ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
ƏMİRƏL-MÖMİNİN ƏLİ İBNİ ƏBU TALİBİN (Ə) MİNACATI
Bu minacat "Səhife-yi Ələviyyə"dən götürülmüşdür.
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Ey bəxşiş, ehtiram və ucalıq sahibi, həmd-səna Sənə məxsusdur! Ucasan! İstədiyinə əta edər, istədiyini məhrum edərsən. Ey mənim Məbudum, Yaradanım, pənah yerim və pənahım! Dara düşəndə də, imkanlı olanda da Səndən yapışıram. Ey mənim Məbudum! Əgər günahlarım böyük və çoxdursa, Sənin əfvin isə mənim günahımdan böyük və genişdir. Ey mənim Məbudum! Əgər mən həvayi-nəfsimə itaət edirəmsə, Amma indi mən peşmanlıq vadisində sərgərdanam. Ey mənim Məbudum! Mənim halımı, ehtiyac və yoxsulluğumu görürsən, Mənim gizlin raz-niyazımı eşidirsən. Ey mənim məbudum! Ümidimi kəsmə və qəlbimi azdırma, Çünki mən Sənin rəhmət yağışına göz dikmişəm. Ey mənim Məbudum! Əgər məni məyus etsən və ya qovsan, Onda kimə ümid bəsləyim və kimi şəfaətçi edim? Ey mənim Məbudum! Əzabından mənə pənah ver, çünki mən həqiqətən, Giriftar, xar, qorxmuş və Sənin dərgahında əyilmişəm. Ey mənim Məbudum! Dəlilimi mənə təlqin etməklə mənə həmdəm ol, O vaxt ki, mən qəbirdə olacağam. Ey mənim Məbudum! Əgər mənə min il əzab versən belə Yenə də Səndən ümidimi kəsməyəcəyəm. Ey mənim Məbudum! Əvfinin təmini mənə dadızdır, o gün ki, Övladların və malın heç bir faydası olmayacaqdır. Ey mənim Məbudum! Əgər mənə tərəf baxmasan, məhv olaram. Amma əgər mənə tərəf baxsan, məhv olmaram. Ey mənim Məbudum! Əgər yalnız yaxşı əməl sahiblərini əfv edirsənsə, Onda həvayi-nəfsinə itaət edən günahkarı kim bağışlasın? Ey mənim Məbudum! Əgər təqvaya yiyələnməkdə səhlənkarlıq etmişəmsə, Amma indi əfv və güzəştini axtarır, axtarıram. Ey mənim Məbudum! Əgər nadanlığım ucbatından xəta etmişəmsə, amma Lap əvvəldən Sənə ümid bəsləmişəm, həm də elə bir ümid ki, Mənim barəmdə deyiblər: "Laqeyiddir!" Ey mənim Məbudum! Günahlarım dağdan da böyük olmuş və dağı keçmişdir. Lakin Sənin güzəştin mənim günahımdan böyük və ucadır. Ey mənim Məbudum! Nemət əta etməyin ürəyimin yanğısını sakitləşdirir. Səfvlərimi xatırlamaq isə gözlərimi yaşla doldurur. Ey mənim Məbudum! Sapqınlıqlarıma göz yum və günahlarımı məhv et, Çünki mən (günahlarımı) etiraf edir, qorxmuş və ah-nalə edirəm.Ey mənim Məbudum! Məni Öz tərəfindən sevinc və asayişə çatdır, Çünki mən Sənin lütf qapından qeyri bir qapını döymürəm. Ey mənim Məbudum! Əgər məni uzaqlaşdırsan və mənə laqeyd olsan, Ey Rəbbim, nədir mənim çarəm və mən nə edim? Ey mənim Məbudum! Sənin məhəbbətinin həmpeymanı gecə vaxtı oyaqdır. O, raz-niyaz və dua edir. Qafil insan isə yatır. Ey mənim Məbudum! Bu məxluqatın bəzisi yatır, Bəzisi isə oyaqdır və gecə ah-nalə edir. Lakin onların hamısı bəxşişinə ümidvardır, Sənin geniş rəhmətinə ümid bəsləyir və əbədi Cənnətinə göz dikiblər. Ey mənim Məbudum! Ümidim məni salamatlığa ümidvar edir, Lakin səhvlərimin çirkinliyi məni rüsvay edir. Ey mənim Məbudum! Əgər əvf etsən, əfvin mənim nicatıma bais olar, Yoxsa həlak edici günahlar məni əldən salacaq. Ey mənim Məbudum! Peyğəmbərin Məhəmməd Haşimi xatirinə Və qarşında əyilmiş pakların hörməti xatirinə! Ey mənim Məbudum! Seçilmişin və onun əmisi oğlu xatirinə Və qarşında təvazökar olan yaxşıların hörməti xatirinə! Ey mənim Məbudum! Bizi Əhmədin dinində ayağa qaldır; Tövbəkar, təqvalı, itaətkar və qarşında əyilmiş olduğumuz bir halda. Ey mənim Məbudum və sərvərim! Məni onun böyük şəfaətindən məhrum etmə ki, Onun şəfaəti qəbuldur. Onlara salam göndər, o vaxtadək ki, müvəhhidlər Səni çağırır Və yaxşılar Səninlə raz-niyaz edirlər, bir halda ki, Sənin dərgahında rüku edirlər.
