>(5) (Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin.</b></font>
يَسْئَلُ اَيَّانَ يَوْمُ الْقِيٰمَةِؕ‏(6)
<font color="000000"><b>(6) Soruşur ki: «Qiyamət günü nə vaxtdır?»</b></font>
فَاِذَا بَرِقَ الْبَصَرُۙ‏(7)
<font color="000000"><b>(7) Göz (ölümün çətinliyindən, yaxud da Məhşərin dəhşətindən) donub qalacağı və bərələcəyi;</b></font>
وَخَسَفَ الْقَمَرُۙ‏(8)
<font color="000000"><b>(8) Ayın nurunun sönəcəyi;</b></font>
وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُۙ‏(9)
<font color="000000"><b>(9) Və günəşlə ayın (nurun yox olmasında, yaxud yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman.</b></font>
يَقُوْلُ الْاِنْسَانُ يَوْمَئِذٍ اَيْنَ الْمَفَرُّ‌ ۚ‏(10)
<font color="000000"><b>(10) Məhz o gün insan: «Qaçıb qurtulmaq üçün yer haradadır?» – deyəcəkdir.</b></font>
كَلَّا لَا وَزَرَؕ‏(11)
<font color="000000"><b>(11) Xeyr, (o gün) heç bir sığınacaq yeri olmayacaq.</b></font>
اِلٰى رَبِّكَ يَوْمَئِذِ ۟الْمُسْتَقَرُّ ؕ‏(12)
<font color="000000"><b>(12) O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər).</b></font>
يُنَبَّؤُا الْاِنْسَانُ يَوْمَئِذٍۢ بِمَا قَدَّمَ وَاَخَّرَؕ‏(13)
<font color="000000"><b>(13) O gün insana öncədən göndərdiyi (dünyada etdiyi) və təxirə saldığı (etmədiyi) şeyi (yaxud dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər barəsində) xəbər veriləcəkdir.</b></font>
بَلِ الْاِنْسَانُ عَلٰى نَفْسِهٖ بَصِيْرَةٌ ۙ‏(14)
<font color="000000"><b>(14) (Xəbər verməyə heç ehtiyac da yoxdur,) əslində insan öz nəfsini görəndir.</b></font>
وَّلَوْ اَلْقٰى مَعَاذِيْرَهٗؕ‏(15)
<font color="000000"><b>(15) Baxmayaraq ki, (zahirdə) hər cür üzrxahlıq edər.</b></font>
لَا تُحَرِّكْ بِهٖ لِسَانَكَ لِتَعْجَلَ بِهٖؕ‏(16)
<font color="000000"><b>(16) (Quran nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə (vəhy tamam olmamışdan öncə oxumağa başlama, yaxud sənin qəlbində əmanət olaraq qoyduğumuz Quranın məcmuəsindən surələri, ya ayələri, ümumiyyətlə heç nəyi – vaxtı yetişməzdən öncə – dilinə gətirmə).</b></font>
اِنَّ عَلَيْنَا جَمْعَهٗ وَقُرْاٰنَهٗۚ  ۖ‏(17)
<font color="000000"><b>(17) Şübhəsiz, onu (sənin qəlbində) cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir.</b></font>
فَاِذَا قَرَاْنٰهُ فَاتَّبِعْ قُرْاٰنَهٗ‌ۚ‏(18)
<font color="000000"><b>(18) Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol.</b></font>
ثُمَّ اِنَّ عَلَيْنَا بَيَانَهٗؕ‏(19)
<font color="000000"><b>(19) Sonra onu(n həqiqətlərini və sirlərini) bəyan etmək də Bizim öhdəmizdədir.</b></font>
كَلَّا بَلْ تُحِبُّوْنَ الْعَاجِلَةَ ۙ‏(20)
<font color="000000"><b>(20) Belə deyildir (axirəti inkar etməyiniz ona şəkk etdiyinizə görə deyil,) əslində siz bu tez keçib-gedən dünyanı sevirsiniz.</b></font>
وَتَذَرُوْنَ الْاٰخِرَةَ ؕ‏(21)
<font color="000000"><b>(21) Və axirəti buraxırsınız.</b></font>
وُجُوْهٌ يَّوْمَئِذٍ نَّاضِرَةٌ ۙ‏(22)
<font color="000000"><b>(22) O gün neçə-neçə üzlər şad-xürrəm olacaq!</b></font>
اِلٰى رَبِّهَا نَاظِرَةٌ‌ ۚ‏(23)
