Məkkədə nazil olmuşdur, otuz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالْفَجْرِۙ(1)
<font color="000000"><b>(1) And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına),</b></font>
وَلَيَالٍ عَشْرٍۙ(2)
<font color="000000"><b>(2) Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə),</b></font>
وَّالشَّفْعِ وَالْوَتْرِۙ(3)
<font color="000000"><b>(3) Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),</b></font>
وَالَّيْلِ اِذَا يَسْرِۚ(4)
<font color="000000"><b>(4) Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir.)</b></font>
هَلْ فِىْ ذٰلِكَ قَسَمٌ لِّذِىْ حِجْرٍؕ(5)
<font color="000000"><b>(5) Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)</b></font>
اَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍۙ(6)
<font color="000000"><b>(6) Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?</b></font>
اِرَمَ ذَاتِ الْعِمَادِۙ(7)
<font color="000000"><b>(7) Hündür qəsrləri, uca sütunları və qədd-qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə</b></font>
الَّتِىْ لَمْ يُخْلَقْ مِثْلُهَا فِى الْبِلَادِۙ(8)
<font color="000000"><b>(8) Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.</b></font>
وَثَمُوْدَ الَّذِيْنَ جَابُوا الصَّخْرَ بِالْوَادِۙ(9)
<font color="000000"><b>(9) (Omanla Həzər-Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla (Salehin qövmü ilə).</b></font>
وَفِرْعَوْنَ ذِى الْاَوْتَادِۙ(10)
<font color="000000"><b>(10) Və güclü qoşunları olan, yaxud (çadırlarda istifadə olunan və məhkum olunanlara işkəncə vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.</b></font>
الَّذِيْنَ طَغَوْا فِى الْبِلَادِۙ(11)
<font color="000000"><b>(11) O kəslər ki, şəhərlərdə tüğyan etdilər.</b></font>
فَاَكْثَرُوْا فِيْهَا الْفَسَادَۙ(12)
<font color="000000"><b>(12) Və oralarda çoxlu fitnə-fəsad törətdilər.</b></font>
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ۙۚ(13)
<font color="000000"><b>(13) Beləliklə, Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.</b></font>
اِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِؕ(14)
<font color="000000"><b>(14) Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.</b></font>
فَاَمَّا الْاِنْسَانُ اِذَا مَا ابْتَلٰٮهُ رَبُّهٗ فَاَكْرَمَهٗ وَنَعَّمَهٗ ۙ فَيَقُوْلُ رَبِّىْۤ اَكْرَمَنِؕ(15)
<font color="000000"><b>(15) Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).</b></font>
وَاَمَّاۤ اِذَا مَا ابْتَلٰٮهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهٗ ۙ فَيَقُوْلُ رَبِّىْۤ اَهَانَنِۚ(16)
<font color="000000"><b>(16) Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı» – deyər.</b></font>
كَلَّا بَلْ لَّا تُكْرِمُوْنَ الْيَتِيْمَۙ(17)
<font color="000000"><b>(17) Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.</b></font>
وَلَا تَحٰٓضُّوْنَ عَلٰى طَعَامِ الْمِسْكِيْنِۙ(18)
<font color="000000"><b>(18) Bir-birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.</b></font>
وَتَاْكُلُوْنَ التُّرَاثَ اَكْلًا لَّمًّا ۙ(19)
<font color="000000"><b>(19) Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).</b></font>
وَّتُحِبُّوْنَ الْمَالَ حُبًّا جَمًّا ؕ(20)
<font color="000000"><b>(20) Və (dünya) malı(nı) lap çox sevirsiniz.</b></font>
كَلَّاۤ اِذَا دُكَّتِ الْاَرْضُ دَكًّا دَكًّا ۙ(21)
<font color="000000"><b>(21) Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir-birinə çırpılıb parça-parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman,</b></font>
وَّجَآءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا ۚ(22)
<font color="000000"><b>(22) Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi</b></font>
وَجِاىْٓءَ يَوْمَئِذٍۢ بِجَهَنَّمَ ۙ يَوْمَئِذٍ يَّتَذَكَّرُ الْاِنْسَانُ وَاَنّٰى لَهُ الذِّكْرٰىؕ(23)
<font color="000000"><b>(23) Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün – məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!</b></font>
يَقُوْلُ يٰلَيْتَنِىْ قَدَّمْتُ لِحَيَاتِىۚ(24)
<font color="000000"><b>(24) O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!» – deyər.</b></font>
فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهٗۤ اَحَدٌ ۙ(25)
<font color="000000"><b>(25) Beləliklə, o gün heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! (Elə bir əzab ki, dünyada heç kim onun mislini edə bilməzdi).</b></font>
وَّلَا يُوْثِقُ وَثَاقَهٗۤ اَحَدٌ ؕ(26)
<font color="000000"><b>(26) Və heç kim Onun kimi zəncirləyə bilməz.</b></font>
يٰۤاَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُۖ(27)
<font color="000000"><b>(27) Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),</b></font>
ارْجِعِىْۤ اِلٰى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً ۚ(28)
<font color="000000"><b>(28) Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!</b></font>
فَادْخُلِىْ فِىْ عِبٰدِىۙ(29)
<font color="000000"><b>(29) Mənim bəndələrimin zümrəsinə daxil ol!</b></font>
وَادْخُلِىْ جَنَّتِى(30)
<font color="000000"><b>(30) Və Mənim Cənnətimə daxil ol!</b></font>