لَكَ الْحَمْدُ يَا ذَا الْجُوْدِ وَ الْمَجْدِ وَ الْعُلٰى
تَبَارَكْتَ تُعْطِيْ مَنْ تَشَاۤءُ وَ تَمْنَعُ
اِلٰهِيْ وَ خَلَّاقِيْ وَ حِرْزِيْ وَ مَوْئِلِيْ
اِلَيْكَ لَدَى الْاِعْسَارِ وَ الْيُسْرِ اَفْزَعُ
اِلٰهِيْ لَئِنْ جَلَّتْ وَ جَمَّتْ خَطِيْۤئَتِيْ
فَعَفْوُكَ عَنْ ذَنْبِيْۤ اَجَلُّ وَ اَوْسَعُ
اِلٰهِيْ لَئِنْ اَعْطَيْتُ نَفْسِيَ سُؤْلَهَا
فَهَاۤ اَنَا فِيْ رَوْضِ النَّدَامَةِ اَرْتَعُ
اِلٰهِيْ تَرٰى حَالِيْ وَ فَقْرِيْ وَ فَاقَتِيْ
وَ اَنْتَ مُنَاجَاتِي الْخَفِيَّةَ تَسْمَعُ
اِلٰهِيْ فَلَا تَقْطَعْ رَجَاۤئِيْ وَ لَا تُزِغْ
فُؤَادِيْ فَلِيْ فِيْ سَيْبِ جُوْدِكَ مَطْمَعٌ
اِلٰهِيْ لَئِنْ خَيَّبْتَنِيْۤ اَوْ طَرَدْتَنِيْ
فَمَنْ ذَا الَّذِيْۤ اَرْجُوْ وَ مَنْ ذَا اُشَفِّعُ
اِلٰهِيْۤ اَجِرْنِيْ مِنْ عَذَابِكَ اِنَّنِيْۤ
اَسِيْرٌ ذَلِيْلٌ خَاۤئِفٌ لَكَ اَخْضَعُ
اِلٰهِيْ فَاٰنِسْنِيْ بِتَلْقِيْنِ حُجَّتِيْۤ
اِذَا كَانَ لِيْ فِيْ الْقَبْرِ مَثْوًى وَ مَضْجَعٌ
اِلٰهِيْ لَئِنْ عَذَّبْتَنِيْۤ اَلْفَ حِجَّةٍ
فَحَبْلُ رَجَاۤئِيْ مِنْكَ لَا يَتَقَطَّعُ
اِلٰهِيْۤ اَذِقْنِيْ طَعْمَ عَفْوِكَ يَوْمَ
لَا بَنُوْنَ وَ لَا مَالٌ هُنَالِكَ يَنْفَعُ
اِلٰهِيْ لَئِنْ لَمْ تَرْعَنِيْ كُنْتُ ضَاۤئِعًا
وَ اِنْ كُنْتَ تَرْعَانِيْ فَلَسْتُ اُضَيَّعُ
اِلٰهِيْۤ اِذَا لَمْ تَعْفُ عَنْ غَيْرِ مُحْسِنٍ
فَمَنْ لِمُسِيْۤ‏ءٍ بِالْهَوٰى يَتَمَتَّعُ
اِلٰهِيْ لَئِنْ فَرَّطْتُ فِيْ طَلَبِ التُّقٰى
فَهَاۤ اَنَا اِثْرَ الْعَفْوِ اَقْفُوْ وَ اَتْبَعُ
اِلٰهِيْ لَئِنْ اَخْطَأْتُ جَهْلًا فَطَالَمَا
رَجَوْتُكَ حَتّٰى قِيْلَ مَا هُوَ يَجْزَعُ
اِلٰهِيْ ذُنُوْبِيْ بَذَّتِ الطَّوْدَ وَ اعْتَلَتْ
وَ صَفْحُكَ عَنْ ذَنْبِيْۤ اَجَلُّ وَ اَرْفَعُ
اِلٰهِيْ يُنَجِّي ذِكْرُ طَوْلِكَ لَوْعَتِيْ
وَ ذِكْرُ الْخَطَايَا الْعَيْنَ مِنِّيْ يُدَمِّعُ