<font color="000000"><b>(23) (Qəlb gözü ilə) öz Rəbbinə tərəf (və zahiri gözü ilə Onun cəlal və camal nişanələrini tam şəkildə təzahür və təcəssümünə) baxacaqdır.</b></font>
وَوُجُوْهٌ يَّوْمَئِذٍۢ بَاسِرَةٌ ۙ‏(24)
<font color="000000"><b>(24) Və neçə-neçə üzlər də o gün qaşqabaqlı olacaq.</b></font>
تَظُنُّ اَنْ يُّفْعَلَ بِهَا فَاقِرَةٌ ؕ‏(25)
<font color="000000"><b>(25) Bel qıran bir əzaba (ya burunlarına oddan dağ basılmasına) məruz qalacaqlarını bilərlər.</b></font>
كَلَّاۤ اِذَا بَلَغَتِ التَّرَاقِىَۙ‏(26)
<font color="000000"><b>(26) Belə deyil (insanın zənn etdiyi kimi deyil). Can boğazın dövrəsindəki sümüklərə (körpücük sümüklərinə) yetişdiyi zaman.</b></font>
وَقِيْلَ مَنْ رَاقٍۙ‏(27)
<font color="000000"><b>(27) Və (can verənin başına toplananlar) deyərlər: «Şəfa verən təbib kimdir (varmı)? (Və mələklər deyərlər: «Kimdir onun ruhunu yuxarı aparan? Rəhmət mələyi, ya qəzəb?)»</b></font>
وَّظَنَّ اَنَّهُ الْفِرَاقُۙ‏(28)
<font color="000000"><b>(28) Və o da bilər ki, bu (zaman) (dünyadan) ayrılıq (zamanı)dır,</b></font>
وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِۙ‏(29)
<font color="000000"><b>(29) Qıçı-qıçına dolaşar və dünya həsrəti axirət əzabına qarışar,</b></font>
اِلٰى رَبِّكَ يَوْمَئِذِ ۟الْمَسَاقُؕ‏(30)
<font color="000000"><b>(30) O gün (ölüm günü) sövq və hərəkət sənin Rəbbinə tərəfdir (Bərzəxdəki görüş, Qiyamət, məhkəməsindən tutmuş Cənnətə, ya Cəhənnəmə kimi).</b></font>
فَلَا صَدَّقَ وَلَا صَلّٰىۙ‏(31)
<font color="000000"><b>(31) (O halda deyilər:) «O, nə (Allahın dəvətini) təsdiq etdi və nə də itaət edərək namaz qıldı».</b></font>
وَلٰڪِنْ كَذَّبَ وَتَوَلّٰىۙ‏(32)
<font color="000000"><b>(32) Lakin təkzib etdi və üz döndərdi.</b></font>
ثُمَّ ذَهَبَ اِلٰٓى اَهْلِهٖ يَتَمَطّٰىؕ‏(33)
<font color="000000"><b>(33) Sonra da təkəbbürlə yeriyərək öz adamlarına tərəf getdi.</b></font>
اَوْلٰى لَكَ فَاَوْلٰىۙ‏(34)
<font color="000000"><b>(34) Vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.</b></font>
ثُمَّ اَوْلٰى لَكَ فَاَوْلٰىؕ‏(35)
<font color="000000"><b>(35) Yenə də vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.</b></font>
اَيَحْسَبُ الْاِنْسَانُ اَنْ يُّتْرَكَ سُدًىؕ‏(36)
<font color="000000"><b>(36) Yoxsa insan elə güman edir ki, başlı-başına buraxılacaq (heç bir vəzifəsi və hesabı yoxdur)?</b></font>
اَلَمْ يَكُ نُطْفَةً مِّنْ مَّنِىٍّ يُّمْنٰىۙ‏(37)
<font color="000000"><b>(37) Məgər o, qadının bətninə tökülən bir damcı «məni»dən ibarət deyildimi?!</b></font>
ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوّٰىۙ‏(38)
<font color="000000"><b>(38) Sonra «ələqə» (laxtalanmış qan) oldu, beləliklə (Allah) onu (başqa mərhələlərdə) yaratdı və (onun bədən üzvlərini) düzgün və kamil etdi.</b></font>
فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْاُنْثٰىؕ‏(39)
<font color="000000"><b>(39) Bu zaman ondan iki cüt – bir erkək və bir dişi – yaratdı.</b></font>
اَلَيْسَ ذٰلِكَ بِقٰدِرٍ عَلٰٓى اَنْ يُّحْىِۦَ الْمَوْتٰى‏(40)
<font color="000000"><b>(40) Məgər belə bir Allah ölüləri diriltməyə qadir deyilmi?!</b></font>