MUTƏFFİFİN (ÇƏKİDƏ VƏ ÖLÇÜDƏ ALDADANLAR) SURƏSİ
Məkkədə nazil olmuşdur, otuz altı ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَيْلٌ لِّلْمُطَفِّفِيْنَۙ(1)
<font color="000000"><b>(1) Vay halına əskik satanların!</b></font>
الَّذِيْنَ اِذَا اكْتَالُوْا عَلَى النَّاسِ يَسْتَوْفُوْنَۖ(2)
<font color="000000"><b>(2) O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,</b></font>
وَاِذَا كَالُوْهُمْ اَوْ وَّزَنُوْهُمْ يُخْسِرُوْنَؕ(3)
<font color="000000"><b>(3) Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.</b></font>
اَلَا يَظُنُّ اُولٰٓئِكَ اَنَّهُمْ مَّبْعُوْثُوْنَۙ(4)
<font color="000000"><b>(4) Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,</b></font>
لِيَوْمٍ عَظِيْمٍۙ(5)
<font color="000000"><b>(5) Böyük bir gündə?!</b></font>
يَّوْمَ يَقُوْمُ النَّاسُ لِرَبِّ الْعٰلَمِيْنَؕ(6)
<font color="000000"><b>(6) O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar!</b></font>
كَلَّاۤ اِنَّ كِتٰبَ الْفُجَّارِ لَفِىْ سِجِّيْنٍؕ(7)
<font color="000000"><b>(7) Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab-kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا سِجِّيْنٌؕ(8)
<font color="000000"><b>(8) Və sən nə bilirsən ki, «Siccin» nədir?</b></font>
كِتٰبٌ مَّرْقُوْمٌؕ(9)
<font color="000000"><b>(9) (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur).</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَۙ(10)
<font color="000000"><b>(10) Vay halına o gün təkzib edənlərin.</b></font>
الَّذِيْنَ يُكَذِّبُوْنَ بِيَوْمِ الدِّيْنِؕ(11)
<font color="000000"><b>(11) O kəslərin ki, cəza gününü təkzib edirlər.</b></font>
وَمَا يُكَذِّبُ بِهٖۤ اِلَّا كُلُّ مُعْتَدٍ اَثِيْمٍۙ(12)
<font color="000000"><b>(12) Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.</b></font>
اِذَا تُتْلٰى عَلَيْهِ اٰيٰتُنَا قَالَ اَسَاطِيْرُ الْاَوَّلِيْنَؕ(13)
<font color="000000"><b>(13) O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir» – deyər.</b></font>
كَلَّا بَلْ رَانَ عَلٰى قُلُوْبِهِمْ مَّا كَانُوْا يَكْسِبُوْنَ(14)
<font color="000000"><b>(14) Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır.</b></font>
كَلَّاۤ اِنَّهُمْ عَنْ رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوْبُوْنَؕ(15)
<font color="000000"><b>(15) Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar.</b></font>
ثُمَّ اِنَّهُمْ لَصَالُوا الْجَحِيْمِؕ(16)
<font color="000000"><b>(16) Sonra onlar mütləq cəhənnəmə daxil olacaqlar, (onun hərarətini dadacaq və orada yanacaqlar.)</b></font>
ثُمَّ يُقَالُ هٰذَا الَّذِىْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَؕ(17)
<font color="000000"><b>(17) Sonra da onlara: «Bu, həmin təkzib və inkar etdiyinizdir!» deyiləcəkdir.</b></font>
كَلَّاۤ اِنَّ كِتٰبَ الْاَبْرَارِ لَفِىْ عِلِّيِّيْنَؕ(18)
<font color="000000"><b>(18) Belə deyildir (hesab-kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا عِلِّيُّوْنَؕ(19)
<font color="000000"><b>(19) Sən nə bilirsən ki, «İlliyyin» nədir?</b></font>
كِتٰبٌ مَّرْقُوْمٌۙ(20)
<font color="000000"><b>(20) (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur),</b></font>
يَّشْهَدُهُ الْمُقَرَّبُوْنَؕ(21)
<font color="000000"><b>(21) (Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar.</b></font>
اِنَّ الْاَبْرَارَ لَفِىْ نَعِيْمٍۙ(22)
<font color="000000"><b>(22) Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər.</b></font>
عَلَى الْاَرَآئِكِ يَنْظُرُوْنَۙ(23)
<font color="000000"><b>(23) Zinətlənmiş fəxri kürsülər üzərində (əyləşib) (Cənnət nemətlərinə və Haqqın camalına) tamaşa edərlər.</b></font>
تَعْرِفُ فِىْ وُجُوْهِهِمْ نَضْرَةَ النَّعِيْمِۚ(24)
<font color="000000"><b>(24) Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən.</b></font>
يُسْقَوْنَ مِنْ رَّحِيْقٍ مَّخْتُوْمٍۙ(25)
<font color="000000"><b>(25) Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər.</b></font>
خِتٰمُهٗ مِسْكٌ ؕ وَفِىْ ذٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُوْنَ(26)
<font color="000000"><b>(26) Onun möhrü müşkdəndir və son qurtumları müşk ətri verər. Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar! (Dünyada xeyir əməllərdə bir-birini ötsünlər).</b></font>
وَ مِزَاجُهٗ مِنْ تَسْنِيْمٍۙ(27)
<font color="000000"><b>(27) Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir.</b></font>
عَيْنًا يَّشْرَبُ بِهَا الْمُقَرَّبُوْنَؕ(28)
<font color="000000"><b>(28) O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər.</b></font>
اِنَّ الَّذِيْنَ اَجْرَمُوْا كَانُوْا مِنَ الَّذِيْنَ اٰمَنُوْا يَضْحَكُوْنَ ۖ(29)
<font color="000000"><b>(29) Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər.</b></font>
وَاِذَا مَرُّوْا بِهِمْ يَتَغَامَزُوْنَ ۖ(30)
<font color="000000"><b>(30) Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş-gözlə bir-birinə işarə edirdilər.</b></font>
وَاِذَا انْقَلَبُوْۤا اِلٰٓى اَهْلِهِمُ انْقَلَبُوْا فَكِهِيْنَ ۖ(31)
<font color="000000"><b>(31) Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər.</b></font>
وَاِذَا رَاَوْهُمْ قَالُوْۤا اِنَّ هٰٓؤُلَاۤءِ لَضَآلُّوْنَۙ(32)
<font color="000000"><b>(32) Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır» – deyirdilər.</b></font>
وَمَاۤ اُرْسِلُوْا عَلَيْهِمْ حٰفِظِيْنَۙ(33)
<font color="000000"><b>(33) Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər).</b></font>
فَالْيَوْمَ الَّذِيْنَ اٰمَنُوْا مِنَ الْكُفَّارِ يَضْحَكُوْنَۙ(34)
<font color="000000"><b>(34) Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər.</b></font>
عَلَى الْاَرَآئِكِۙ يَنْظُرُوْنَؕ(35)
<font color="000000"><b>(35) Onlar (Cənnət) taxtlar(ının) üzərində (əyləşərək Cənnətdəki- lərin və Cəhənnəmdəkilərin) halına tamaşa edərlər.</b></font>
هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوْا يَفْعَلُوْنَ(36)
<font color="000000"><b>(36) (Tamaşa edərlər ki,) görəsən kafirlərə, etdikləri əməllərinə görə cəza verildimi? (Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?)</b></font>