اِلٰهِيْۤ اَقِلْنِيْ عَثْرَتِيْ وَ امْحُ حَوْبَتِيْ
فَاِنِّيْ مُقِرٌّ خَاۤئِفٌ مُتَضَرِّعٌ
اِلٰهِيْۤ اَنِلْنِيْ مِنْكَ رَوْحًا وَ رَاحَةً
فَلَسْتُ سِوٰۤى اَبْوَابِ فَضْلِكَ اَقْرَعُ
اِلٰهِيْ لَئِنْ اَقْصَيْتَنِيْۤ اَوْ اَهَنْتَنِيْ
فَمَا حِيْلَتِيْ يَا رَبِّ اَمْ كَيْفَ اَصْنَعُ
اِلٰهِيْ حَلِيْفُ الْحُبِّ فِي اللَّيْلِ سَاهِرٌ
يُنَاجِيْ وَ يَدْعُوْ وَ الْمُغَفَّلُ يَهْجَعُ
اِلٰهِيْ وَ هٰذَا الْخَلْقُ مَا بَيْنَ نَاۤئِمٍ
وَ مُنْتَبِهٍ فِيْ لَيْلِهِ يَتَضَرَّعُ
وَ كُلُّهُمْ يَرْجُوْ نَوَالَكَ رَاجِيًا
لِرَحْمَتِكَ الْعُظْمٰى وَ فِيْ الْخُلْدِ يَطْمَعُ
اِلٰهِيْ يُمَنِّيْنِيْ رَجَاۤئِيْ سَلَامَةً
وَ قُبْحُ خَطِيْۤئَاتِيْ عَلَيَّ يُشَنِّعُ
اِلٰهِيْ فَاِنْ تَعْفُوْ فَعَفْوُكَ مُنْقِذِيْ
وَ اِلَّا فَبِالذَّنْبِ الْمُدَمِّرِ اُصْرَعُ
اِلٰهِيْ بِحَقِّ الْهَاشِمِيِّ مُحَمَّدٍ
وَ حُرْمَةِ اَطْهَارٍ هُمُ لَكَ خُضَّعٌ
اِلٰهِيْ بِحَقِّ الْمُصْطَفٰى وَ ابْنِ عَمِّهِ
وَ حُرْمَةِ اَبْرَارٍ هُمُ لَكَ خُشَّعٌ
اِلٰهِيْ فَاَنْشِرْنِيْ عَلٰى دِيْنِ اَحْمَدٍ
مُنِيْبًا تَقِيًّا قَانِتًا لَكَ اَخْضَعُ
وَ لا تَحْرِمَنِّيْ يَاۤ اِلٰهِيْ وَ سَيِّدِيْ
شَفَاعَتَهُ الْكُبْرٰى فَذَاكَ الْمُشَفَّعُ
وَ صَلِّ عَلَيْهِمْ مَا دَعَاكَ مُوَحِّدٌ
وَ نَاجَاكَ اَخْيَارٌ بِبَابِكَ رُكَّعٌ
ƏMİRƏL-MÖMİNİN ƏLİ İBNİ ƏBU TALİBİN (Ə) MİNACATINDAN ÜÇ ALİ MƏZMUNLU CÜMLƏ:
اِلٰهِيْ كَفٰى بِيْ عِزًّا اَنْ اَكُوْنَ لَكَ عَبْدًا
Ey mənim Məbudum! Sənin bəndən olmaq izzət və şərafətim üçün yetər! Mənim Rəbbim olmağın iftixarım üçün yetər! Sən mən istədiyim kimisən. Onda məni də Özün istədiyin kimi et!
وَ كَفٰى بِيْ فَخْرًا اَنْ تَكُوْنَ لِيْ رَبًّا
اَنْتَ كَمَاۤ اُحِبُّ فَاجْعَلْنِيْ كَمَا تُحِبُّ